POS-terminal vasitəsilə satılmış malı geri qaytararkən ödənişi nağd geri qaytarmaq olar?

posted in: Xəbər | 0

POS-terminal vasitəsilə satılmış malı geri qaytararkən ödənişi nağd geri qaytarmaq olar?

əməliyyat POS-terminalSual: Mən dükan işlədirəm. Əgər müştəri pos-terminal vasitəsi ilə ödəniş edərək hər hansısa məhsulu alıbsa və 3 gün sonra geri qaytarma əməliyyatı etmək istəyirsə, kassadan müştəriyə nağd vəsait ödəyə bilərəmmi?
Cavab: Bildiririk ki, pərakəndə ticarət qaydasında POS-terminal vasitəsilə satılmış malın geri qaytarılması zamanı ödənişin  nağd qaydada həyata keçirilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.
Mənbə: taxes.gov.az
Bax: Bu halda borcu bağışlanan işçiyə 102.1.3. maddənin müddəaları tətbiq edilə bilər?

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2000 AZN əmək haqqı ilə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya Baş MühasibVakansiya: Baş mühasib

İşəgötürən: BERC GROUP

  • Şəhər: Bakı
  • Yaş: 23 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Rəşad Ağayev

Bu halda borcu bağışlanan işçiyə 102.1.3. maddənin müddəaları tətbiq edilə bilər?

posted in: Vergi, Xəbər | 0

güzəşt sənədlərSual: 98.2.4. maddəyə əsasən borcu bağışlanan işçiyə 102.1.3. maddənin müddəaları tətbiq edilə bilər?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 98.2.2-ci maddəsinə əsasən işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda – bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri muzdlu işdən əldə olunan gəlirə aid edilir.

Eyni zamanda, il ərzində alınan hədiyyənin 1000 manatadək hissəsi gəlir vergisindən azad edildiyi üçün, işçinin aldığı hədiyyənin 1000 manatdan artıq olan hissəsindən ümumi qaydada vergi hesablanır.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyinə imtahan vermək istəyənlər üçün ədəbiyyat siyahısı

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyinə imtahan vermək istəyənlər üçün ədəbiyyat siyahısı

iş rejimi imtahanDövlət vergi orqanlarına işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində namizədlərə təqdim olunacaq 100 sualı əhatə edən

Ədəbiyyat siyahısı – 1

(iqtisadçı və digər ixtisaslar üçün)

1. Azərbaycan Respublikasının Konstitusiyası  

2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi – 1, 2-ci fəsillər, 24-28, 41 və 42-ci maddələr, 4-cü fəsil, 135-139, 146, 6-cı fəsil, 178, 181, 203, 212, 213, 225-ci maddələr, 13-14-cü fəsillər, 16-cı fəsil, 5-ci bölmə, 19-cu fəsil, 389, 390, 460, 560, 567, 614, 627, 646, 666, 675, 700, 710, 747, 787, 883, 884, 937, 965, 971-973, 997,1077, 1096-1101, 1133-1135, 1159-1160, 1166-cı maddələr

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi – 1-2-ci fəsillər, 21-25-ci maddələr, 5-ci fəsil, 38-ci maddə, 7-12-ci fəsillər, 86, 94, 95-ci maddələr, 14-15 və 17-18-ci fəsillər, 150, 398, 401-408, 413, 430, 431, 451, 460- 461, 467, 477-1-ci, 530-532, 545, 598, 602-ci maddələr

5. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu

6. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

7. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu

8. ””Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu

9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

10.  “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu

11. “Vergilər Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12. İqtisadi nəzəriyyə, Maliyyə, Büdcə Sistemi (“Makroiqtisadiyyata giriş” Məmmədhəsən Meybullayev və “Ekonomiksin əsasları” Qreqori Mənkyu)

13. Mühasibat uçotu (“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”)

14. Gömrük (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi – 2, 3, 5, 7, 13, 64, 73, 75, 149, 150, 166, 222-224, 226, 231, 237, 238, 240, 242-244, 246, 247, 249, 258, 267, 271-ci maddələr, “Gömrük Tarifi Haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanı, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı, Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 saylı Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları” və 14 oktyabr 2013-cü il tarixli 305 saylı Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal yaxud kommersiya məqsədləri üçün nəzərədə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”)

15. Sosial və işsizlikdən sığorta (“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, “İşsizlikdən sığorta haqqında”  Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti  itirmiş işçilərə işəgötürəninn vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”)

Ədəbiyyat siyahısı – 2

(hüquqşünaslıq ixtisası üçün)

1. Azərbaycan Respublikasının Konstitusiyası

2 .“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu

3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi

4. Azərbaycan Respublikasının Mülki Məcəlləsi – 1,2-ci fəsillər, 24-28, 41 və 42-ci maddələr, 4-cü fəsil, 135-139, 146, 6-cı fəsil, 178, 181, 203, 212, 213, 225-ci maddələr, 13-14-cü fəsillər, 16-cı fəsil, 5-ci bölmə, 19-cu fəsil, 389, 390, 460, 560, 567, 614, 627, 646, 666, 675, 700, 710, 747, 787, 883, 884, 937, 965, 971-973, 997,1077, 1096-1101, 1133-1135, 1159-1160, 1166-cı maddələr

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi – 1-23, 30, 40-2, 41-45-ci fəsillər

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi  – 1-2-ci fəsillər, 21-25-ci maddələr, 5-ci fəsil, 38-ci maddə, 7-12-ci fəsillər, 86, 94, 95-ci maddələr, 14-15 və 17-18-ci fəsillər, 150, 398, 401-408, 413, 430, 431, 451, 460- 461, 467, 477-1, 530-532, 545, 598, 602-ci maddələr

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi – 1-13-cü fəsillər

8. Azərbaycan Respublikasının Əmək Məcəlləsi –  2-12,19,28,31-32-ci maddələr, 7-ci fəsil, 57,62-ci maddələr, 10-11-ci fəsillər, 89-91 və 94-cü maddələr, 15-16-cı fəsillər, 114, 122-124-cü maddələr, 19-20-ci fəsillər, 131-132, 137, 154, 175, 179 və 186-cı maddələr

9. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi – 1-7-ci fəsillər, 41-44, 46, 55, 73-2, 75, 162-1, 192, 192-1, 193, 205-1, 205-2, 213, 213-1, 303, 306-cı maddələr

10. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi – 1-4, 6, 8-11, 14-16-cı fəsillər, 154-157-ci maddələr, 18-19, 23-28, 30-31 və 34-38-ci fəsillər

11. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu

12. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu

13. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

14. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu,

15. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

17.  “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

18. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu

19. “Vergilər Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı

20. Gömrük (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi – 2, 3, 5, 7, 13, 64, 73, 75, 149, 150, 166, 222-224, 226, 231, 237, 238, 240, 242-244, 246, 247, 249, 258, 267, 271-ci maddələr, “Gömrük Tarifi Haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanı, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı, Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 saylı Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları” və 14 oktyabr 2013-cü il tarixli 305 saylı Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal yaxud kommersiya məqsədləri üçün nəzərədə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”)

21. Sosial və işsizlikdən sığorta (“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti  itirmiş işçilərə işəgötürəninn vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”)

Qeyd: Müsabiqənin test imtahanı mərhələsində namizədlərə məntiq və informatika sahələri üzrə test tapşırıqları təqdim olunmayacaq!

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.