İdxal-ixrac əməliyyatları üzrə nəzarətin həyata keçirilməsi Qaydaları təsdiqlənib

posted in: Xəbər | 0

İdxal ixrac“İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiqlənib.

Prezident İlham Əliyev “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Fərman imzalayıb.

“İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın 2.4-cü və 2.5-ci bəndlərinə əsasən hazırlanıb.

Bu Qaydaların məqsədi idxal-ixrac əməliyyatlarında xarici ticarət fəaliyyətinin iştirakçıları ilə bağlı Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında əlaqəli risklərin idarə olunması məqsədilə yaradılan sistem əsasında qarşılıqlı əməkdaşlığın və büdcə gəlirlərinin təmin edilməsi üçün birgə nəzarətin həyata keçirilməsi mexanizmlərini müəyyənləşdirərək idxal-ixrac əməliyyatları üzrə vergi və gömrük qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasını, vergilərin və gömrük ödənişlərinin ödənilməsində səmərəliliyin yüksəldilməsini, ticarətin asanlaşdırılmasını və bu sahədə şəffaflığın artırılmasını təmin etməkdən ibarətdir.

İdxal-ixrac əməliyyatları üzrə birgə nəzarət bu istiqamətlərdə həyata keçirilir:

– gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcılar və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi;

– idxal-ixrac əməliyyatları zamanı faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin yüklərinin rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının və nəzarətinin təşkili;

– son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara birgə nəzarət prosedurunun müəyyən edilməsi;

– idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsi üçün gömrük;

– vergi orqanları arasında qarşılıqlı məlumat mübadiləsi.

Gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcılar və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi nazirlik və komitənin müvafiq informasiya sistemləri vasitəsilə həyata keçirilir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1 ilədək iş təcrübəsi olan Mühasib köməkçisi axtarılır

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasib köməkçisiVakansiya: Mühasib köməkçisi

İşəgötürən: TAX CLİNİC MMC

  • Şəhər: Bakı
  • Yaş: 23 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: Ayaz bəy
Vakansiya barədə məlumat

– Gündəlik mühasibat əməliyyatarının aparılması
– E-qaimələri və hesaba fakturaların yazılması
– Hesablaşmalar üzrə əməliyyatların aparılması
– Dövlət orqanlarına göndərilməli olan hesbatların hazırlanması
– İş qrafiki: həftədə 5 gün, 09:00-dan 18:00-dək

Mühasib köməkçisi üçün tələblər

– Ofis proqramlarında işləmək bacarığı
– Mühasibatlıq və vergi sahəsində nəzəri bilklər
– İşində məsuliyyətli və dəqiq

Mənbə: boss.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyi xəbərdarlıq edib

posted in: Vergi, Xəbər | 0

kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs əmək münasibətlərinin rəsmiləşdirilməsiƏmək münasibətlərinin rəsmiləşdirilməsi – Nəzarətin gücləndirilməsi haqqında.

2019-cu ildən qüvvəyə minmiş vergi qanunvericiliyindəki dəyişikliklər qeyri-dövlət sektorunda əmək münasibətlərinin tənzimlənməsi sahəsində əlverişli iqtisadi şərait formalaşdırıb. Aparılan təhlillər göstərir ki, mövcud şərtlər altında əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində müəyyən şəffaflaşma prosesi getməkdədir. Belə ki, 2019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub. (bu artımın əksəriyyəti, 66 mini qeyri-dövlət sektorunun payına düşür)

Əmək münasibətlərinin “kölgədən” çıxması prosesi ayrı-ayrı sektorlar üzrə müxtəlif dinamika ilə davam edir. İqtisadi fəaliyyət sahələrində müsbət dəyişikliklər müşahidə olunsa da, bəzi işəgötürənlər üzrə bu prosesin gözlənilən səviyyədə olmadığı müşahidə olunmaqdadır. Bu baxımdan Vergilər Nazirliyi şəffaflaşma səviyyəsi aşağı olan sahələrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsinin qarşısının alınması, əmək haqqının məbləğinin real bəyan edilməsi istiqamətində monitorinq və nəzarət tədbirlərini gücləndirib.

Paytaxtda və müxtəlif regionlarda yerləşən bir sıra ictimai iaşə obyektlərində və istixanalarda əmək müqavilələrinin bağlanması və əmək münasibətlərinin müvafiq qaydada rəsmiləşdirilməsinin yoxlanılması məqsədilə vergi nəzarət tədbirləri keçirilib. May ayı ərzində 32 şadlıq evində və 61 istixanada keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı ümumilikdə 1.770 nəfər fiziki şəxsin əmək müqaviləsiz işə cəlb olunduğu faktı aşkar edilib. Aşkar edilmiş faktlar üzrə birinci dəfə pozuntu halına yol verildiyi üçün maliyyə sanksiyası əvəzinə vergi ödəyicilərinə xəbərdarlıq edilib.

Bununla yanaşı, vergi nəzarəti tədbiri keçirilmiş 53 vergi ödəyicisinin fəaliyyəti üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlaməti faktları müəyyən edilib. Müvafiq araşdırmalardan sonra aşkar edilmiş faktlara hüquqi qiymət veriləcəkdir.

Qeyd edilməlidir ki, vergi nəzarəti tədbirlərinin davam etdiyi may ayı ərzində şadlıq evləri tərəfindən könüllü olaraq 1.111 nəfərlə, istixanalar üzrə 867 nəfərlə əmək müqaviləsi bağlanılaraq elektron informasiya sistemində qeydiyyata alınması təmin edilib.

Vergilər Nazirliyi əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində nəzarətin gücləndirildiyini elan etməklə bildirir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının qarşısı qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan sərt tədbirlər görüləcəkdir. Eyni zamanda, vətəndaşlar da öz hüquqlarını tələb etməli, əmək müqaviləsinin onların əmək və sosial hüquqlarının təminatı rolunu oynadığını unutmamalıdır.
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı təsdiqlənib

posted in: Vergi, Xəbər | 0

Sığorta fəaliyyəti vergi“Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında fərmana dəyişiklik edilib.

Azərbaycan Prezidenti İlham Əliyev bu barədə fərman imzalayıb.

Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı:

1. Andorra

2. Anqila

3. Antiqua və Barbuda

4. Aruba

5. Baham adaları

6. Barbados

7. Beliz

8. Bermud

9. Britaniya Vircin adaları

10. Cersi

11. Cəbəlüttariq

12. Dominika

13. Fici

14. Honq-Konq (ÇXR)

15. Kabo Verde

16. Kayman adaları

17. Kuk adaları

18. Qrenada

19. Liberiya

20. Lixtenşteyn

21. Maldiv adaları

22. Marşal adaları

23. Monako

24. Montserrat

25. Niue

26. Palau

27. Panama

28. Samoa

29. Sent Lusiya

30. Sent Vinsent və Qrenadin

31. Sent-Kits və Nevis

32. Tailand

33. Tayvan (ÇXR)

34. Törks və Kaykos adaları

35. Trinidad və Tobaqo

36. Vanuatu

37. Vircin adaları (ABŞ)

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.