Onlayn kassa aparatları şəffaflığın təmin edilməsində çox böyük zəmin yaradacaq

posted in: Xəbər | 0
birbank biznes

Onlayn kassa aparatları şəffaflığın təmin edilməsində çox böyük zəmin yaradacaq

Aktiv vergi Vergilər satıcı xitam onlayn kassaAzərbaycanda yeni onlayn kassa aparatlarının tətbiqi ilə bağlı qərar qəbul olunub və bu məsələ qanunvericilikdə öz əksini tapıb.
Bunu “Təhsil Biznes Forumu – mövcud vəziyyət və perspektivlər” adlı tədbirdə çıxış edən Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisinin 1-ci müavini Mirəli Kazımov deyib.
Onun sözlərinə görə, növbəti aylarda bu çərçivə qaydasının yerinə yetirilməsinə başlanacaq.
“Bu kassaların tətbiqindən sonra onların işlədiyi dövrdə hər bir şəxsin biznes müəssisəsindən kassa çekini tələb etməsi şəffaflığa gətirib çıxaracaq. Bununla bağlı biz İsveçrənin təcrübəsi ilə yaxından tanış olmuşuq və inanırıq ki, bu sistemin Azərbaycanda tətbiqi həmin o şəffaflığın təmin edilməsində çox böyük zəmin yaradacaq. Bu da onu göstərir ki, artıq ictimaiyyət dövlət orqanlarının işində birbaşa iştirak edəcək “, – deyə M. Kazimov bildirib.
O həmçinin əlavə edib ki, bu sistemin tətbiqi operativ nəzarət yoxlamaları aradan qaldıracaq.
Mənbə: apa.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email