Bu təşkilatlar da vergi güzəştindən yararlana bilərlər

posted in: Vergi, Xəbər | 0

QHT-lər də vergi güzəştindən yararlana bilərlər

Turizm vergi öhdəlikləriVətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən “Əmək münasibətləri iştirakçılarına yönələn maarifləndirici və məlumatlandırıcı fəaliyyətlərin həyata keçirilməsi” layihəsi həyata keçirilir. Qurumun rəhbəri Sahib Məmmədov vergi öhdəlikləri ilə bağlı QHT-lər üçün sual doğuran məsələlərə aydınlıq gətirib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın 2.2. bəndinə əsasən, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilib. Həmin müddəaya əsaslanaraq, QHT-lər müəyyən hallarda bu meyarların təsiri altına düşürlər.

Buna görə də onlar Vergi Məcəlləsində əməkhaqqından gəlir vergisinin güzəştli dərəcələrlə tətbiqi ilə bağlı nəzərdə tutulmuş müddəalardan bəhrələnə bilmirlər: “QHT-lər dövlət büdcəsindən qrant və digər subsidiyalar aldıqda “Sosial sığorta haqqında” Qanuna edilən dəyişiklikdən istifadə edə bilmirlər. Həmin qanuna edilən dəyişikliyə görə, 2019-cu ildən icbarı dövlət sosial sığırta yığımlarında işəgötürənlə işçi arasında bölgü fərqli tətbiq edilir. Belə ki, neft-qaz və dövlət sektoruna aid olan sahələrdən başqa, digər sahələrdə sosial yığım 200 manatadək olan həddə əvvəlki qaydada (22 faiz (işəgötürən): 3 faiz (işçi) nisbətində), 200 manatdan artıq olan hissədə isə müvafiq olaraq 15 faiz: 10 faiz nisbətində müəyyən edilir”. Qeyd olunub ki, QHT dövlət büdcəsindən maliyyə yardımı aldığı halda, 2018-ci ildə və əvvəlki illərdə olduğu kimi, əməkhaqqından gəlir vergisini ödəmə mənbəyindən tutmaqla dövlət büdcəsinə ödəməlidir. Həmçinin məcburi dövlət sosial sığorta yığımı da əvvəlki nisbətdə (22 faiz: 3 faiz) tutulmalıdır.

Bəs QHT digər mənbələrdən (dövlət büdcəsinin vəsaiti olmayan) qrant və ya digər subsidiyalar aldıqda necə olur? Qurumun rəhbəri bildirib ki, bu halda QHT qeyri-dövlət sektoru olacaqdır. 8.000 min manata qədər əməkhaqqı məbləğlərinə tətbiq olunan gəlir vergisi güzəştlərini tətbiq ediləcək. Həmçinin, icbari dövlət sosial sığorta yığımı da müvafiq olaraq 200 manatadək olan hissədə 22 faiz: 3 faiz nisbətində, bu məbləğdən yuxarı hissədə isə müvafiq olaraq 15 faiz: 10 faiz nisbətində olacaq. Bundan əlavə, bütün hallarda 0,5 faiz: 0,5 faiz nisbətində işsizlikdən sığorta fondu üçün tutulacaqdır”.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi Məcəlləsinin 4 maddəsində dəyişiklik edilib

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsinin 4 maddəsində dəyişiklik edilib

İnventarlaşdırma vergiAzərbaycan Respublikası Prezidentinin 22.05.2019-cu il tarixli Sərəncamları ilə Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilmişdir:

  1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.6.2-ci maddəsindən “texniki-peşə məktəblərinin şagirdləri,” sözləri çıxarılılıb
  2. AR Vergi Məcəlləsinin 77.4.4-cü maddəsinə, 79.1-ci maddəsinin birinci, ikinci və üçüncü cümlələrinə, 149.4-cü maddəsinin birinci və ikinci cümlələrinə “ləğvetmə komissiyası” sözlərindən sonra “(təsviyəçi, ləğvedici)” sözləri əlavə edilib.

Dəyişikliyin tam  Mətni:

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının aşağıdakı məcəllələrini “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049,

1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12,

maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I kitab), maddə 2532; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1418-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 66-cı maddənin on ikinci abzasına, 67-2-ci maddənin adına və 1-ci hissəsinə, 70-ci maddənin “Qeyd”inə “ümumi təhsil” sözlərindən sonra “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə)” sözləri əlavə edilsin;

1.2. 124-cü maddənin 6-cı hissəsində “məktəblərində, peşə liseylərində” sözləri “təhsili müəssisələrində” sözləri ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597,

№ 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848,

№ 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1413-VQD nömrəli Qanunu) 102.6.2-ci maddəsindən “texniki-peşə məktəblərinin şagirdləri,” sözləri çıxarılsın.

Maddə 3. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586, № 12, maddə 835; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004, № 6, maddə 399; 2005, № 4, maddə 278; 2006, № 11, maddə 929; 2007, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008, № 6, maddə 462,

№ 7, maddələr 602, 607; 2010, № 3, maddə 171, № 4, maddə 275, № 7, maddə 591; 2011, № 2, maddələr 70, 71, № 6, maddə 473, № 7, maddə 600, № 12, maddə 1107; 2012, № 5, maddə 406, № 11, maddələr 1056, 1063; 2013, № 8, maddə 889; 2015, № 10, maddə 1107, № 11, maddə 1271; 2016, № 6, maddələr 981, 1000; 2017, № 6, maddə 1058, № 12 (I kitab), maddə 2268; 2018, № 5, maddə 881, № 7 (I kitab), maddə 1422, № 10, maddələr 1971, 1978, № 11, maddə 2225) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 8.2.5-ci maddədə, XII fəslin və 100-cü maddənin adında, 100.1, 100.2, 100.3-cü maddələrdə, 100.4-cü maddənin birinci cümləsində, 100.5-ci və 100.6-cı maddələrdə, 119.3-cü maddənin birinci cümləsində və 130.2-ci maddədə “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin;

3.2. 100.7-ci maddədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il.

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1295-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5,

maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4,

maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153; № 4, maddə 524, № 5, maddələr 703, 735,

№ 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50) 98.15-ci maddəsinə “müddəaları” sözündən sonra “, 98.5-ci və 98.11.1-ci maddələrində qeyd edilmiş məsələlərlə əlaqədar səhmdar investisiya fondlarına münasibətdə isə “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları” sözləri əlavə edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011,

№ 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; 2016, № 5, maddə 836, № 6, maddə 1016, № 11, maddələr 1761, 1763, № 12, maddə 2047; 2017, № 2, maddə 155, № 4, maddə 523, № 5, maddələr 706, 750, № 11, maddələr 1935, 1975; 2018, № 5, maddə 879, № 8, maddə 1672, № 11, maddələr 2209, 2225, № 12 (I kitab), maddələr 2524, 2534; 2019, № 1, maddə 23) 69.4-cü maddəsinə “nümayəndəsi” sözündən sonra “(təsviyəçi, ləğvedici)” sözləri əlavə edilsin.

Maddə 3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652,

№ 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055,

№ 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1542-VQD nömrəli Qanunu) 77.4.4-cü maddəsinə, 79.1-ci maddəsinin birinci, ikinci və üçüncü cümlələrinə, 149.4-cü maddəsinin birinci və ikinci cümlələrinə “ləğvetmə komissiyası” sözlərindən sonra “(təsviyəçi, ləğvedici)” sözləri əlavə edilsin.

Maddə 4. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586, № 12, maddə 835; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004, № 6, maddə 399; 2005, № 4, maddə 278; 2006, № 11, maddə 929; 2007, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008, № 6, maddə 462, № 7, maddələr 602, 607; 2010, № 3, maddə 171, № 4, maddə 275, № 7, maddə 591; 2011, № 2, maddələr 70, 71, № 6, maddə 473, № 7, maddə 600, № 12, maddə 1107; 2012,

№ 5, maddə 406, № 11, maddələr 1056, 1063; 2013, № 8, maddə 889; 2015, № 10, maddə 1107, № 11, maddə 1271; 2016, № 6, maddələr 981, 1000; 2017, № 6, maddə 1058, № 12 (I kitab), maddə 2268; 2018, № 5, maddə 881, № 7 (I kitab), maddə 1422, № 10, maddələr 1971, 1978, № 11, maddə 2225; Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1507-VQD nömrəli və 5 mart tarixli 1520-VQD nömrəli qanunları) 190.1-ci maddəsinin birinci cümləsinə “təsviyəçiyə” sözündən sonra “, ləğvediciyə” sözü əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2019-cu il.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

ƏDV-nin Depozit Hesabı”nın ləğv edilməsi ilə bağlı məsələyə münasibət

posted in: Vergi, Xəbər | 0

maliyyə sanksiyası Vergilər Naziri“Azərbaycanda “ƏDV-nin Depozit Hesabı ” nın ləğv edilməsi gözlənilmir”.

Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

“Düşünmürəm ki, “ƏDV-nin Depozit Hesabı ” nın ləğv edilməsi ilə bağlı müzakirələr aparılsın. Hazırda bu məsələ gündəmdə deyil”, – S.Ələkbərov bildirib.

Nazir müavini deyib ki, həmin hesab vasitəsilə Əlavə Dəyər Vergisi (ƏDV) sahəsində yayınma minimuma endirilib: “Əlbəttə, bu unikal sistemdir. Bunun mahiyyəti ondan ibarətdir ki, vergi ödəyicisi əməliyyat aparanda onun 18%-i “ƏDV Depozit Hesabı”na köçürülür. Bu il dövlət büdcəsinə vergi daxilolmaların həcmi 7,4 mlrd manat səviyyəsində proqnozlaşdırılır. Bu daxilolmalarının, təxminən, 3-də birini ƏDV-nin hesabına təmin edirik. Amma bu sistemin aradan qaldırılması elə bir hərc-mərcliyə gətirib çıxara bilər. Ayrı-ayrı adamlar “ƏDV-nin Depozit Hesabı”nın ləğvini müzakirə edir, onlarında məqsədi aydındır. Yəni bu məsələlər əsasən vergidən yayınmaq istəyənlərlə əlaqəlidir. Onlar istəyir bu olmasın, suyu bulandırsınlar. Bulanıq suda da balıq tutmaq bir az rahat olur. Bir daha deyirəm ki, inanmıram kimsə “ƏDV-nin Depozit Hesabı”nın ləğvinə getsin”, – S.Ələkbərov vurğulayıb.

Onun sözlərinə görə, bir çox ölkələr var ki, bunu tətbiq etmək istəyirlər, amma edə bilmirlər.

“Amma o vaxt ciddi işlər nəticəsində biz bunu etdik. Buna artıq sahibkarlar da vərdiş edib. Hazır qurulan sistemdir və heç bir problem yoxdur. Əgər kimsə düz işləyirsə və gəlirlərini düzgün bəyan edirsə ona problem yoxdur. Amma kimsə gedib pulunu nağdlaşdırıb çıxarmaq istəyirsə, harasa qanunsuz olaraq pul köçürmək istəyirsə əlbəttə “ƏDV-nin Depozit Hesabı” ona mane olur. Bu sistemdə hər şey şəffafdır və hamı onu görür”, – nazir müavini qeyd edib.

Xatırladaq ki, Əlavə Dəyər Vergisinin vahid depozit hesabının tətbiqinə Azərbaycanda 2008-ci il yanvarın 1-dən etibarən başlanılıb.

Mənbə: report.az

Bax: Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsindən sadələşdirilmiş verginin tutulması

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İsveç vergi sistemi barədə bilmədiklərimiz

posted in: Məqalə, Vergi, Xəbər | 0

isveçİsveç vergi sistemi barədə bilmədiklərimiz – I hissə

İsveçlilər ən intizamlı vergi ödəyiciləridirlər. İctimai rəy sorğuları göstərib ki, skandinaviyalıların əksəriyyəti, lazım gələrsə, bundan da çox vergi ödəməyə hazırdırlar. 2016-cı ildə aparılan milli rəy sorğusu, otuza yaxın dövlət idarəsi arasında İsveçin vergi xidmətini populyarlığına görə üçüncü yerə layiq görüb. İsveçlilər öz dövlətlərinə və onun institutlarına etibar edirlər – ictimai fikirlə bağlı çoxsaylı tədqiqatlar da bunu təsdiq edir. Əməkhaqqının demək olar ki, yarısını tutan dövlət strukturuna belə bir simpatiya bəslənilməsinin səbəbi nədir? Qanunlara hörmətmi? Bu da var, amma təkcə o, deyil.


Həmçinin bax: Dünya ölkələrində əmlak vergisi

İsveçlilər qədər vergi ödəyirlər?

Əgər isveçli və azərbaycanlıya nə qədər əməkhaqqı alırsan sualı ünvalanarsa, onlar prinsipial olaraq fərqli cavab verərlər. Burada iş maaşın məbləğində deyil, onun necə hesaba alınmasındadır. İsveçdə bir qayda olaraq, əməkhaqqını brutto ilə, yəni, vergilər tutulmamışdan öncə olan məbləğdə söyləmək qəbul olunub. Azərbaycanda isə çox vaxt əməkhaqqı dedikdə, vergilər ödənildikdən sonra bilavasitə ələ çatan məbləğdən söhbət gedir.

İsveçdə vergiləri bütün işləyən vətəndaşlar ödəyirlər. Lakin, tariflər və ödənilən vergi məbləğləri bir sıra amillərdən asılıdır: vergi ödəyicisinin yaşından, kommunadan, qeydiyyata alındığı yerdən, əməkhaqqının ümumi məbləğindən, əmək növündən – müzdlu işçi və ya fərdi sahibkar olmasından və digər amillərdən. Bir ümumi qayda mövcuddur: kim çox qazanırsa, vergi xəzinəsinə də onlar daha çox ödəyirlər.

Vergilər iki hissədən ibarət olur: yerli (kommuna) və dövlət yığımlarından. Yerli vergilərin tarifi kommunadan asılı olaraq orta hesabla 29%-lə  35 % arasında tərəddüd edir. Tarixən elə formalaşıb ki, sağ liberalların hakimiyyətdə olduğu kommunalarda vergilər aşağı, sol partiyaların hakimiyyətdə olduğu kommunalarda isə nisbətən yuxarıdır. İl ərzində 443 200 krondan az (54 070 ABŞ dolları) qazanan şəxslər yalnız kommuna vergisini ödəyirlər. İllik qazanc bu məbləğdən yüksəkdirsə, onda həm də 20% həcmində dövlət vergisi çıxılır. Gəlirləri 638 800 krondan çox olanlar, həmin hüdudu keçən vəsaitdən daha 5% vergi ödəməli olurlar.

Sahibkarlar ölkədə ən çox vergi ödəyicisidirlər. Lakin, əgər gəlir yoxdursa və ya biznes zərərlə işləyibsə, onda vergi ödənilmir. İl ərzində 18 784 krondan çox qazanc əldə etməyənlər də vergi ödəməkdən azaddırlar. Yaşı altmışı ötənlər və otuzdan az yaşı olanlar, ən az vergi ödəyirlər.

Məşhur İsveç yazıçısı Astrid Lindqren hökuməti necə istefaya göndərdi

Yüksək vergilər İsveçdə ən çox müzakirə olunan mövzulardan biridir və biri olaraq qalmaqdadır. İrrasional vergi siyasətindən qəzəblənən məşhur yazıçı Astrid Lindqrenin İsveç hökumətini necə istefaya göndərməsi ilə bağlı məşhur bir tarixçə var. “Öyrənəndə ki, yeni qanuna görə mən öz gəlirlərimdən 102% vergi ödəməliyəm, sadəcə çox qəzəbləndim, – Lindqren belə nəql edir. – O vaxtkı maliyyə nazirinə məktub göndərdim və əmin etdim ki, böyük sevinclə öz gəlirlərimdən 90% vergi ödəyə bilərəm, amma 102% deyil”. Sonra isə qələmi götürüb “Pomperipos və Monismani haqda Saqu”nu yazdım.

Sadə bir nağıl hal-hazırda da məmur absurdluğu ilə mübarizənin simvoluna çevrilib. “Mənim nağılım bir balaca dostluq belə etdiyim maliyyə nazirinin dəhşətli dərəcədə xoşuna gəlməmişdi, – Astrid belə xatırlayır. O, mənə belə söyləmişdi.  – Yaxşı olar ki, öz nağıl və hekayələrimi yazım və başım çıxmayan işlərə burnumu soxmayım. Mən də ona qəzetdə bir məqalə ilə cavab verdim. Söylədim ki, yaxşı olar, biz yerlərimizi dəyişək, çünki mən hər halda elə də pis hesablamıram, o isə maliyyə ilə bağlı gülüş doğuran nağıllar uydurur. Bilmirdim ki, mənim bu cür ovqatımı bu qədər isveçli dəstəkləyir”.

Nəticədə bədnam vergi qanunu ləğv edildi, nazirlər kabineti isə istefa verdi.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.