2019-cu ilin iyun ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə YADDAŞ
2019-cu ilin iyun ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqqları barədə
Y A D D A Ş
2019-cu ilin may ayına görəvergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları
- Əlavə dəyər vergisi bəyannaməsi,
- Aksiz bəyannaməsi,
- Yol vergisi bəyannaməsi,
- Mədən vergisi bəyannaməsi,
- Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
- Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi
2019-cu ilin iyun ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
- Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin iyun ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
- Muzdlu işlə əlaqədar 2019-cu ilin may ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin iyun ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 2-ci rübü üzrə bəyannaməni 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq təqdim edirlər).
- Xüsusi notariusların 2019-cu ilin may ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin iyun ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2019-cu ilin 2-ci rübü üzrə bəyannamə cari ilin iyul ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).
- Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin may ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin iyun ayının 18-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.
Qeyd:
– 15.06.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən may ayı üzrə hesablanmış sığorta haqqlarının ödənilməsinin son müddəti 18.06.2019-cu il tarixə keçirilmişdir.
– 20.07.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 22.07.2019-cu il tarixə keçirilmişdir.
Cənubi Afrika Respublikasında 9 vergi növü mövcuddur. Onlardan 3-ü əməklə, 2-si gəlirlə, digər 4-ü isə başqa sahələri əhatə edən vergilərdir. CAR-ın vergi sistemi ərazi mənbələrinə əsaslanır. Bütün vergilər yalnız “daxili” mənbələr üzrə ödənilir. Hər şey ona əsaslanır ki, bu ölkədə CAR ərazisindən kənarda əldə edilən heç bir gəlir vergiyə cəlb olunmur. Bu həm rezidentlərə, həm də qeyri-rezidentlərə şamil olunur.
Vergi Məcəlləsinin bu ilin yanvarından qüvvəyə minmiş müddəaları iqtisadiyyatın şəffaflaşdırılması, uçot sisteminin dürüstləşdirilməsi, habelə sənədsiz mal və məhsulların qeydiyyatının stimullaşdırılması üçün geniş imkanlar yaradıb. Amma hələ də bəzi sahibkarlar bu dəyişikliklərin yaratdığı imkanlardan istifadə etməkdə çətinlik çəkirlər. Rayonlardan birində məişət cihazları və avadanlıqlarının pərakəndə satışı ilə məşğul olan Elvin Məmmədov da belə sahibkarlardandır…
Xidmətin adı: Vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatın ləğv edilməsi