Dövlət Gömrük Komitəsi açıqlama verib
Dövlət Gömrük Komitəsi malların rəsmiləşdirilməsi barədə açıqlama verib
Son illər gömrük sistemində aparılan islahatların əsas hədəflərindən biri şəffaflığın, maliyyə intizamının təmin olunması, əlverişli biznes mühitinin yaradılması hesabına qanuni ticarətin inkişaf etdirilməsidir. Dövlət Gömrük Komitəsinin açıqlamasında qeyd edilib ki, bu istiqamətdə informasiya texnologiyalarının tətbiqi hesabına bir sıra innovativ layihələr həyata keçirilib. Vətəndaş-məmur təmasının minimuma endirilməsi üçün mühüm addımlar atılıb:
“Görülən işlərin əsas hədəfi xarici ticarətin qanunvericiliyə uyğun olaraq asan və sürətli şəkildə həyata keçirilməsidir. Bu məqsədlə daşıyıcı şirkətlər, sahibkarlar, gömrük təmsilçiləri ilə dəfələrlə görüşlər keçirilib, həmin görüşlərdə ticarətin qanuni yollarla həyata keçirilməsi, malların real dəyər əsasında tərtib olunmuş orijinal invoyslarla bəyan edilməsi, gömrük rəsmiləşdirilməsinin sahibkar və ya onun qanuni təmsilçisi tərəfindən aparılması mövzuları müzakirə olunub”.
Komitədən bildirilib ki, ölkəmizin gömrük orqanları xarici ticarət iştirakçılarına münasibətdə kimliyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər kəsə eyni mövqedən yanaşır. Başlıca meyar qanunvericiliyə əməl edilməsi, qanuni ticarətin inkişafıdır. Bununla yanaşı, idxal-ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanlarının birgə fəaliyyəti rəsmiləşdirmə prosesinin daha dəqiq həyata keçirilməsini təmin edir.
Qeyd olunub ki, kütləvi informasiya vasitələrində yayımlanan açıqlamalarda, sahibkarlar və onları təmsil edən qurumlarla keçirilən görüşlərdə dəfələrlə xarici ticarətlə məşğul olan şəxslərə mallarını karqo şirkətlərinin müdaxiləsi olmadan müstəqil və ya gömrük təmsilçiləri vasitəsilə bəyan etmək tövsiyə edilib.
Mənbə: vergiler.az
Azərbaycanda yeni onlayn kassa aparatlarının tətbiqi ilə bağlı qərar qəbul olunub və bu məsələ qanunvericilikdə öz əksini tapıb.
Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5 maddəsində göstərilən malların təqdim edilməsindən əldə olunan gəlirlərindən (Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulmalıdır. Lakin aparılan müşahidələr göstərir ki, bu maddənin tətbiqi bir çox hallarda mübahisələr yaradır. Məsələn, ortaya belə bir sual çıxır: kənd təsərrüfatı məhsulları istehsalçısı olmayan şəxs kəndlərdən meyvə-tərəvəz yığaraq vergi ödəyicisinə satırsa, o zaman 2 faiz ödəmə mənbəyindən vergi tətbiq edilməlidirmi?
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.