Yaponiya vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: muhasibat, Vergi, Xəbər | 0

vergi sistemi YaponiyaYaponiya vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

1-ci hissəni oxumaq üçün keçidə daxil olun


Yaponiya vergi sistemi 1950-ci illərdə formalaşıb və keçən illər ərzində xırda təşkilati və kiçik qanunverici dəyişikliklərə məruz qalıb.

Yerli vergilərdən ən mühümü yaşayış hüququ adlandırılan vergi növüdür. Bu vergi həm fiziki, həm də hüquqi şəxslərin bir il ərzində əldə etdikləri gəlirlərdən tutulur. Özü də həmin vergini hamı, hətta işi olmayanlar, cari və ötən il ərzində heç bir gəlir əldə etməyənlər də ödəməli olurlar. Gəlir vergisini ödəməli olan şəxs gəlirlərini özü hesablamalı, yanvarın 1-dən dekabrın 31-dək olan dövr ərzində gəlirləri hesabladıqdan sonra, bu haqda məlumatı vergi idarəsinə təqdim etməlidir. Hesablanarkən bütün gəlirlər mənbəyindən asılı olaraq, 10 növə ayrılır:

  • pul əmanətləri,
  • səhm sahibi olaraq əldə olunan,
  • daşınmaz əmlakdan gələn gəlirlər,
  • sahibkarlıq fəaliyyəti ilə bağlı gəlirlər,
  • meşə yerlərindən istifadə nəticəsində daxil olan gəlirlər,
  • əməkhaqqı və digər gəlirlər.

Bu növ gəlirlərin əldə olunması zamanı çəkilən xərclər, hər birinə uyğun şəkildə nəzərə alınır. Bu barədə məlumatlar fevralın 15-dən martın 15-dək olan dövr ərzində yerli vergi idarəsinə təqdim olunur. Gecikdirildiyi zaman isə vergi məbləği 15% artırılır.

Başqa ölkələrlə müqayisədə Yaponiya vergi stavkaları yüksəkdir. Belə ki, hətta 1988-ci ildə həyata keçirilmiş və vergi əmsalını bir qədər sadələşdirmiş və faizləri aşağı salmış vergi islahatından sonra belə, mərkəzi gəlir vergisi tarifi 50% (gəlirlər 30 milyon iyenadan (280min 400 ABŞ dolları) yuxarı olarsa) təşkil edir. Buna 15%-lik yaşayışa görə vergini də əlavə edəndə isə 65%-lik bir vergi həcmi meydana çıxır. Müqayisə üçün qeyd edək ki, bu zaman ABŞ-da ən yüksək vergi tarifi cəmi 28% təşkil edir.

Hüquqi şəxslərdən tutulan vergi adi şirkətlər üçün 37,5% və kiçik sərmayədarla r üçün isə (100 milyon iyena məbləğində kapitala və illik 8 milyon gəlirə malik şirkətlər) 8 milyon iyena təşkil edir.

Adi qulluqçulardan vergilər əməkhaqları hesablanarkən çıxılır. Əgər, başqa gəlirlər yoxdursa, onda deklarasiya təqdim etməmək də olar. Lakin, bu zaman illik gəlirlər 15 milyon iyenanı keçməməlidir.

Gəlirləri barədə özləri deklarasiya təqdim edənlərin hamısına etibar etmək olmaz. Buna görə, vergi idarəsi vergi bəyannamələrinin doldurulmasının düzgünlüyünə dair seçici yoxlama keçirir. Vergi ödəmə sahəsində yayınanlara qarşı isə xüsusi yoxlamalar həyata keçirilir. Çox vaxt öz gəlirlərini, nağd pulla iş görən müəssisələr, misal üçün, kazinolar, xəstəxanalar və s. gizlədirlər.

Vergi stavkaları

Yaponiyanın vergi qanunvericiliyində üç tarif növü nəzərdə tutulur:

  • milli (mərkəzi hökumətə ödənilir),
  • prefektura (prefekturalar miqyasında)
  • bələdiyyə (şəhər hakimiyyət orqanları tərəfindən tutulur).

Bütün tariflər vətəndaş tərəfindən əldə olunan və müəyyən intervalda tərəddüd edən vergilərin miqdarı ilə fərqlənir. Milli vergilər üçün bu interval 10-50%, prefektura üçün müvafiq olaraq 2-4% və bələdiyyələr üçün 3%-dən 12%-dək təşkil edir. Hər bir vətəndaş üçün konkret vergi faizi isə fərqlənir və birbaşa onların gəlirlərindən asılı olur.

Ən yüksək – 50%-lik tarif, vətəndaş çox yüksək gəlir əldə etdikdə tətbiq olunur. Misal üçün, əgər yapon il ərzində 50 milyon iyenadan çox gəlir əldə edirsə, onda həmin məbləğin tam yarısını dövlətin xeyrinə ödəməli olur. Minimum tarifdən isə yalnız gəlirləri ayda 275 min iyena  təşkil edən “kasıb” vətəndaşlar istifadə edə bilər.

1-ci hissəni oxumaq üçün keçidə daxil olun

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Müəssisənin gəlirindən xərcin çıxılması

posted in: Xəbər | 0

Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma gəlir xərcMüəssisə mütəmadi olaraq təhsilin inkişafı ilə bağlı müxtəlif təhsil müəssisələrinə maddi yardımlar ayırır. Həmin məbləğlər müəssisənin gəlirdən çıxılan xərcidirmi?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə mənfəət vergisindən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

Əsas: Vergi Məcəlləsi, 106.1.18-ci maddə

Misal:
“A” MMC təhsilin inkişafı məqsədilə təhsil müəssisəsinin bank hesabına 5.000 manat vəsaiti nağdsız qaydada köçürür. Hesabat ilinin yekunlarına görə “A” MMC 40.000 manat vergiyə cəlb olunan mənfəət əldə edib. “A” MMC-nin təhsil müəssisəsinə köçürdüyü 5.000 manatlıq vəsaitin 4.000 manatı (mənfəətin 10%-dən çox olmayan hissəsi) onun vergiyə cəlb olunan mənfəətindən çıxılır:

40.000 – 4.000 (40.000 x 10% = 4.000) = 36.000

Mənbə: vergiler.az

Bax: Yığım sığortasına ödənilən məbləğdən vergi tutulurmu?

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu hüquqi şəxslərin qiymətləndirilməsi qaydası təsdiqlənib

posted in: Xəbər | 0

Ticarət fəaliyyəti Peşəkar mühasib sertifikatıSəhmlərinin nəzarət zərfi dövlətə məxsus şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi qaydası təsdiqlənib


Nazirlər Kabineti “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nı təsdiqləyib.
Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən “Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları” təsdiq olunub.
Qərarla həmçinin “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası” təsdiq edilib.
Qərarda dəyişikliklər Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Mənbə: report.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bəyannaməçi – Connect Services

posted in: Vakansiya, Xəbər | 0

Vakansiya: Bəyannaməçi

İşəgötürən: Connect Services

Əmək haqqı: 400 - 600 AZN
İş yeri: Bakı
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
 Yaş: 21 - 26 yaş
Telefon: (012) 408-57-11 / (070) 234-10-02
 Təhsil: Ali
Email:  / 

 

Vakansiya barədə məlumat

– Gömrük Bəyyannamələrinin tərtib edilməsi
– Gömrükləmə üçün lazım olan sənədləri hazırlamaq və prosesi idarə etmək
– Müqavilələri və sifariş formalarını tərtib etmək
– Müştərilərə Şirkətin göstərdiyi Gömrük xidmətləri haqqında ümumi məlumatların təqdim edilməsi
– İş qrafiki: 1-5 gün 09:00-dan 18:00-dək, 1 gün natamam iş günü 6-cı gün 09:00-dan 15:00-dək

Namizədə tələblər

– Cinsi: qadın/kişi
– Ali təhsili(logistika üzrə təhsil üstünlük veriləcəkdir)
– MS Office (Word, Excel, Power Point, Outlook) proqramını bilməli
– Azərbaycan dili (əla), İngilis və Rus dilləri (yaxşı)
– Rahat ünsiyyət qurma bacarığı
– İşdə məsuliyyətli, ünsiyyətli
– Dəqiqlik, operativlik, kollektivdə işləmə bacarığı
– Dürüst, səmimi və diqqətli olma və təşəbbüskarlıq qabiliyyəti
– Yarana biləcək problemlər həll etmə bacarığı
– Analitik təfəkkür
– İnkişafa meyllilik
– Logistika və ixrac əməliyyatları sahəsində minimum 1 il iş təcrübəsi

Logistika üzrə mütəxəssis və kiçik mütəxəssis və gömrük üzrə mütəxəssi işlərinində iş təcrübəsi olanalara üstünlük veriləcəkdir.

Mənbə: boss.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.