Vergilər naziri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

Vergilər naziri vətəndaşları qəbul edəcək

Vergi dəyişiklikləri Rəqəmsal Vergilər naziri
Vergilər naziri Mikayıl Cabbarov iyunun 21-də Zaqatala şəhərində yerləşən 13 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Zaqatala şəhəri, Nizami küçəsi, 1) Zaqatala, Balakən və Qax rayonlarından olan sakinləri qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 18-20 iyun tarixlərində Zaqatala şəhərində fəaliyyət göstərən 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə Balakən və Qax şəhərlərində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Qonşu ölkədə vergi yığımları 90% olub

posted in: Vergi, Xəbər | 0

vergi yığımları2019-cu ilin ilk dörd ayı ərzində Gürcüstanda büdcəyə vergi daxilolmaları 3 milyard larini keçib.

Bu barədə məlumatı Gürcüstan Dövlət Audit Ofisi məlumat yayıb.
Bildirilib ki, cari ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsi 3 milyard 72 milyon 123 min 500 lari (1 milyard 911 milyon 668 min 071 manat) həcmində vergi daxilolmaları əldə edib. Bu rəqəm ümumi vergi yığımlarının 90.6 faizinə bərabər olub.
Cari ilin ilk dörd ayında dövlət büdcəsinin ümumi gəlirləri 3.4 milyard lari olub ki, bu da illik planın 33 faizinə bərabər olub. Dövlət büdcəsinin ümumi daxilolmalarında 199 milyon 243 min 300 lari (123 milyon 981 min 687 manat) qrantların, 120 milyon 57 min 600 lari (74 milyon 707 min 374 manat) isə digər gəlirlərin payına düşüb.
Dövlət Audit Ofisinin məlumatına görə, 2019-cu ilin illik vergi gəlirləri Gürcüstanda ÜDM-nin 25.8 faizinə bərabər olub.
Mənbə: apa.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər nazirinin birinci müavini vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

Vergilər nazirinin birinci müavini Ucarda vətəndaşları qəbul edəcək 

seminar məlumat mübadiləsi xitam VergilərUcar, Göyçay, Kürdəmir, Ağdaş və Zərdab rayon sakinlərinin nəzərinə!

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 21 iyun 2019-cu il tarixdə Ucar şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: H.Əliyev prospekti, döngə 2.) Ucar, Göyçay, Kürdəmir, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 18-20 iyun 2019-cu il tarixlərində Göyçay şəhərində yerləşən 9 saylı Ərazi Vergilər İdarəsinə, habelə Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun şəkildə ifadə edən ərizə ilə müraciət etsinlər.
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vakansiya: Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasibVakansiya: Mühasib
Şöbə: Maliyyə
Məruzə etdiyi şöbə rəisi: Maliyyə Direktor
İş yeri: Amburan İK

Əsas vəzifə və öhdəliklər:

– Gündəlik  olaraq satış çeklərinə əsasən ümumi satış üzrə yekun analiz hesabatını hazırlayıb baş ofisə e-mail vasitəsi ilə göndərmək.
– Satış çeklərinə əsasən gəlir, debitor borc və pos terminaldan əldə olunan məbləği 1C proqramına əlavə etmək.
– Kassadan məxaric  və mədaxil olunan xərc  və gəlirləri  1C proqramına əlavə etmək.
– Gündəlik olaraq hər ötən gün üçün ümumi kassa analiz hesabatını tərtib etmək.
– Avansın verilməsi və ona görə hesabatın hazırlanması
– Anbara daxil olan malların giriş-çıxışına tam nəzarət
– Hər ayın əvvəlində ötən aya görə əmək haqqı siyahısını hazır edib işçilərə vermək

– Əcnəbi vətəndaşlar üçün avia biletlərin sifarişi və alınması
– Hər ayın əvvəlində ötən aya görə içki satış hesabatını hazırlayıb tərtib etmək.
– Hər ayın əvvəlində ötən aya görə 5% mükafat hesabatını hazırlamaq.
– Mükafat cədvəlini ayrı-ayrı şöbələr üzrə hazırlayıb tərtib etmək.
– HR Back Office proqramında anbardar tərəfindən qaimələr üzrə sistemə əlavə olunan mallara nəzarət edib yoxlamaq.
– HR Back Office proqramına əlavə edilən malları və məbləğləri anbar dəftəri  ilə üzləşdirirb yoxlamaq.
– Müəyyən vacib sənədlərin ofisə göndərilməsini  hazırlamaq.
– Xəzinədarların işinə nəzarət.

– Hər ayın sonunda bütün firmalarla aylıq borcun yoxlanılması,həmin borcun rəsmi və ya qeyri rəsmi qaydada ödənişlərinin həyata keçirilməsi
– Catering iaşə xidməti ilə bağlı pərakəndə satış üzrə rəsmi və qeyri-rəsmi hesabatların hazırlanması
– Kreditor və debitor firmaların yekun məbləğinin 1C proqramında yoxlanılması.
– Anbarda işləyən işçini müəyyən günlərdə əvəz etmək.
– Firmalardan  gələn malların kodlaşdırılması və sistemə daxil edilməsi
– Firmalarla nağd qaydada hesablaşma
– Günəlik olaraq ötən günə görə kassalardan pulların təhvil-təslimi
– Həftədə bir dəfə xəzinədarlarla bir araya gəlib bütün problemləri maksimum dərəcədə minimuma endirmək

Mühasib üçün tələb olunan bacarıqlar: 

– İşin tələb olunan vaxtda yerinə yetirilməsi
– Təşəbbüskarlıq
– Görüləcək işləri qabaqcadan və düzgün planlaşdırması
– Ünsiyyət qurma bacarığı
– Peşəkar olmaq

Bilik və Təcrübə: 

– Müvafiq vəzifədə ən azı 5 il iş təcrübəsi
– Ali təhsil
– Komputer bilikləri
– Maliyyə hesabatçılıq prinsinpləri

E – mail :  /

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.