Dövlət Gömrük Komitəsinin səlahiyyətləri artırılıb

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsi rüsumPrezident İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

İmzalanmış Fərmanla “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnaməyə aşağıdakı məzmunda 8.19.3-cü yarımbənd əlavə edilib.

Yeni bəndə görə, gömrük sərhədini keçən fiziki şəxslər barədə qanunvericiliyin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatların, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatların “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi Dövlət Gömrük Komitəsinə həvalə edilib.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nağdlaşdırma zamanı ödəmə mənbəyindən vergitutma

posted in: Xəbər | 0

vergi sirriNağdlaşdırma zamanı ödəmə mənbəyindən vergitutma


Təcrübədə ən çox rast gəlinən hadisələrdən biri də hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərini nağdlaşdıran zaman yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən ödəmə mənbəyindən 1 faiz dərəcə ilə vergi tutulmasıdır. Bu sahədə diqqət yetirilməli olan məqamlara iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. Bu, sırf vergi ödəyicilərinə aid olduğundan, adi vətəndaşların nağd pul çıxarmasına görə vergi tutulmur.

Misal: Tutaq ki, “A” MMC işçinin əməkhaqqı kartına 500 manat ödəyir, işçi həmin vəsaiti nağdlaşdırdıqda 1 faiz vergi ödəmir. Vətəndaşın bank hesabına pul köçürmələri vasitəsilə vəsait daxil olduqda da həmin vəsatin nağd formada hesabdan çıxarılmasına görə 1 faiz sadələşdirlmiş vergi hesablanmır.

Nağd vəsaitlərin çıxarılması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə hər hansı güzəşt nəzərdə tutulmayıb. Yəni vergi ödəyicisinin kənd təsərrüfatı ilə, yaxud ixrac və ya istehsal fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, bank hesabından nağd pul çıxarıldıqda 1 faiz sadələşdirilmiş vergi ödənilməlidir.

Dövlət təşkilatları və bələdiyyələr tərəfindən bank hesabından vəsaitin çıxarılması zamanı 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi tutulmamalıdır. Çünki bu maddə hüquqi şəxs statusunda yaradılan müəssisə və təşkilatlar, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aiddir. Bu məntiqlə icarə fəaliyyətindən, yəni qeyri-sahibkarlıq fəaliyyətindən gəlir edənlər də bank hesabından vəsaiti nağdlaşdırdıqda həmin vergini ödəməməlidirlər.

Vergi ödəyicisi bank hesablarından nağdlaşdırmaya görə ödədikləri 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi xərcini gəlirdən çıxılan xərclərə aid etməlidir. Yəni gəlir və ya mənfəət vergisi ödəyicisi müvafiq bəyannamə və cari vergi arayışlarında bu məbləği xərc kimi qeyd edə bilər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Avtomatik məlumat mübadiləsi barədə seminar keçirilib

posted in: Xəbər | 0

Depozit Hesabı Məcburi sosial sığorta ƏDV məqsədləri Vergilər naziri ƏDV məqsədləriAvtomatik məlumat mübadiləsi barədə seminar keçirilib.

Vergilər Nazirliyinin Beynəlxalq vergitutma və vergi monitorinqi departamenti Azərbaycanda fəaliyyət göstərən və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq hesabat verən maliyyə institutlarının məsul şəxsləri üçün maliyyə hesabları barədə avtomatik məlumat mübadiləsində əməletmə vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində növbəti seminar keçirilib.

Departamentin Maliyyə institutlarında vergi monitorinqi şöbəsinin rəhbəri Səfərəli Cavadov seminar iştirakçılarına avtomatik məlumat mübadiləsinin beynəlxalq standartlara uyğun olaraq həyata keçirilməsinin əhəmiyyəti, bu sahədə əməletmə səviyyəsinin optimallaşdırılması və müvafiq sahəni əhatə edən Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə məlumat verib. Qeyd edib ki, ötən il həyata keçirilən ilk məlumat mübadiləsi uğurla başa çatdırılıb və artıq öz nəticələrini verir. Bu da öz növbəsində 2019-cu ildə baş tutacaq məlumat mübadiləsinin də müvəffəqiyyətli olacağına zəmin yaradıb.

Departamentin Maliyyə institutlarında vergi monitorinqi şöbəsinin baş dövlət vergi müfəttişi Elxan Əhmədzadə seminar iştirakçılarına avtomatik məlumat mübadiləsi standartı olan Ümumi Hesabatlılıq Standartının (CRS) tələbləri və müvafiq sahəni tənzimləyən normativ hüquqi sənədlər barədə ətraflı məlumat verib. Hərtərəfli yoxlama prosedurlarının aparılması ardıcıllığı, atılması zəruri hesab edilən addımlar və xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin maliyyə əməliyyatları barədə hesabatların doldurulması, ötürülməsi və həmin hesabatlara düzəliş edilməsi qaydalarını izah edib.

Seminar çərçivəsində maliyyə institutlarının məsul şəxslərinin sualları cavablandırılıb və təklifləri dinlənilib.
Mənbə: vergiler.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Səyyar vergi yoxlamalarının sayı 4 dəfə azalıb

posted in: Vergi, Xəbər | 0

Səyyar vergi yoxlamalarının sayı 4 dəfə azalıb

“Ötən 5 ay ərzində Dövlət Sosial Müdafiə Fonduna 1 mlrd manatdan çox vəsait daxil olub ki, bu da proqnozdan 130 mln manat çoxdur. Proqnoz tapşırığına isə 114% əməl olunub”.

Bunu Bakıda keçirilən “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, vergi yoxlamaları azalıb: “2018-ci ildə öncəki ilə nisbətən səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb. Bu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə daha 4 dəfə azalıb və 1 mln vergi ödəyicisi üçün cəmi 176 səyyar vergi yoxlaması qeydə alınıb”.

Nazir müavini deyib ki, fəaliyyətində ilkin nöqsan aşkar edilmiş sahibkara xəbərdarlıq edilir:

“Əgər ilkin olaraq xəbərdarlıq edilmirsə, ona qarşı heç bir sanksiya tətbiq edilə bilməz. Bəzi sahibkarlar var ki, onlar “bulanıq suda balıq tutmaq daha asandır” prinsipi ilə çalışırlar. Bu isı digər şəffaf sahibkarların fəaliyyətinə ziyandır”.

Onun sözlərinə görə, təkcə 5 ayda Vergilər Nazirliyi xətti ilə 3 mlrd 138 min manatdan çox vəsait daxil olub: “Bu proqnoz tapşırığından 286,5 mln manat çoxdur. Bu çox böyük bir rəqəmdir. Vaxtilə biz bu rəqəmlərlə bağlı ancaq arzu edə bilərdik. Ötən ilə nisbətən büdcəyə vergi daxilolmalarının məbləği 262 mln manat artıb”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.