Britaniyalı mühasib edama məhkum oluna bilər.
Axtarış zamanı onun Filippində yaşadığı mənzilində guya metamfetamin (narkotik maddə) tapılıb və hazırda onu edam cəzası gözləyə bilər.
Bazar ertəsi paytaxt Maniladakı mənzilinə polis əməkdaşları soxulanda 47 yaşlı Filip Cozef iki yerli sakinlə birlikdə olub. Ona qarşı narkotik maddələrin saxlanılması və ticarəti ilə məşğul olmaqla əlaqəli ittiham irəli sürülüb. Əgər Filip edam cəzasından yaxasını qurtara bilərsə, onu ölkədə olan həbsxanaların birində ömürlük həbs cəzası gözləyə bilər.
Polis zabitləri söyləyiblər ki, Cozefi mənzilində yerli sakinlər 38 yaşlı Cozefina Olayyo və sürücü 42 yaşlı Rodolfo del Rosario ilə birlikdə metamfetamin paketləri hazırlayarkən ələ keçiriblər. Polis hesabatında deyilir ki, mənzildən şübhəli metamfetaminlə doldurulmuş dörd şəffaf paket əldə olunub.