Yaponiya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Yaponiya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Yaponiya vergi sistemi 1950-ci illərdə formalaşıb və keçən illər ərzində xırda təşkilati və kiçik qanunverici dəyişikliklərə məruz qalıb.

Struktura görə maliyyə nazirliyinin tərkibinə daxil olan və nazirliyin “kənar” idarəsi hesab olunan Milli vergi idarəsinin (MVİ) üzərinə həm birbaşa ümumdövlət vergisinin toplanılması və bundan yayınma hallarının qarşısının alınması, eləcə də dolayısı vergilərin toplanılması kimi funksiyalar qoyulub. Maliyyə nazirliyinin səlahiyyətlərinə daxil olan gömrük rüsumları və gəmi yığımları istisna təşkil edir.

Yaponiyada ümumdövlət vergilərindən əlavə həm də yerli vergilər: prefektura və bələdiyyə vergiləri də tutulur. Ümumdövlət vergilərinə prefektura ərazisində yaşamaqla bağlı vergi, işçilərin sayından asılı olaraq müəssisələrdən tutulan vergi, daşınmaz əmlak alışına görə vergi, tütün məhsullarına tətbiq olunan aksiz vergisinin bir hissəsi, tamaşa tədbirləri ilə əlaqəli vergi, nəqliyyat vasitələrinə görə vergi, gəlir vergisi və təbii resurslardan istifadəyə görə vergi aiddir. İkinciyə isə – yaşayış, mülkiyyət vergisi, tütün məhsuluna görə aksiz vergisinin bir hissəsi, yüngül nəqliyyat vasitələrinə görə vergi, torpağ mülkiyyətinə görə, şəhərlərin inkişafına görə və s. vergiləri aid etmək olar. Yerli vergilər yerli idarəedici orqanlar tərəfindən tutulur ki, onların da ümumvergi orqanlarından asılı olmayan öz vergi idarələri olur.

127 milyon nəfərlik əhaliyə malik olan Yaponiyada MVİ-nin ştat heyəti 56 466 nəfər təşkil edir.

Vergi növləri

Hazırda Yaponiyada 50 müxtəlif vergi növü mövcuddur. Başqa ölkələrdə olduğu kimi Yaponiya vergiləri mərkəzi və yerli, birbaşa və dolayısı, adi və məqsədli vergi növlərinə bölünür.

Bütün vergi daxilolmalarının əsasını – dövlət büdcəsinə daxilomaların təxminən 70%-ni gəlir vergisi və hüquqi şəxslərdən tutulan vergilər təşkil edir.  Gəlir vergisi fərdi şəxslərin əldə etdiyi hər cür gəlirlərdən tutulur.
Hüquqi şəxslərin vergisi sahibkarlıq fəaliyyəti ilə məşğul olan səhmdar cəmiyyətlər və məhdud məsuliyyətli cəmiyyətlərdən, pensiya fondları və digərlərinin gəlirlərindən tutulur.

Mirasa görə vergi ölən şəxsdən miras qaldıqda ödənilir.

Hər hansı bir fərdi şəxsdən hədiyyə qəbulu da mirasdan vergi kimi qəbul edilir.

3% həcmində hesablanan istehlak vergisi demək olar ki, hər bir mal və ya xidmətdən tutulur. Bu dolayısı vergidir, belə ki, malın qiymətinə bağlanır və istehlakçı tərəfindən ödənilir. Torpaq alqı-satqısı, kommunal xidmətlər, məktəbə qəbul və təhsilə görə ödəniş haqqı, həkim yanında profilaktik yoxlama, dəfn və digər bu kimi hallar üçün istehlak vergisi tutulmur.

Dolayısı vergilərin bir neçə xüsusi növləri də vardır. Misal üçün, spirtli içkilərin qiyməti 44% həcmində vergini də özündə ehtiva edir.

Eləcə də otellərdə yaşamaq və ictimai iaşə obyektlərindən istifadəyə görə yerli istehlak vergisi də mövcuddur. Belə ki, əgər bir nəfərin sutka ərzində oteldə yaşamasına görə ödənilən məbləğ 10 min iyenanı (93 ABŞ dolları) və ya əgər hər hansı bir şəxsin restoranda hesaba görə ödədiyi məbləğ 5 min iyenanı ötürsə, bu zaman 3% həcmində vergi ödənilir.

İsti termal su mənbələrində bir günlük istirahətə görə hər bir nəfərdən 150 iyena, qolf oynamaq üçün sahədən bir günlük istifadəyə görə isə 800 iyena vergi tutulur. Onu da qeyd etmək lazımdır ki, bu adi 3% istehlak vergisindən əlavə olaraq tutulan məbləğdir.

Avtomobil sahibi bu ölkədə bir sıra vergilər ödəyir: avtomobil alınarkən 3% istehlak vergisi, benzin vergisi, avtomobilin özünə görə ödənilən vergi və onun çəkisinə görə ödənilən vergilər.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyi uşaqlar üçün tədbirlər keçirib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi uşaqlar üçün tədbirlər keçirib

Vergilər Nazirliyinin təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə internat məktəblərində təhsil alan və valideyn himayəsindən məhrum olmuş  şagirdlər üçün tədbirlər keçirilib. Tədbirlər çərçivəsində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna və “Binə Atçılıq Mərkəzi”nə ekskursiya təşkil olunub.
Bakının bir neçə internat məktəbinin şagirdləri “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar və onlara buradakı eksponatlar barədə məlumat verilib. Məktəblilər “Atəşgah məbədi”nin tarixi, Azərbaycanda qədim dini etiqadlar, tarix boyu dünya şöhrətli insanların məbəddə olan möcüzəvi alovla bağlı qeydləri haqqında faydalı biliklər əldə ediblər. Daha sonra “Binə Atçılıq Mərkəzi”nə gəzinti təşkil olunub. Məktəblilər burada şən və yaddaqalan vaxt keçiriblər, şam yeməyində iştirak ediblər. Eyni zamanda, uşaqlar Vergilər Nazirliyi tərəfindən populyar müğənni Miri Yusifin konsertinə dəvət alıblar.
Vergilər Nazirliyi tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə keçirilmiş tədbirlər çərçivəsində internat məktəbinə sosial dəstək göstərilib.
Vergilər Nazirliyi sosial məsuliyyət strategiyası çərçivəsində ictimaiyyət nümayəndələri üçün faydalı təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır və sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir. Tədbirin təşkilində məqsədlərdən biri də qayğıya daha çox ehtiyacı olan məktəblilərin cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir.
Mənbə: vergiler.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Startap şəhadətnamələri”nin verilməsinə başlanacaq

posted in: Vergi, Xəbər | 0

“Startap şəhadətnamələri”nin verilməsinə başlanacaq

Yaxın günlərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Azərbaycanda innovativ startapları müvafiq vergi güzəştləri ilə təmin edəcək “Startap şəhadətnamələri”nin verilməsinə başlanacaq.
Bunu Bakıda keçirilən “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar Forumu”nda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O. Məmmədov qeyd edib ki, innovativ biznes və startap ekosisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi agentliyin əsas prioritet hədəflərindən biridir.
“Bu məqsədlə innovasiyalar sahəsində sahibkarlığın dəstəklənməsinin təşkilatı modellərin yaradılması və səmərəli fəaliyyətin təmin olunması üzrə tədbirlər nəzərdə tutulub”, – KOBİA-nın rəhbəri əlavə edib.
Mənbə: report.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yükdaşıma xidmətinə görə vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Turagentlər vergi güzəştləri Vergi nəzarəti artımQırx səkkiz yaşlı Elnur Vəliyev 20 ildən artıqdır Aran regionunda fərdi qaydada tikinti işləri ilə məşğul olan şəxslərə yükdaşıma xidməti göstərir. Fiziki şəxslərə məxsus mişar daşlarını şəxsi istifadəsində olan “Kamaz” markalı yük avtomobili ilə Qaradağdakı daş karxanalarından Bərdə, Ağdam və Tərtər rayonlarındakı ünvanlara çatdırır. Bakıya qayıdanda isə əsas sifarişçiləri qum və çınqıl gətirtmək istəyən vətəndaşlar olur. Elnur Vəliyev indiyədək rəsmi qaydada aylıq əməkhaqqı almayıb. Amma Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra o, fəaliyyətini fərdi qaydada yükdaşıma xidməti göstərən sürücü kimi vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırmaq istəyir.

Regionlardan paytaxta yük daşıyanlar hər ton üçün vergi ödəməlidirlər

Mövcud qanunvericiliyə görə, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə fərdi qaydada yükdaşıma fəaliyyəti göstərən şəxslər sadələşdirilmiş verginin ödəyiciləri hesab edilirlər. Bu isə o deməkdir ki, şəxsi mülkiyyətində olan “Kamaz”la fiziki şəxslərə yükdaşıma xidməti göstərən Elnur Vəliyev sadələşdirilmiş verginin ödəyicisi kimi yaşadığı ərazi üzrə vergi orqanında qeydiyyatdan keçməli və dövriyyədən asılı olmayaraq, hər ay üçün müəyyən edilmiş vergini dövlət büdcəsinə ödəməlidir.

Bəs mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə fərdi qaydada yükdaşıma xidməti göstərən şəxslərin ödəyəcəyi vergi necə hesablanmalıdır?

“Fərqlənmə nişanı” almaqla avtomobil nəqliyyatı vasitələri ilə yükdaşıma xidmətlərini həyata keçirən vergi ödəyiciləri üçün aylıq sadələşdirilmiş vergi avtomobilin yükgötürmə qabiliyyətinə uyğun şəkildə hesablanır. Belə xidmətlər üzrə sadələşdirilmiş verginin aylıq məbləği hər ton üçün 1 manatdır. Vergi Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, yük daşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, yükdaşıyan vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2,0;
  • Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhərində istisna olmaqla) – 1,5;
  • Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla) -1,0.

Avtomobil nəqliyyatı vasitələrinin yükgötürmə qabiliyyəti qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir. Yükgötürmə qabiliyyəti qeydiyyat şəhadətnaməsində göstərilmədiyi halda, həmin göstəricilər Daxili İşlər Nazirliyi tərəfindən vergi orqanlarına verilmiş arayışlar əsasında müəyyən edilir.

Misal: Bakının Qızıldaş qəsəbəsindən Aran rayonlarındakı sifarişçilərinə yük çatdıran Elmar Vəliyevin ödəyəcəyi sadələşdirilmiş verginin məbləğini hesablayaq. Nəzərə alsaq ki, fiziki şəxs olan E.Vəliyevin “Kamaz” markalı avtomobili 20 ton yükgötürmə qabiliyyətinə malikdir. Bu halda onun ödəyəcəyi sadələşdirilmiş verginin aylıq məbləği belə olacaq:

20 ton x 1 manat (sabit məbləğ) x 2 (əmsal) = 40 manat.

Daşınan yük paytaxt ərazisindəki sifarişçilərə məxsusdursa, sadələşdirilmiş verginin məbləği Bakı şəhəri üçün, rayonlara daşınan yüklər isə aparıldığı rayon üzrə müəyyən edilmiş əmsala vurulur.

“Fərqlənmə nişanı” almaq üçün nə etməli?

Fiziki şəxs hesablanmış vergini banka ödəyərkən bankın ona təqdim etdiyi ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. Bundan sonra vergi ödəyicisi ərizə ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət etməklə öz istəyinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdır. Yük avtomobilinin sahibi “Fərqlənmə nişanı”nı almaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:

  • vergi ödəyicisi tərəfindən ərizə;
  • Avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin, vəkalətnamənin (etibarnamənin) və ya icarə müqaviləsinin surəti;
  • Verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədinin surəti.

“Fərqlənmə nişanı”nda aşağıdakı məlumatlar əks olunmalıdır:

  • vergi ödəyicisi olan fiziki şəxsin adı, atasının adı, soyadı;
  • vergi ödəyicisinin VÖEN-i;
  • nişanın qüvvədə olma müddəti;
  • avtonəqliyyat vasitəsinin markası və dövlət qeydiyyatı nişanı;
  • avtonəqliyyat vasitəsinin yükgötürmə qabiliyyəti;
  • daşımanın həyata keçirildiyi ərazi;
  • ödənilmiş verginin məbləği.

Avtonəqliyyat xidməti göstərən şəxslər tərəfindən ödənilmiş vergi, həmin ay onların fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq, geri qaytarılmır. Növbəti ayın vergiləri ilə əvəzləşdirilmir. Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə, həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır. Verginin ödənildiyini təsdiq edən “Fərqlənmə nişanı”nın yenidən rəsmiləşdirilməsi tələb olunmur. Sadələşdirilmiş verginin ödənilməsinə avtonəqliyyat vasitəsinin sahibi, nəqliyyat vasitəsi vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında istifadə edildikdə isə vəkalətnamə və ya icarə müqaviləsi ilə idarə edən şəxs məsuliyyət daşıyır. Fəaliyyəti yalnız avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarından ibarət olan vergi ödəyiciləri vergi orqanlarına bəyannamə vermirlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.