Əmək münasibətlərinin tərəfləri kimlərdir?

posted in: Xəbər | 0

Əmək münasibətləri və onun tərəfləri

Maliyyə MeneceriƏmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir. Bir tərəfin qismində işçi, digər tərəfin qismində isə işəgötürən çıxış edir.

İşçi  işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsi bağlamaq hüququna malikdir.

İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.

Əmək müqaviləsi – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1500 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş Mühasib köməkçisi VakansiyaVakansiya: Mühasib

İşəgötürən: Your Finance


Vakansiya barədə:

• Mühasibatlıq modulu üzrə 1C əməliyyatlarının aparılması;
• Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması;
• Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
• İdxal olunmuş malların maya dəyərinin hesablanması;
• Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
• Gəlir və xərc sənədlərinə nəzarət edilməsi;
• Vergi hesabatlarının hazırlanması;
• Maliyyə hesabatlarının hazırlanması;
• Məcburi dövlət sosial sığortası haqqında hesabatların hazırlanması;
• Statistika hesabatlarının hazırlanması.

Mühasib üçün tələblər:

• İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
• Mövcud sahədə olan qanunvericilik normalarını dəqiq bilmək;
• Mühasibatlıq üzrə ən azı 5 il iş təcrübəsi;
• 1C (8.3), BTP proqramında işləmək bacarığı;
• MS Office proqramları üzrə qabaqcıl  istifadə biliyi;
• Məsuliyyətli, dəqiq və peşəkar;
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
• Problemləri təhlil və həlletmə bacarığı;
• Komandada və təzyiq altında işləmə bacarığı;
• Rus və ingilis dilini bilmək arzu olunandır;
• İş təcrübəsi : Ən az 5 il

– İş qrafiki: 1-5 günlər, 09:00-dan 18:00-dək
– Əmək haqqı 1200-1500 AZN

Bütün kriteriyalara cavab verən şəxslər CV-lərini Mühasib başlığı ilə  / e-mail ünvanına göndərə bilərlər.

Əlaqə: +994 552087292 / +994 709532800

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Britaniyalı mühasib edama məhkum oluna bilər

posted in: muhasibat, Xəbər | 0

Britaniyalı mühasib edama məhkum oluna bilər.

Axtarış zamanı onun Filippində yaşadığı mənzilində guya metamfetamin (narkotik maddə) tapılıb və hazırda onu edam cəzası gözləyə bilər.

Bazar ertəsi paytaxt Maniladakı mənzilinə polis əməkdaşları soxulanda 47 yaşlı Filip Cozef iki yerli sakinlə birlikdə olub. Ona qarşı narkotik maddələrin saxlanılması və ticarəti ilə məşğul olmaqla əlaqəli ittiham irəli sürülüb. Əgər Filip edam cəzasından yaxasını qurtara bilərsə, onu ölkədə olan həbsxanaların birində ömürlük həbs cəzası gözləyə bilər.

Polis zabitləri söyləyiblər ki, Cozefi mənzilində yerli sakinlər 38 yaşlı Cozefina Olayyo və sürücü 42 yaşlı Rodolfo del Rosario ilə birlikdə metamfetamin paketləri hazırlayarkən ələ keçiriblər. Polis hesabatında deyilir ki, mənzildən şübhəli metamfetaminlə doldurulmuş dörd şəffaf paket əldə olunub.

Yeri gəlmişkən, Cozef Filippinə maliyyə bölməsində işləmək üçün gəlib. O, mühasib və menecer olaraq fəaliyyət göstərib.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Əmtəə nişanları və coğrafi göstəricilər” mövzusunda təlim keçiriləcək

posted in: Xəbər | 0

vergi seminarƏmtəə nişanları və coğrafi göstəricilər mövzusunda təlim keçiriləcək


Hörmətli sahibkarlar!

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşəbbüsü və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən 29/05/30 – 30/05/2019 tarixinə planlaşdırılan Əqli Mülkiyyət obyektləri mövzularına dair kurs 10 iyun 2019-cu il tarixindən etibarən öz işinə başlayacaqdır.

Təlim kursları əsasən Azərbaycan Respublikası Prezidentinin qeyri-neft sektorunun inkişafı ilə əlaqədar son dövrdə verdiyi fərman və sərəncamlar, yerli şirkətlər tərəfindən istehsal olunan məhsulların “Əmtəə nişanları və ya Coğrafi göstərici” kimi ölkə daxilində, həmçinin beynəlxalq sistem vasitəsilə təminatı, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və digər məsələlərin həlli istiqamətində biliklərin artırılması məqsədilə təşkil edilir.

Qeyd edilən kurslarda sahibkarlıq fəaliyyəti göstərən subyektlərə əmtəə nişanları və coğrafi göstəricilər və digər Əqli Mülkiyyət obyektlərinə dair Azərbaycan qanunvericiliyi və onun beynəlxalq sistemlərə inteqrasiyası, həmçinin beynəlxalq normativ hüquqi aktlar və sənədlər, mühafizə elementləri barədə ətraflı məlumatlar veriləcəkdir.

Kurslar Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən maliyyələşdirilir və ödənişsiz əsaslarla həyata keçirilir.

Kurslarda iştirak etmək istəyən namizədlər barədə məlumatların cari ilin 4 iyun tarixinə kimi aşağıda qeyd edilən elektron poçt ünvanlarına göndərilməsini xahiş edirik.

Kurslar həftədə 2 dəfə həftənin III və V günləri saat 14:30 – dan – 17:00 kimi, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində (AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 124) təşkil olunur.

Əlaqələndirici şəxslər:

Nigar Chima

email: ; ofis: (012) 449 62 54;

mob: (050) 707 89 13 

Elmira Balıyeva

e-mail: ;

tel: (012) 465 72 42 (daxili 119))

Mənbə: ask.org.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.