Vergilər Nazirliyi malların alışının və satışının sənədləşdirilməsi barədə bildiriş göndərib

posted in: Xəbər | 0

seminar məlumat mübadiləsi xitam Malların satışı malların alışıVergilər Nazirliyi Malların alışının və satışının sənədləşdirilməsi barədə bəzi vergi ödəyicilərinə aşağıdakı məzmunda Bildiriş göndərib.


Malların alışının və satışının sənədləşdirilməsi barədə

BİLDİRİŞ

Hörmətli vergi ödəyicisi!

Vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı bir sıra vergi ödəyicilərinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura və Vergi Məcəlləsinin 58.8-ci maddəsində nəzərdə tutulmuş sənədlərin olmadığı aşkar edilmiş və yol verilmiş qanun pozuntusuna görə həmin vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyaları tətbiq olunmuşdur.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunan maliyyə sanksiyalarına məruz qalmamaq üçün sahibkarlıq məqsədləri üçün malların alışını və satışını Vergi Məcəlləsində nəzərdə tutulmuş sənədlər əsasında həyata keçirilməsinə əməl edilməsi Sizə tövsiyə edilir.

Vergi ödəyicisi (satıcı) malın (işin, xidmətin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq mal (iş, xidmət) təqdim edildikdən sonra 5 gün müddətində verməlidir.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və Sizə ən yaxın istənilən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərsiniz.

Məlumat üçün qeyd edək ki, vergi orqanının vergi ödəyiciləri ilə keçirdiyi görüşdə iştirak etmək istədiyiniz təqdirdə xidmət mərkəzlərinə və ya internet vergi idarəsinin (http://www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq” bölməsi vasitəsilə müraciət edərək görüşlər və onların qrafiki barədə ətraflı məlumat ala və görüşlərə yazıla bilərsiniz.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilərin yığılmasına icra hakimiyyətləri dəstək göstərəcək

posted in: Vergi, Xəbər | 0

Vergilərin yığılmasına icra hakimiyyəti dəstək göstərəcək

vergi yoxlaması icra hakimiyyəti“Bələdiyyələrin statusu haqqında” Qanuna dəyişikliklərlə bağlı layihə Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılıb
Komitənin sədri Arif Rəhimzadə layihə barədə məlumat verərək bildirib ki, əsas dəyişikliklərdən biri yerli əhəmiyyətli vergilərin yığılmasına bələdiyyə orqanlarına kömək göstərilməsini nəzərdə tutur. Qanuna təklif edilən 49.1-ci maddədə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkil olunmasına kömək edir. Onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.
Qanuna təklif edilən 10.1-ci maddədə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir.
Mənbə: vergiler.az

“KOB klaster şirkəti”nin meyarları təsdiq edildi!

posted in: Vergi, Xəbər | 0

kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri KOB klaster şirkəti“KOB klaster şirkəti”nin meyarları”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.1.1-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR

 

1. “KOB klaster şirkəti”nin meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzinə tapşırılsın ki, bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edildikdən sonra bu Qərarla təsdiq edilmiş normativ hüquqi aktın Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

4. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Nazir,

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri                                    Mikayıl Cabbarov

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının

8 may 2019-cu il tarixli 1917050000007900 nömrəli Qərarı

ilə təsdiq edilmişdir.

“KOB klaster şirkəti”nin meyarları
 
1. Ümumi müddəalar

 

Bu Meyarlar “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.1.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun kommersiya hüquqi şəxs kimi “KOB klaster şirkəti”nin meyarlarını müəyyən edir.

2. “KOB klaster şirkəti”nin meyarları

 

2.1. “KOB klaster şirkəti” kimi aşağıdakı vergi ödəyiciləri çıxış edir:

2.1.1. Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınan;

2.1.2. əhəmiyyətli qərarların Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) ilə razılaşdırmaqla yerinə yetirməsi nizamnaməsində əks edilən;

2.1.3. həyata keçiriləcək KOB klaster layihəsinin çərçivəsində “KOB klaster şirkəti”nin qarşılıqlı surətdə asılı olmayan azı 10 mikro, kiçik və orta sahibkarlıq subyekti ilə təsərrüfat əqdlərini bağlaması və klaster üzrə hazırlanan məhsulun xammal və materialının dəyərinin 50 faizinin klasterin iştirakçısı olan yerli istehsalçılardan təchiz edilməsi;

2.1.4. fəaliyyət sahəsinin aşağıdakı 3 istiqamətdən birinə uyğun olması:

2.1.4.1. Azərbaycan Respublikasında istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsul yaradılması;

2.1.4.2. istehlakın 50 faizdən artıq hissəsinin idxal hesabına ödənilən məhsulun yaradılması;

2.1.4.3. qonaqlama və yerləşdirmə xidmətlərinin (mehmanxana, motel, kempinq və s.) göstərilməsi.

2.2. “KOB klaster şirkəti”nin həyata keçirəcəyi layihə üzrə investisiyanın minimum həcmi aşağıdakı miqdarda müəyyən edilir:

2.2.1. Bakı şəhəri (Bakı ətrafı qəsəbələr istisna olmaqla)          – 5 milyon manat;

2.2.2. Bakı ətrafı qəsəbələr və Abşeron rayonu                         – 3 milyon manat;

2.2.3. Sumqayıt və Gəncə şəhəri                                               – 2,5 milyon manat;

2.2.4. 2.2.1-2.2.3-cü və 2.2.5-ci yarımbəndlərdə göstərilməyən şəhər və rayonlar üzrə – 1,5 milyon manat;

2.2.5. Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən və Qusar rayonları üzrə – 0,5 milyon manat.

2.3. 2.2.5-ci yarımbənd üzrə nəzərdə tutulan investisiyaların həyata keçirilməsi məqsədilə vergi ödəyicilərinin “KOB klaster şirkəti” statusunun alması üçün bu Meyarların 2.1.2-ci və 2.1.4-cü bəndləri üzrə nəzərdə tutulan meyarlara cavab verməsi tələb olunmur.

2.4. “KOB klaster şirkəti”nə dair tələblər aşağıdakılardır:

2.4.1. “KOB klaster şirkəti”nin layihə çərçivəsində illik dövriyyəsinin Agentlik tərəfindən qəbul edilən maliyyə-iqtisadi əsaslandırma sənədində nəzərdə tutulan (bu Meyarların 2.2-ci bəndində müəyyən edilən minimumdan az olmayaraq) investisiya həcminin 20 faizindən az olmamaqla müəyyən edilməsi;

2.4.2. əməliyyatların tam həcmdə qanunla müəyyən olunmuş qaydada sənədləşdirilməsi (elektron qaimə-faktura, elektron vergi hesab-fakturası, yük gömrük sənədləri, ciddi hesabat sənədi olan alış aktları);

2.4.3. əməliyyatlar üzrə hesablaşmaların nağdsız qaydada aparılmasına üstünlük verilməsi;

2.4.4. bu Meyarların 2.1.3-cü yarımbəndi nəzərə alınmaqla son məhsulun (xidmətin) “KOB klaster şirkəti”nin iştirakçısı tərəfindən istehsal olunan hissələrdən komplektləşdirilməsi və bu zaman iştirakçıdan əldə edilmiş malların emal prosesinə məruz qalmaqla (əlavə dəyər yaratmaqla) təqdim edilməsi;

2.4.5. “KOB klaster şirkəti”nin rəhbərinin və ya hər hansı təsisçisinin vergidən yayınma üzrə cinayət məsuliyyətinə cəlb edilməmiş olması.

2.5. “KOB klaster şirkəti” maliyyə-iqtisadi əsaslandırma üzrə fəaliyyətə başlaması barədə Agentliyə və Vergilər Nazirliyinə 3 gün müddətində məlumat verir. “KOB klaster şirkəti” tərəfindən bu Meyarların 2.4.1-ci yarımbəndi üzrənəzərdə tutulan tələblərin tam həcmdə yerinə yetirilməsi vəziyyəti barədə arayış fəaliyyətə başladıqdan sonra hər təqvim ili başa çatdıqdan sonra 3 ay müddətində Agentliyə və vergi orqanına təqdim edilir.

2.6. Bu Meyarların 2.2-ci bəndi üzrə nəzərdə tutulan investisiyanın obyekti kimi əvvəllər sahibkarlıq fəaliyyətində istifadə edilmiş aktivlər, o cümlədən əsas vəsaitlər çıxış etmir və həmin aktivlərin dəyəri “KOB klaster şirkəti”nin həyata keçirəcəyi layihə üzrə investisiyanın həcminə daxil edilmir. “KOB klaster şirkəti”nin aktivi kimi yalnız “KOB klaster şirkəti”nin tərəfindən bu Meyarlarla müəyyən olunmuş investisiya qoyuluşu çərçivəsində gömrük qanunvericiliyinə uyğun olaraq idxal gömrük sənədləri əsasında əldə edilmiş aktivlər və ya Vergi Məcəlləsinə uyğun olaraq elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası əsasında əldə edilmiş aktivlər çıxış edə bilər.

2.7. “KOB klaster şirkəti”nin bu Meyarlara cavab verməsi Agentlik tərəfindən Vergilər Nazirliyi ilə razılaşdırılmaqla təqdim edilmiş şəhadətnamə ilə təsdiq edilir.

Mənbə: taxes.gov.az


Yeni nəsil kassa aparatlarına keçidin ilk mərhələsi başa çatdırılıb

posted in: Xəbər | 0

Yeni nəsil kassa aparatlarına keçidin ilk mərhələsi başa çatdırılıb

kassaBakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələri üzrə yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə keçidin birinci mərhələsinin başa çatdırılması planlaşdırılır. Vergilər Nazirliyindən verilən məlumata görə hazırda elektron informasiya sisteminə real vaxt rejimində kassa əməliyyatları barədə məlumatları ötürməyə imkan verən yeni nəsil nəzarət kassa aparatlarının tətbiq olunması sahəsində işlər aparılır.
Yeni kassa aparatları vasitəsi ilə alınan və emal edilən çek məlumatları, habelə e-kassada həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Nazirliyin informasiya sistemləri bazasına ötürülməsi təmin ediləcək.
Bu kassalar ticarət, ictimai iaşə və digər sahələrdə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə ediləcək. Köhnə nəsil kassa aparatları, yenilərlə müqayisədə bir çox üstünlüklərə malikdir. Əsas üstünlüklərə məlumatların onlayn ötürülməsi, kriptoqrafik prosedurlardan istifadə edilməsi, yeni çek formalarının tətbiq edilməsi və aparılan əməliyyatlar üzrə təhlil imkanlarının yaradılması daxildir.
Qeyd olunan kriptoqrafik prosedurlar kassa əməliyyatları zamanı formalaşdırılan çeklərin tamlığına və autentifikasiyasına nəzarət məqsədilə istifadə olunur. Yeni çek formalarının əsas üstünlüklərindən biri – üzərində qeyd edilən QR kodudur. Onun vasitəsilə istehlakçılar, həmin çekin Vergilər Nazirliyinin informasiya sistemləri bazasında olub-olmamasını yoxlamaq imkanını əldə edəcək. Vergi ödəyicisinə gündəlik dövriyyəsi, əməliyyatlarının həcmi barədə məlumatları şəxsi kabineti vasitəsilə məsafədən ala bilməsi üçün imkanların yaradılması da nəzərdə tutulur.
Bununla yanaşı, vergi orqanı ödəyicilərin məlumatları ilə tanış olmaq imkanı əldə edəcək. Belə ki, məsafədən təhlil imkanları nəticəsində vergi ödəyicilərinin kassa intizamına əməl edib-etmədiyinə dair qənaətə gəlmək mümkün olacaq. Qeyd olunan üstünlüklər vergi yoxlamalarının ümumi sayının qismən azalmasına, sistemin şəffaflığının artırılmasına, kassa əməliyyatlarının uzaqdan idarə olunmasına, satış əməliyyatlarının sadələşməsinə və digər müsbət dəyişikliklərə yol açacaq.
Mənbə: apa.az
Bax: Yaşayış minimumuna yenidən baxılacaq