Əvvəlki illərin məzuniyyəti üçün Sosial Sığorta hesabatında dəyişikliklər ediləcək

posted in: Xəbər | 0

Əvvəlki illərin məzuniyyəti üçün Sosial Sığorta hesabatında dəyişiklər ediləcək

sosial sığorta haqqıSual: Aşağıdakı yaranan sualların cavablandırılmasında köməklik etməyinizi rica edirik:

İşçinin əmək müqaviləsinə xitam verilən zaman, ona ödənilən cari iş ilinə görə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi vergiyə cəlb edildikdə Əmək haqqıdan ayrılıqda hesablanmalıdır. Yaxud əmək haqqı ilə toplanıb gəlir vergisinə və sosial sığorta haqlarına cəlb edilməlidir?

Nümunə: Əməkdaş 01.02.2017-ci ildə işə qəbul olunub və hər iş ili üzrə məzuniyyətindən tam istifadə edib (30 təqvim günü). 05.04.2019-cu ildə işçi öz xahişi ilə əmək müqaviləsinə xitam verilir və 05.02.2019 – 05.02.2020 iş ilinə görə 4 gün istifadə edilməmiş əmək məzuniyyəti qalıb və bu 300 manat təşkil edir.
Əmək haqqı – 500 manat İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (cari iş ilinə görə) – 300 manat, Əmək haqqına görə sosial sığorta haqqı:
(500-200)*10%+6 = 36 manat İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinə görə sosial sığorta haqqı: (300-200)*10%+6 = 16 manat.

Əgər yuxarıda qeyd olunan nümunədəki hesablama düzgündürsə, İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və ona görə hesablanmış sosial sığorta haqları Məcburi Dövlət Sosial Sığortası üzrə hesabatda (rüblük) necə əks olunmalıdır?

Göstərilənləri nəzərə alaraq, yuxarıda qeyd olunan suallara münasibət bildirməyinizi xahiş edirik. Əvvəlcədən təşəkkürlər.

Cavab: Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Eyni zamanda bildiririk ki, yuxarıda qeyd olunanlara əsasən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” formasında dəyişikliklər edilməsi nəzərdə tutulmuşdur. Dəyişikliklər edildikdən sonra hesabatın təqdim olunmasında müvafiq texniki imkan yaradılacaqdır.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi məcəlləsində dəyişiklik edilir

posted in: Vergi, Xəbər | 0

Vergi məcəlləsində dəyişiklik edilir

Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma Vergi məcəlləsində dəyişiklikAzərbaycanda kənd təsərrfatı sahəsində bir sıra mallar və məhsullar vergi ödəməkdən azad edilir.
Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilir.
Hazırda kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğular, maşın, avadanlıq və texnikaların idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib.
Məcəlləyə təklif edilən yeni əlavəyə görə, kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğularla yanaşı, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışına görə ƏDV tutulmayacaq.
Qanun layihəsi
– ölkədə suvarma təyinatlı kənd təsərrüfatı texnikası,
– avadanlıqlar və onların ehtiyat hissələrinin istehsalının stimullaşdırılmasına,
– kənd təsərrfüatı texnikalarının saz vəziyyətdə saxlanmasına,
– texnika və onların ehtiyat hissələrinin qiymətlərinin optimallaşdırılmasına, son nəticədə aqrar sektorun dəstəklənməsinə xidmət edəcək.
Mənbə: trend.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi tutulan əməliyyatların dayandırılması zamanı rəsmiləşdirmə necə aparılır?

posted in: Vergi, Xəbər | 0

Vergi tutulan əməliyyatların dayandırılması zamanı rəsmiləşdirmə necə aparılır?

güzəşt sənədlər vergi tutulanVergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq, vergi orqanına Vergilər Nazirliyinin müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. 

Vergilər Nazirliyinin açıqlamasına görə, vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasındakı məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. (VM, maddə 34.1-ci və 34.3). Bundan əlavə, Məcəllənin 34.7.2-ci maddəsində göstərilir ki, vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər onların Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş forma üzrə təqdim etdikləri ərizə əsasında aparılır. Vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu barədə vergi ödəyicisinə bildiriş göndərilir. Bildiriş göndərildikdən 5 iş günü müddətində vergi ödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır və bu barədə 3 iş günü müddətində vergi ödəyicisinə məlumat verilir.

Göründüyü kimi, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda Vergi Məcəlləsinin 34.3-cü və 34.7.2-ci maddələri ilə deyil, məhz 16.3-cü maddə ilə müəyyən edilmiş vəzifənin icra olunması məsələsi meydana çıxır. Başqa sözlə, Vergi Məcəlləsinin 34.3-cü və 34.7.2-ci maddələrində müəyyən edilmiş vəzifənin icrası vergi ödəyicisinin uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişikliyin baş verməsi ilə yaranır. Onu da qeyd edək ki, vergi ödəyicisinin uçota alınmaq üçün verdiyi ərizə formasında onun “aktiv” və ya “passiv” olmasına dair hər hansı məlumat nəzərdə tutulmur.

Vergi Məcəlləsində vergi orqanının öz təşəbbüsü ilə vergi ödəyicisinin fəaliyyətini dayandırmaq hüququnun olmadığını nəzərə alaraq, vergi ödəyicisinin müraciəti olmadan onun fəaliyyətinin birtərəfli dayandırılması yolverilməzdir. Belə hallara yol verməklə Vergi Məcəlləsinin tələblərini pozan vergi orqanının vəzifəli şəxsləri barəsində ciddi intizam tənbehi tətbiq ediləcəkdir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İlk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyib

posted in: Xəbər | 0

İlk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyib

Baş Mühasib köməkçisi Vakansiya əmək haqqıOktyabrın 1-dən minimum pensiya da pensiyaçılar üçün yaşayış minimumundan 34,2 faiz çox olacaq
Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixli Sərəncamı ilə minimum əmək haqqının 250 manata çatdırılması ölkəmizdə ilk dəfə olaraq minimum əmək haqqının yaşayış minimumunu üstələməsinə imkan verib. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV nümayəndələrinə müsahibəsində deyib.
O, hazırkı yaşayış minimumunun 180 manat olduğunu, artıq bu il sentyabrın 1-dən minimum əmək haqqının həmin yaşayış minimumunu 40 faizə yaxın üstələyəcəyini deyib. Eyni zamanda, Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləği cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Bununla da minimum pensiya pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələmiş olacaq.
S.Babayev qeyd edib ki, bu, Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru olmaqla, ölkəmizdəki sosial inkişafın daha bir göstəricisidir. Minimum əmək haqqının artımı 950 min insanı, dövlət sektoru üzrə müxtəlif sahələrdə əmək haqlarının artımı isə 400 min insanı əhatə edir.
Nazir bu ay reallaşan sosial paketin ümumilikdə 1 milyon 350 min insanın əmək haqlarının, 750 mindən çox pensiyaçının, nəticə etibarilə 2,1 milyon vətəndaşın əmək haqqı və pensiya formasında gəlirlərinin ciddi şəkildə artımına imkan verdiyini deyib. S.Babayev bu artım üzrə dövlətin əlavə maliyyə yükünün isə 2 milyard manat təşkil etdiyini bildirib.
Mənbə: vergiler.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.