2019-cu il üçün Net-dən Gross-a əmək haqqı hesablanması

posted in: Excel, Xəbər | 5

əmək haqqı hesablanmasıNet-dən Gross-a əmək haqqı hesablanması


Mühasiblərin daim rastlaşdıqları problemlərdən biri olan Net-dən Gross-a və Grossdan Net-ə əmək haqqı hesablanması-nın öhdəsindən artıq olduqca sadə bir yolla gəlmək mümkündür. Aşağıda verilən Net-dən Gross-a əmək haqqı hesablanması cədvəlini linkə daxil olaraq yükləyə bilərsiniz.
Yükləyin: 2019-cu il üçün Net-dən Gross-a əmək haqqı hesablanması cədvəli

2019-cu ilin gəlişinə çox az bir müddət qalmış qanunvericiliyə ediləcək dəyişikliklər, o cümlədən əmək haqqına təsiri hiss olunacaq yeniliklər hər ötən gün daha da maraqla izlənməkdədir.

Yeni dəyişiklikləri nəzərə alaraq işçi əvvəlcə hansı kateqoriyaya aid edildiyini müəyyən etməli olacaq.

Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində (bu fəaliyyət sahələri hazırda müəyyən edilmədiyi üçün yeni maddələr qüvvəyə mindiyi təqdirdə həmin sahələr də ayrıca qaydada müəyyən ediləcəkdir) işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı kimi hesablanacaqdır:

2019-cu ildən 7 il müddətinə

  1. əmək haqqı (gross, müqavilədə göstərilən, tutulmalar şamil edilməmiş baza) məbləği 8000 AZN-dək olan şəxslər gəlir vergisindən azad edilir.
  2. 8000 AZN-dən çox olan əmək haqqının artıq hissəsi 14% dərəcə ilə gəlir vergisinə cəlb ediləcək.

Buna uyğun olaraq şəxsin əmək haqqı 8100 AZN olarsa, onda onun əmək haqqından yalnız 14 AZN gəlir vergisinə görə tutulacaq.

Ümumiyyətlə isə hər bir işçiyə tətbiq ediləcək olan yenilik isə ondan ibarətdir ki, artıq ölkə üzrə müəyyən edilən yaşayış minimumu deyil. Sabit məbləğ əmək haqqından çıxılacaq.

2019-cu ildən etibarən əmək haqqı məbləği nəzərə alınmaqla sosial sığorta haqqı iki cür hesablanacaq.

  1. 200 AZN-dək əmək haqqı alan şəxslərin əmək haqqından əvvəlki kimi 3% dərəcə ilə sosial sığorta haqqı tutulacaq. Əmək haqqının 22% məbləğində isə işəgötürən tərəfindən sosial sığorta haqqı ödəniləcək.
  2. 200 AZN-dən yuxarı əmək haqqı alan şəxslərin əmək haqqından 200 AZN-dək hissəyə görə 6 manat (200 AZN-in 3%-i), 200 AZN-dən yuxarı məbləğin isə 10%-i sosial sığorta haqqına tutulacaq.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

 

Hüquq sənədlərini kağız daşıyıcıda almaq mümkündür?

posted in: Xəbər | 0

sərəncamlarSual: Elektron qaydayla 28.03.2019-cu ildə MMC açmışam və mənə dövlət reyestrdən çıxarış, MMC-nin nizamnaməsi, VÖEN şəhadətnaməsi elektron qaydada a.doc formatında göndərilib. Bilmək istərdimki sadalananları hazır sənəd formasında əslini ala bilərəm?

Cavab: Bildiririk ki, 28 dekabr 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5-1.8-ci maddəsinə edilmiş dəyişikliyə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin və dövlət reyestrindən çıxarışın kağız daşıyıcıda qeydiyyat orqanı tərəfindən verilməsi zərurəti aradan qaldırılmışdır.

Həmin qanunun 18.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin və dövlət reyestrindən çıxarışın qeydiyyat orqanı tərəfindən kağız daşıyıcıda verilməsi zərurətinin aradan qaldırılması, vergi ödəyicisini həmin sənədləri əldə etmək hüququndan məhrum etmir. Eyni zamanda bildiririk ki, hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədlərin (nizamnamə, şəhadətnamə, reyestrdən çıxarış) banklar tərəfindən elektron əldə edilməsi üçün texniki imkan yaradılmışdır.

Bu məqsədlə bankın əməkdaşı İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq” bölməsinə daxil olaraq “Reyestr məlumatlarına baxış” bölməsində hüquqi şəxsin VÖEN-ni və şəhadətnamə-dublikatın nömrəsini yığmaqla hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədləri (nizamnamə, şəhadətnamə, reyestrdən çıxarış) öz kompüterinə yükləyə bilər.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat Uçotu kurslarının səhər qrupları start götürür!

Mühasibat Uçotu Kursları start götürür.

Mühasibat Uçotu Kursları

Mühasibat Uçotu kursları üçün qeydiyyatdan keçməyə tələsin.
Mühasibatlığı bizimlə öyrənin.

– Öyrəndiyiniz nəzəri biliklər iş prosesində köməyinizə çatmırsa,
– Hər yerdə praktika tələb etsələr də bu praktikanı harda və necə qazanacağınızı bilmirsinizsə,
– MƏCƏLLƏLƏR və digər MÜHASİBATLIQ təlimatlarını oxumaq və başa düşmək çətin gəlirsə, biz sizi yeni start götürəcək xüsusi MÜHASİBATLIQ KURSUNA dəvət edirik.

Qrupda dərslər iştirakçılara fərdi yanaşma prinsipi ilə təşkil edilir. Bizə qoşulun ki, interaktiv metodla, asan dildə və real sənədlərlə işləmək imkanını sizin üçün əlçatan edək!

Mühasibatlığın 0-dan başlayaraq praktiki şəkildə tədris olunduğu kurs proqramında

– beynəlxalq mühasibatlıq nəzəriyyəsi,
– vergi və DSMF hesabatlarının tərtib olunması,
– müxabirləşmələrin asan və yaddaqalan metodlarla mənimsənilməsi,
– elektron portallarda (Elektron qaimələrin yazılması, əmək müqaviləsinin elektron qeydiyyatı və s.) işləmək qaydaları öyrədilir.

Bundan əlavə olaraq, kursun praktika hissəsində siz rəsmi sənədlərlə praktiki işləmək imkanı əldə edəcəksiniz.

Kursun ümumi müddəti 52 saatdır.

Dərslər 1 və 4-cü günlər (saat 10:00-12:00) tədris olunacaq.

Dərslər 10 iyun tarixində başlayacaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Beş ayda vergi daxilolmaları 3 milyard manatı keçib

posted in: Vergi, Xəbər | 0

Beş ayda vergi daxilolmaları 3 milyard manatı keçib

əmək haqqı

“Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” mövzusunda Bakıda keçirilən konfransda çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, bu ilin ilk 5 ayında Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları proqnozdan 286,5 milyon manat çox – 3 milyard 138 mln. manat olub.
2019-cu ilin yanvarından sosial ödənişlərin və işsizlikdən sığorta haqlarının hesabatlılığının Vergilər Nazirliyinə verildiyini xatırladan nazir müavini bu sahədən toplanmış vəsaitləri də açıqlayıb:
“Bu ilin ötən 5 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna 1 milyard manatdan çox vəsait daxil olub. Bu da proqnozdan 130 milyon manat çoxdur: proqnoz tapşırığına isə 114 faiz əməl edilib”.
Sahib Ələkbərov diqqəti bu nailiyyətlərin vergi yoxlamalarının sayının kəskin azaldığı bir şəraitdə əldə edildiyinə yönəldib: “2018-ci ildə əvvəlki illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb. Bu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə isə həmin yoxlamaların sayı daha 4 dəfəyədək azalıb”.
Mənbə: vergiler.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.