İlk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyib

posted in: Xəbər | 0
birbank biznes

İlk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyib

Baş Mühasib köməkçisi Vakansiya əmək haqqıOktyabrın 1-dən minimum pensiya da pensiyaçılar üçün yaşayış minimumundan 34,2 faiz çox olacaq
Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixli Sərəncamı ilə minimum əmək haqqının 250 manata çatdırılması ölkəmizdə ilk dəfə olaraq minimum əmək haqqının yaşayış minimumunu üstələməsinə imkan verib. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV nümayəndələrinə müsahibəsində deyib.
O, hazırkı yaşayış minimumunun 180 manat olduğunu, artıq bu il sentyabrın 1-dən minimum əmək haqqının həmin yaşayış minimumunu 40 faizə yaxın üstələyəcəyini deyib. Eyni zamanda, Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləği cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Bununla da minimum pensiya pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələmiş olacaq.
S.Babayev qeyd edib ki, bu, Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru olmaqla, ölkəmizdəki sosial inkişafın daha bir göstəricisidir. Minimum əmək haqqının artımı 950 min insanı, dövlət sektoru üzrə müxtəlif sahələrdə əmək haqlarının artımı isə 400 min insanı əhatə edir.
Nazir bu ay reallaşan sosial paketin ümumilikdə 1 milyon 350 min insanın əmək haqlarının, 750 mindən çox pensiyaçının, nəticə etibarilə 2,1 milyon vətəndaşın əmək haqqı və pensiya formasında gəlirlərinin ciddi şəkildə artımına imkan verdiyini deyib. S.Babayev bu artım üzrə dövlətin əlavə maliyyə yükünün isə 2 milyard manat təşkil etdiyini bildirib.
Mənbə: vergiler.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email