İşçiyə ödənilən “yemək pulu”-ndan gəlir vergisi tutulur?
İşçiyə ödənilən “yemək pulu”-ndan gəlir vergisi tutulur?
You can display the Full post on your Blog Page
İşçiyə ödənilən “yemək pulu”-ndan gəlir vergisi tutulur?
Sual: Sualım AR Vergi Məcəlləsinin 98.5-ci maddəsinin tətbiqi ilə əlaqədardır. Bildiyiniz kimi, sözügedən maddədə işəgötürən tərəfindən işçinin yemək xərclərinin çəkilməsi işçinin vergi tutulan gəliri hesab edilməməli olduğu göstərilmişdir. Belə ki, müəssisənin işçisi özü ayrılıqda hər hansı ictimai iaşə müəssisəsində yemək yemiş və oradan aldığı NKA çekini müəssisəyə təqdim edərək ödədiyi məbləği müəssisədən geri almışdır. Bu halda işçiyə təqdim etdiyi NKA çekinə əsasən ödənilən məbləğdən gəlir vergisi hesablanmalıdırmı? Əlavə olaraq bildirək ki, müəssisə əmək haqqından gəlir vergisini AR Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən hesablayır.
Vergi Məcəlləsində edilmiş dəyişikliklər arasında vergi və sığorta qanunvericiliyi ilə bağlı maddələr də var. Ən çox maraq kəsb edən məsələlərdən biri əmək müqaviləsi ilə muzdla işləyən fiziki şəxslərin gəlir vergisi və sığorta ödənişlərindəki dəyişikliklərdir.
Mütəxəssisin fikrincə…
Vergi üzrə mütəxəssis Emin Səttarov bildirib ki, fiziki şəxslərin gəlir vergilərində dəyişiklikləri iki hissəyə bölmək olar:
«Birincisi, növbəti ildən gəlir vergisinə cəlb edilməyən hissə 173 manatdan 200 manata qaldırılır:
Bu, dövlət və qeyri-dövlət, neft və qeyri-neft bölməsindən asılı olmayaraq, bütün sahələrdə çalışanlara şamil olunacaq.
İkincisi, gələn ildən qeyri-neft qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət bölməsində muzdla işləyənlər (yəni əmək müqaviləsi ilə çalışanlar) aylıq qazancları 8.000 manata qədər olarsa, gəlir vergisi ödəməkdən azad edilir. 8.000 manatdan yuxarı olduqda isə 8.000 manatdan çox olan məbləğin 14 faizini ödəyəcək. Bu dəyişiklik dövlət bölməsinə şamil olunmur və növbəti 7 ildə qüvvədə olacaq».
Qeyd olunub ki, muzdla işləyənlərin (əmək müqaviləsi ilə çalışanların ) sosial-sığorta haqqı – aylıq gəlirləri 200 manata qədər olduqda, əvvəlki kimi, işçi üçün 3 faiz, işəgötürən üçün isə 22 faiz olaraq qalır. Yalnız qeyri-neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət bölməsində çalışanların aylıq gəliri 200 manatdan çox olduqda isə işçi 6 manat və 200 manatdan çox olan məbləğin 10 faizi, işəgötürən isə 44 manat və 200 manatdan çox olan hissənin 15 faizini sosial sığorta ayırması kimi ödəyəcəkdir.
İqtisadçı rəyi…
İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsini həm də iqtisadi islahatlar büdcəsi adlandırmaq olar:
«Büdcə zərfinə əlavə edilmiş sənədlər toplusunda növbəti ildə ölkənin vergi sistemində və digər sahələrdə əsaslı islahatların aparılması nəzərdə tutulub. Təbii ki, iş adamlarının və biznes aləminin maraqlarını yüksək səviyyədə təmin edəcək vergi islahatları ölkə iqtisadiyyatının real sektorunun inkişafında inqilabi dönüşün baş verməsinə, «kölgə iqtisadiyyatı»nın leqallaşdırılmasına hesablanıb. Hökumət biznesin və muzdla çalışanların vergi yükünü 30-35 faiz azaltmaqla büdcə gəlirlərində müəyyən azalmalara yol versə də, əvəzində qeyri-neft sektorunun sürətli inkişafına, bir sıra neqativ halların aradan qaldırılmasına çalışır. Bu yolla dövlətin xəzinəsinə daxilolmaların xeyli artacağına inanır. Bir sözlə, haqqında danışdığımız islahatlar həm biznesə, həm sadə vətəndaşlara, həm də dövlətə mühüm dividendlər gətirən bir iqtisadi strategiyadır».
Mənbə: vergiler.az
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri ilə bağlı Qanunda dəyişiklik edilib
“Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının QanunuAzərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 475; 2001, № 11, maddə 676; 2002, № 5, maddə 258; 2004, № 3, maddə 133; 2005, № 10, maddə 871; 2009, № 2, maddə 46; 2010, № 3, maddə 178; 2014, № 4, maddə 329; 2016, № 6, maddə 1003; 2017, № 7,
maddələr 1282, 1292; 2018, № 3, maddə 371) 1-ci maddəsinin on birinci abzasında “219-1, 226, 227, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi” sözləri “219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi” sözləri ilə əvəz edilsin.
Maddə 2. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 58; 2010, № 3, maddə 178, № 4, maddə 276; 2011, № 12, maddə 1104; 2013, № 11, maddə 1274; 2014, № 2, maddə 81, № 10, maddə 1159, № 11, maddə 1361; 2015, № 11, maddə 1294; 2016, № 3, maddə 413; 2017, № 5, maddələr 696, 711, № 7, maddə 1295, № 11, maddə 1959; 2018, № 7 (I kitab), maddə 1407, № 10, maddə 1973, № 11, maddə 2233; 2019, № 1, maddə 24) 6.5-ci maddəsində “4.0.9-cu” sözləri “4.1.9-cu” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2019-cu il.
Mənbə: president.az
Vakansiya: Baş mühasib
İşəgötürən: CAN-PA MMC
– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək, qanunvericilikdə aparılmış dəyişikliklər barədə məlumatın olması
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– Əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
– Ödəmələrə nəzarət
– Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
– İş qrafiki: Bazar ertəsi – şənbə, 09:00-dan 18:00-dək
– Bazar günü istirahət günüdür
– Nahar şirkət tərəfindən verilir
– Ali təhsilli
– B1-B3, Microsoft Office proqramlarını bilmək
1 C 8.2 və 8.3 logo proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
– www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Mal-material, əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı amortizasiya metodlarının müəyyənləşdirilməsi və tətbiqinə nəzarət edilməsi, gəlir və xərclərin müəyyən olunması
– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
Mənbə: boss.az