Mühasibat uçotu ilə bağlı 8 Qanunda dəyişiklik edilib

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu ilə bağlı 8 Qanunda dəyişiklik edilib

Sığorta fəaliyyəti vergi Mühasibat uçotu“Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci, 10-cu, 13-cü, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226; 2001, № 11, maddə 683, № 12, maddə 736; 2002, № 5, maddə 241; 2003, № 1, maddə 21; 2004, № 3, maddə 133; 2005, № 8, maddə 684; 2007, № 11, maddə 1053; 2008, № 3, maddə 152; 2009, № 7, maddə 517; 2010, № 11, maddə 938; 2011, № 4, maddə 246; 2019, № 1, maddə 25) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci maddənin birinci hissəsindən “, mühasibat” sözü çıxarılsın;

1.2. 8-ci maddənin birinci hissəsində “mühasibat” sözü (birinci halda) “maliyyə” sözü ilə əvəz edilsin.

Maddə 2. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 275; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 360, № 11, maddə 683, № 12, maddə 736; 2002, № 5, maddə 241, № 12, maddə 709; 2003, № 1, maddə 1; 2004, № 4, maddə 202; 2007, № 10, maddə 938; 2019, № 1, maddə 27) 7-ci maddəsinin birinci hissəsinin yeddinci abzasında “mühasibat” sözü “maliyyə” sözü ilə əvəz edilsin.

Maddə 3. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 460; 2001, № 1, maddə 25, № 6, maddə 362; 2002, № 5, maddə 241; 2006, № 3, maddə 225; 2007, № 5, maddə 401; 2008, № 5, maddə 348; 2010, № 4, maddə 276; 2015, № 4, maddə 355, № 11, maddə 1260; 2017, № 3, maddə 332, № 5, maddə 736; 2018, № 4, maddə 652, № 12 (I kitab), maddə 2529; 2019, № 1, maddə 28) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 5-ci maddənin 2-ci hissəsinin “c” bəndində “mühasibat balansı” sözləri “maliyyə hesabatları” sözləri ilə əvəz edilsin;

3.2. 24-cü maddənin 1-ci hissəsinin ikinci cümləsində “mühasibat hesabatları, kitabları və sənədləri” sözləri “mühasibat uçotu sənədləri” sözləri ilə əvəz edilsin;

3.3. 27-ci maddənin 1-ci hissəsinin “a” bəndinin ikinci abzasında “mühasibat balansı” sözləri “maliyyə hesabatları” sözləri ilə əvəz edilsin və üçüncü abzası ləğv edilsin;

3.4. 28-ci maddənin 1-ci hissəsinin “b” bəndində “mühasibat balansı” sözləri “maliyyə hesabatları” sözləri ilə əvəz edilsin;

3.5. 36-cı maddənin 2-ci hissəsinin “b” bəndinin üçüncü abzasından “mühasibat balansı ilə birlikdə ilkin” sözləri çıxarılsın.

Maddə 4. “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 469; 2001, № 12, maddə 736; 2002, № 12, maddə 709; 2003, № 12 (I kitab), maddə 672; 2007, № 10, maddə 938; 2015, № 11, maddə 1264; 2018, № 11, maddə 2199) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 5-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Kiçik sahibkarlıq subyektləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu aparırlar, maliyyə, habelə statistik hesabatları tərtib və təqdim edirlər.

Kiçik sahibkarlıq subyektlərinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir.”;

4.2. 6-cı maddənin yeddinci abzasında “mühasibat” sözü “maliyyə” sözü ilə əvəz edilsin.

Maddə 5. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 8; 2001, № 12, maddə 736; 2003, № 1, maddə 7; 2004, № 1, maddə 6; 2007, № 6, maddə 560; 2009, № 2, maddələr 49, 55; 2011, № 4, maddə 257; 2013, № 11, maddə 1290; 2014, № 11, maddə 1365; 2015, № 11, maddə 1252; 2017, № 5, maddələr 718, 747; 2018, № 4, maddə 642, № 12 (I kitab), maddə 2492) 21-ci maddəsinin beşinci abzasına “mühasibat” sözündən sonra “uçotu” sözü əlavə edilsin.

Maddə 6. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 10, № 6, maddə 414; 2001, № 5, maddə 293, № 11, maddə 687, № 12, maddə 740; 2002, № 5, maddə 241, № 6, maddə 328, № 12, maddə 706; 2004, № 5, maddə 318; 2005, № 4, maddə 281, № 8, maddə 699, № 10, maddə 903, № 11, maddə 993; 2007, № 1, maddə 4, № 2, maddə 69, № 8, maddə 745, № 11, maddələr 1053, 1075;

2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 1, maddə 5, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 7, maddə 597, № 11, maddə 938; 2011, № 4, maddə 258, № 12, maddə 1098; 2012, № 10, maddə 946; 2013, № 11, maddə 1271; 2014, № 11, maddə 1353; 2015, № 5, maddə 487; 2016, № 1, maddə 11, № 7, maddə 1243, № 12, maddə 2025; 2017, № 2, maddə 148, № 12 (I kitab), maddə 2236; 2018, № 7 (I kitab), maddə 1388, № 8, maddə 1673, № 11, maddə 2230; 2019, № 1, maddə 22) 12-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. ikinci hissə aşağıdakı redaksiyada verilsin:

“Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər statistik hesabat aparırlar.”;

6.2. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Xüsusi notariuslar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işi təşkil edir, notariat hərəkətləri, tutulan haqlar, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına hesabat və məlumat verirlər.”.

Maddə 7. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 485; 2001, № 12, maddə 736; 2010, № 10, maddə 839; 2016, № 3, maddə 408; 2019, № 1, maddə 32) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 14-cü maddənin 3.6-cı hissəsindən “mühasibat balansının və digər” sözləri çıxarılsın;

7.2. 17-ci maddəyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Kredit ittifaqlarında “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsinə nəzarəti maliyyə bazarlarına nəzarət orqanı həyata keçirir.”.

Maddə 8. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 580; 2002, № 10, maddə 586; 2005, № 5, maddə 391, № 6, maddə 464; 2006, № 5, maddə 389, № 6, maddə 478, № 12, maddə 1005; 2007, № 8, maddə 745; 2013, № 11, maddə 1314; 2014, № 12, maddə 1524; 2015, № 2, maddə 78, № 11, maddə 1297; 2017, № 12 (I kitab), maddə 2191; Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1460-VQD nömrəli Qanunu) 8.2.8-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“8.2.8. dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunu aparır və onun dövlət büdcəsinə köçürülməsini təmin edir, habelə mühasibat uçotunu aparmaqla, maliyyə və statistik hesabatları tərtib edir;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2019-cu il.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2500 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Baş mühasib VakansiyaVakansiya: Baş mühasib

İşəgötürən: PKF Audit Azerbaijan


Vakansiya haqqında

Əmək haqqı: 1500-2500 AZN
Yaş həddi: 25 – 35
İş rejimi: 09:00– 18:00
İş yeri: Bakı

Vəzifə öhdəlikləri

▪ Mühasibat uçotunu Uçot siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq
▪ Vergi ödənişlərinə nəzarət etmək
▪ Vergi bəyannamələrini yığmaq
▪ Daxili nəzarət (audit)
▪ Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
▪ Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq
▪ İşçilərə nəzarət və təlim
▪ İlkin sənədlərə nəzarət

Tələb olunan bilik və bacarıqlar

▪ Müvafiq sahədə ali təhsil
▪ Müvafiq təcrübə (minimum üç illik)
▪ 1C Mühasibat Proqramının peşəkar biliyi
▪ Excel və Word proqramlarının peşəkar biliyi
▪ Vergi Məcəlləsi
▪ Müvafiq sertifikatlar üstünlük sayılacaq

CV-ni hara göndərmək lazımdır?

Yuxarıda qeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-lərini  / electron ünvanına mövzu yerinə “Baş Mühasib” yazaraq göndərməsi xahiş olunur.

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yığım sığortasına ödənilən məbləğdən vergi tutulurmu?

posted in: Vergi, Xəbər | 0

vergiVergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna edilmiş son dəyişikliklər nəticəsində 3 ildən az olmayan müddətə bağlanılan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb edilən gəlirlərin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisi və sosial ayırmadan azaddır.

Bu dəyişikliyin təcrübədə tətbiqi ilə bağlı fikirlər fərqlidir. Məsələn, tutaq ki, neft-qaz sektorunda çalışan işçinin əməkhaqqı 2.000 manatdır. Bəziləri hesab edir ki, bu zaman həmin məbləğin 50 faizindən, yəni 1000 manatdan çox olmayan hissəsi həyatın yığım sığortasına ödənilərsə, həmin hissə gəlir vergisindən azaddır. Həmçinin 1.000 manatın 22 faizi də yığım sığortasına cəlb edilir. Digər fikrin tərəfdarları isə hesab edirlər ki, 2.000 manatın 22 faizi, yəni 440 manat işçinin gəliri hesab edildiyindən, 2.440 manatın 50 faizindən, yəni 1.220 manatdan gəlir vergisi və sosial ayırma hesablanmalıdır.

Bununla bağlı vergi ödəyicilərinin “vergiler.az”a ünvanladığı sualları Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov cavablandırıb:

“Əgər işçinin aylıq əməkhaqqı 2.000 manatdırsa və işəgötürən bunun 50 faizdən çox olmayan hissəsini, yəni 1.000 manatını sığorta şirkətinə ödəyirsə, həmin 1.000 manatlıq hissə gəlir vergisi və sosial ayırmalardan azad edilir. Lakin təcrübədə belə hallar da olur ki, işəgötürənlər həmin əməkhaqqının üzərinə sosial sığorta ayırmalarını da gələrək sığorta şirkətlərinə ödəyirlər. Bəzən sığorta şirkətinə ödənilən 1.000 manatın üzərinə azad olunan məbləğ – yəni 22 faizi – 220 manat gəlməklə sığorta şirkətinə ödəyir. Bəs bu halda işçinin gəliri necə hesablanmalıdır? İşçinin aylıq əməkhaqqı 2.000 manat olduğu üçün onun üzərinə sığorta şirkətinə ödənilən 220 manat da əlavə edilir. Beləliklə, işçinin gəliri 2.220 manat olur. Bu halda qanunvericiliyin tələbinə uyğun olaraq, onun 50 faizindən çox olmayan hissəsi, yəni 1.110 manat gəlir vergisi və sosial sığorta ayırmalarından azad edilir. Bizim misalda sığorta şirkətinə 1.220 manat ödənildiyi üçün onun yalnız 1.110 manatı gəlir vergisindən və sosial sığorta ayırmalarından azad ediləcək”.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mənimsəməyə görə 34 vergi işçisinin fəaliyyətinə xitam verilib

posted in: Vergi, Xəbər | 0

Mənimsəməyə görə 34 vergi işçisinin fəaliyyətinə xitam verilib

seminar məlumat mübadiləsiVergilər Nazirliyi mənimsəməyə yol vermiş 34 əməkdaşın vergi xidmətində fəaliyyətinə xitam verib.

Nazirlikdən verilən məlumata görə, eyni zamanda aşkar olunmuş faktlar toplanaraq hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə göndərilib.

Araşdırmalar zamanı bir sıra vergi əməkdaşları tərəfindən ödəniş məbləğlərinin ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsi müəyyən edilib.

Qeyd olunmalıdır ki, bu, vergi orqanlarının hüquq-mühafizə orqanlarına təqdim etdiyi ilk hal deyil. Təkcə 2018-ci il və 2019-cu ilin 1-ci rübündə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 24 nəfər barədə 14 material hüquq-mühafizə orqanlarına təqdim edilib.

Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru Cavanşir Nuriyev bildirib ki, Nazirlik öz fəaliyyətində şəffaflığın təmin edilməsinə ciddi önəm verir.

“Vergilər Nazirliyinin struktur vahid və bölmələrinin fəaliyyətində yol verilə biləcək nöqsan və çatışmazlıqların vaxtında müəyyənləşdirilməsi üçün təhlillər, daxili audit və xidməti araşdırmalar aparılır. Bu proses daim davam edir və vergi xidməti əməkdaşlarının fəaliyyətinin effektivliyinə, qanunvericiliyə uyğun icrasına nəzarət olunur. Aşkar edilmiş hallar müxtəlif xarakterlidir və yalnız rüşvətalma faktları ilə məhdudlaşmır. Bəzi hallarda vergi əməkdaşlarının himayəçilik etməsi, yaxud vergidən yayınmaq üçün ayrı-ayrı şəxslərə kömək etməsi, bəzən maraq toqquşmasına yol verilməsi və vergi qanunvericiliyinin tələblərinin düzgün tətbiq olunmaması nəticəsində yaranmış risklərlə bağlı hallar qeydə alınıb. 2018-ci il və 2019-cu ilin 1-ci rübü ərzində yerli vergi strukturlarında aparılmış kompleks audit tədbirləri zamanı aşkar edilmiş müxtəlif faktlar üzrə 34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib, 11 əməkdaş vəzifədən kənarlaşdırılıb”, – deyə baş direktor əlavə edib.

C.Nuriyevin sözlərinə görə, bu kimi halların məhz Nazirliyin təşəbbüsü ilə aparılan yoxlamalar çərçivəsində aşkar olunması vergi orqanlarının öz fəaliyyətində şəffaflığı təmin etmək istəyini ən bariz şəkildə nümayiş etdirir.

Beləliklə, Vergilər Nazirliyi öz sıralarını qanunazidd əməllərə yol verən əməkdaşlardan təmizləyəcəyinə dair vədlərinin icrasını davam etdirir. Nazirlikdən bildiriblər ki, qurum bundan sonra da elan etdiyi şəffaflıq prinsiplərinə sadiq qalacaq, daxili strukturlarının və vergi xidməti əməkdaşlarının fəaliyyətini nəzarətdə saxlamaqla korrupsiya və mənimsəmə hallarına qarşı ən sərt tədbirlər görəcək.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.