Mühasibat şöbəsində “Yay Təcrübə Proqramı”

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Yay Təcrübə Proqramı Maliyyə mühasibatMühasibat şöbəsində “Yay Təcrübə Proqramı”.

“METAK” MMC Ali məktəb məzunlara və sonuncu kurs tələbələrinə Mühasibat şöbəsində  iş təcrübəsini qazanmağa imkan yaradır!

Gənclərə təcrübə keçməklə yanaşı mühasibat sahəsində praktiki bacarıqlara yiyələnmək, daxili təlimlərdə iştirak etmək, peşəkarlarla birgə çalışmaq şansı verilir.

Təcrübə proqramını uğurla bitirən gənclər şirkətdə işlə təmin olunma imkanı əldə edəcəklər.

Tələblər:

• Ali təhsil (Maliyyə/iqtisadiyyat);
• Mühasibat sahəsində nəzəri biliklər;
• Analitik təhlil və operativlik bacarığı;
• Komandada işləmək bacarığı;
• Öyrənməyə həvəsli;
• Dəqiq, məsuliyyətli və stressədavamlı;

İş şəraiti

• Yarım iş günü (part-time)
• Nahar şirkət hesabına verilir;
• Servis xidməti fəaliyyət göstərir;
• Təcrübə proqramı ödənilir.

Maraqlanan gənclər 04 İyul 2019-cu il tarixinədək öz CV-lərini  / elektron ünvanına (mövzuda “Mühasibat şöbəsində təcrübəçi” yazıb) göndərə və ya saytda onlayn-anketi dolduraraq  https://www.metak.az/resume/resume.php?vid=135  müraciət edə bilərlər.

Mənbə: metak.az

Metak MMC barədə :

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti işkələləri və dirəkləri istehsal olunmağa başlanmışdır.

Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 750 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Artıq vergi ödəmələri azalıb

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda vergi ödəyicilərinin büdcəyə olan artıq ödəmə məbləği 21%-dən çox azalıb.

Hesablama vergi sirri hesablama palatasıÖtən il ərzində Azərbaycanda vergi ödəyicilərinin dövlət büdcəsinə olan artıq ödəmə məbləği 21%-dən çox azalıb.
Bu, Hesablama Palatası 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində qeyd olunub. Rəydə bildirilib ki, vergi və digər icbari ödənişlər üzrə vergi ödəyicilərinin dövlət büdcəsinə olan artıq ödəmə məbləği 01.01.2019-cu il tarixə ümumilikdə 2 001 221,6 min manat təşkil edib ki, bu da 01.01.2018-ci il tarixinə olan göstəricidən 543 665,8 min manat və ya 21,4% azdır.
Bu məbləğin 94,3%-i qeyri-neft sektorun, 5,7%-i isə neft sektorunun payına düşüb. Əvvəlki dövrlə müqayisədə neft sektoru üzrə azalma 52,3% təşkil edib. Rəydə 2018-ci il ərzində artıqödəmə məbləğinin qeyd olunan əhəmiyyətli dərəcədə azalmasının yalnız oktyabr-dekabr aylarına təsadüf etdiyi, yanvar-sentyabr aylarında isə artıq ödəmə məbləğinin artdığı göstərilib.
Mənbə: apa.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2000 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya baş mühasibVakansiya: Baş mühasib

İşəgötürən: Agrico MMC


Əmək haqqı: 1800-2000 AZN
Baş mühasib üçün tələblər:

– Əmək və Vergi Məcəlləsini yaxşı səviyyədə bilməlidir;
– Müvafiq normativ-hüquqi sənədlər, müəssisədaxili normativ sənədlər, iş vaxtının uçotu;
– Ən azı 3-5 il iş təcrübəsi (istehsalat, satış);
– Müvafiq normativ-hüquqi sənədlər;
– Maya dəyərinin hesablanması qaydaları;
– Avans hesablarının təlimatı;
– MS Office, 1C proqramlarında sərbəst işləməyi bacarmalıdır.

İşin təsviri:

– Mühasibat və vergi uçotunun aparılması;
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara (Xüsusi Rejimli Vergi Xidməti Departamenti, DSMF və Statiştika Şöbəsi)  təqdim edilməsi;
– Bank əməliyyatlarının həyata keçirilməsi;

İş qrafiki:

– Bazar ertəsi – Cümə:  8:30  – 17:30
– Şənbə : 10.00  – 16.00

Maraqlanan namizədlər mövzu yerində “Baş mühasib” yazmaqla öz CV-lərini  / ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib

uçot azərbaycanAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8,75%-dən 8,5%-ə endirilməsi haqqında qərar qəbul edib.

Faiz dəhlizinin yuxarı həddi 10,5%, aşağı həddi isə 6,5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərar faktiki inflyasiyanın hədəf diapazonunun (4±2%) mərkəzindən aşağıda olması, inflyasiya gözləntilərinin sabitliyi, xarici mühitin əlverişli qalması və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul olunub.

AMB bəyan edib ki, hazırda ölkədə inflyasiya gözlənilən trayektoriyada dəyişir. 2019-cu ilin aprel ayında 12 aylıq inflyasiya hədəf çərçivəsində olmaqla 3,1% təşkil edib. Ərzaq və xidmətlər üzrə qiymət artımı (müvafiq olaraq 3,5% və 3,8%) hədəf intervalında formalaşıb. Qeyri-ərzaq məhsullarının qiymətləri isə 1,4% yüksəlib. May ayında mövsümi amillərin təsiri ilə istehlak səbətində mühüm xüsusi çəkiyə malik ərzaq məhsulların ucuzlaşması müşahidə edilib.

İstehlak qiymətlərinin cari dinamikası və valyuta bazarında tarazlıq inflyasiya gözləntilərini stabil saxlayır. Real sektor monitorinqinin nəticələrinə əsasən son ayda qiymət gözləntiləri ticarət, xidmət və tikinti sektorlarında azalıb, qeyri-neft emal sənayesində dəyişməz qalıb.

Kənd təsərrüfatı məhsulları mövsümi xarakterli amillərin təsiri ilə qarşıdakı bir neçə ayda da ərzaq inflyasiyasına azaldıcı təsir edəcək. Proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın hədəf daxilində (4±2%) qalacağını göstərir.

Xarici sektorda müsbət meyillər davam etməkdədir. Cari ilin 4 ayında ixrac (malların ixracı) 25,4%, o cümlədən qeyri-neft ixracı 19,9% artıb, ticarət balansında 2.5 milyard dollarlıq müsbət saldo yaranıb.

Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 6,2% artaraq 47,5 milyard dollara çatıb.

Beynəlxalq konyunktur Azərbaycan üçün əlverişli olaraq qalır. Neftin qiyməti ilin əvvəlindən 24% yüksəlib.

Dünya ərzaq qiymətləri aprel ayında ötən ilin eyni dövrünə nəzərən 2,2% aşağı düşüb (Mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı).

İqtisadi artım pozitiv dinamikasını saxlayır. 2019-cu ilin 4 ayında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2,1% təşkil edib. Qeyri-neft sektorunda artım 2,1% olub və əsasən ticari sektordan qaynaqlanıb. Real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi son ayda qeyri-neft emal və xidmət sektorunda artıb.

İqtisadi artım həm xarici tələb, həm də daxili tələblə dəstəklənir. Yanvar-aprel aylarında ötən ilin müvafiq dövrünə nəzərən pərakəndə əmtəə dövriyyəsinin artım tempi (2,7%) əhali gəlirlərinin artım tempindən (5,5%) geri qalıb. Bu, ev təsərrüfatlarının hələ ki, əhəmiyyətli inflyasiya təzyiqi yaratmayan istehlak davranışı nümayiş etdirdiyini göstərir.

Qısamüddətli dövrdə inflyasiya üzrə risklər balansı tarazlı qiymətləndirilir. Buraya əlverişli beynəlxalq konyunktur, profisitli tədiyə balansı, tarazlı valyuta bazarı, antiinflyasion xarakterli monetar şərait və mövsümi amillər aiddir.

Ortamüddətli perspektiv üzrə risklər balansı mürəkkəbləşməkdədir. Xarici sektor üzrə başlıca qeyri-müəyyənlik qlobal iqtisadi artım perspektivlərinin pisləşməsi, ticarət müharibələrinin yeni dalğası və geosiyasi gərginlik fonunda neftin qiymət dinamikası ilə bağlıdır. Neftin may ayından başlayan ucuzlaşmasının davamlı xarakter alması iqtisadi gözləntilərə neqativ təsir edə bilər. Digər xarici risk mənbəyi dünya ərzaq bazarlarında bahalaşmanın davam etməsi və potensial inflyasiya idxalıdır. Ticarət tərəfdaşı ölkələrinin maliyyə bazarlarında qeyri-sabitlik riski isə nisbətən azalıb ki, bu da qabaqcıl ölkələrdə monetar siyasətin daha da sərtləşməsi gözləntilərinin azalması ilə izah edilir.

Daxili risk amillərinin reallaşması sosial xarakterli fiskal stimullar və maliyyə sektoru ilə bağlı qərarların istehlak bazarına və monetar sektora təsirinin miqyasından asılı olacaq. Son aylarda müşahidə edilən proseslər bu təsirlərin zaman üzrə yayıldığını göstərir. Qeyd olunan faktorların inflyasiyaya ötürücülüyü dərəcəsi tam olaraq ilin sonuna formalaşacaq. Mürəkkəbləşməkdə olan xarici fonda fiskal siyasətin mövcud qaydalar çərçivəsində həyata keçirilməsi, fiskal siyasətlə monetar siyasətin vahid çərçivədə sərt əlaqələndirilməsi dayanıqlı makroiqtisadi sabitliyin baza şərti olaraq qalır.

May ayının yekunu üzrə manatla pul bazası ilin əvvəlinə nəzərən 6,6% artıb ki, bu da inflyasiya hədəfinə nail olmaq baxımından məqbul səviyyədir. AMB-nin sterilizasiya əməliyyatları üzrə qalığın azalması fiskal profisit şəraitində pul bazasını hədəf daxilində tənzimləməklə əlaqədardır.

Aşağı kredit aktivliyi şəraitində bank sisteminin likvidlik mövqeyində iri həcmli struktur profisiti qalmaqdadır. Yanvar-aprel aylarında kredit qoyuluşları 0,1%, o cümlədən hüquqi şəxslər üzrə 2,7% azalıb. Kredit aktivliyinin son illərdə də aşağı düşməsi iqtisadi artıma və məcmu təklifin genişlənməsinə neqativ təsir göstərməklə makroiqtisadi və maliyyə sabitliyinə xələl gətirir. Bu fonda cari ildə bankların xarici investisiya aktivliyi diqqəti cəlb edir.

Faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsi, inflyasiya gözləntiləri, xarici mühitin dəyişimi və maliyyə bazarlarının buna reaksiyasından asılı olaraq qəbul ediləcək.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat iyulun 26-da ictimaiyyətə təqdim ediləcək.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.