Vakansiya: Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasibVakansiya: Mühasib

İşəgötürən: Mint Inşaat LLC

Vakansiya üzrə öhdəliklər

• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması;
• İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analıq məzuniyyəti üzrə müavinət və s.)
• Hesab-fakturaların hazırlanması, tənzimlənməsi, izlənməsi;
• Vergi, DSMF, statistika və digər hesabatların hazırlanması, təqdim olunması;
• Gündəlik balansın və dövriyyə məlumatlarının hazırlanmasi;
• Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
• Aylıq maliyyə hesabatlarının hazırlanması;
• Satış və debitor borc hesabatın hazırlanması;
• Alış və kreditor borc hesabatının hazırlanması.

Mühasib üçün tələblər

• Yaş: 25-35
• Cinsi: qadın
• Təhsil: Ali (Maliyyə sahəsində olanlara üstünlük verilir)
• İş təcrübəsi: Maliyyə/Mühasibatlıq sahəsində +3 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus və ingilis dili bilmək üstünlükdür
• Kompüter bilikləri: MS Office/Excel (əla)

İş şərtləri

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Telefon danışıqları şirkət tərəfindən ödəniləcək;
• İş qrafiki həftənin 5 günü;
• İş saatı: 09.00-dan 18.00 kimi,
• Əmək Haqqı – 600 AZN

Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
Əlaqə telefonu : (012) 404 73 18;
Web Səhifə : www.mintinshaat.az

Maraqlanan namizədlərdən öz CV-lərini  / poçt ünvanına, mövzu bölməsində mühasib yazılmaqla göndərmələri xahiş olunur.

QEYD:  Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxs əmlakını satarsa vergi öhdəliyi necə hesablanır?

posted in: Vergi, Xəbər | 0

vergiSual: Nizamnamə kapitalı 100 ( bir yüz manat) manat olan Məhdud Məsuliyyətli Cəmiyyət özünəməxsus (Çıxarışı var) qalıq dəyəri 34 500 (otuz dörd min beş yüz ) manat olan 114 kvadratmetrlik qeyri-yaşayış sahəsinin 73 kvadrat metrini 80000,00 (səksən min) manata satır. Bu zaman Məhdud Məsuliyyətli Cəmiyyət üçün hansı vergi öhdəlikləri yaranır?

Cavab: Bildiririk ki, hüquqi şəxsin mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq həmin şəxsin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb olunur. Hesablanmış verginin məbləğindən alğı-satqı əməliyyatını təqsdiqləyən notarius ödəmə mənbəyində vergini tutaraq dövlət büdcəsinə köçürməlidir.

Hüquqi şəxs tərəfindən təqdimolunma əməliyyatı ƏDV-yə cəlb olunmur. Eyni zamanda təqdim olunma nəticəsində əldə olunan gəlir mənfəət vergisinin vergi tutulan gəlirinə aid edilmir. Ödəmə mənbəyində notarius tərəfindən tutulmuş vergi də gəlirdən çıxılan xərclərə aid edilmir.

Bax: Vergi Məcəlləsinin 155.1-ci, 218.4.3-cü, 219.3-1-ci, 219.5-ci və 220.8-ci maddələri.
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları

posted in: Xəbər | 0

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları

Neft-qazVergi ödəyicilərindən, o cümlədən müəssisə və təşkilatlardan onların fəaliyyətinin hansı hallarda neft-qaz sahəsində, dövlət sektorunda və ya qeyri-dövlət sektorunda fəaliyyət hesab olunması barədə çoxsaylı müraciətlər daxil olmaqdadır.

Vergi nəzarəti tədbirləri zamanı muzdlu işlə əlaqədar gəlir vergisinin və sosial sığorta haqlarının hesablanması məqsədləri üçün ayrı- ayrı hallarda neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarının müəyyən edilməsi zamanı ARDNŞ-nin strukturuna daxil olmayıb, lakin ARDNŞ-nin payçısı və ya səhmdarı olduğu müəssisələr üzrə:

ARDNŞ-nin strukturuna daxil olan müəssisələrin siyahısı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Fərmanının 2 saylı Əlavəsi ilə müəyyən edilmişdir. ARDNŞ-nin strukturuna daxil olan müəssisələrin siyahısına həmin siyahıda olmayan ARDNŞ-nin təsisçi (payçı) kimi iştirak etdiyi hüquqi şəxslər aid edilmir.

Buna əsasən, ARDNŞ-nin təsisçi (payçı) kimi iştirak etdiyi hüquqi şəxslərin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir. Həmin şəxslərə malları (işləri, xidmətləri) təqdim edən şəxslərin fəaliyyəti bu müqavilələr üzrə əldə olunan gəlirlərinin həcmindən asılı olmayaraq, neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

Misal: ARDNŞ-nin strukturuna daxil olmayan, lakin 51 faiz paya malik olduğu “A” MMC-yə “B” MMC tərəfindən xidmət göstərilir. “B” MMC-nin “A” MMC-yə xidmətlərin göstərilməsindən əldə etdiyi gəliri onun məcmu gəlirlərinin 100 faizini təşkil edir. Bu halda, “B” MMC-nin xidmət göstərdiyi “A” MMC ARDNŞ-nin strukturuna daxil olmadığına görə, “B” MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, ARDNŞ-nin səhmləri 100 faiz dövlətə məxsus olduğu üçün onun strukturuna daxil olmayan, lakin ARDNŞ-nin 51 faiz paya malik olduğu müəssisələr dolayısı ilə dövlətə məxsus hüquqi şəxs hesab edilir və güzəşt həmin müəssisələrə tətbiq olunmur.

Dövlət və qeyri-dövlət sektoru üzrə
Dövlət sektoru:

— büdcə təşkilatları;

– dövlət adından yaradılan publik hüquqi şəxslər;
– dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar;
– səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər.

Qeyri-dövlət sektoru:

– Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər;
– Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən vergi ödəyicisi olan fiziki şəxslər.

Misal: Payları 100 faiz dövlətə məxsus hüquqi şəxs payları 100 faiz özünə məxsus olan “A” MMC-ni təsis etmişdir. “A” MMC isə digər bir hüquqi şəxslə paylarının 51 faiz özünə məxsus olan “B” MMC-ni təsis etmişdir. Bu halda, “B” MMC paylarının 51 faizi dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxs hesab edilir və ona güzəşt tətbiq olunmur.

Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər (səfirliklər, konsulluqlar):

Nəzərə alınmalıdır ki, qeyri-dövlət sektorunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər əhatə edir. Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklər və konsulluqlar Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmırla. Azərbaycan Respublikasınının qanunvericiliyinə uyğun hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmırlar. Yalnız akkreditə edən dövlətin qurumu olaraq onu Azərbaycan Respublikasında rəsmən təmsil edirlər.

Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklər və konsulluqlar qeyri-dövlət sektoruna aid edilmir. Səfirliklərdə və konsulluqlarda çalışan Azərbaycan Respublikasının vətəndaşlarının əmək haqlarından gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun hesablanır.

Bələdiyyələr üzrə:

Bələdiyyələr qeyri-dövlət sektoruna aid edilir və bələdiyyələrdə işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi güzəştli dərəcələrlə hesablanır.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

800 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

vakansiya mühasibVakansiya: Mühasib

İşəgötürən: Web Studio “AVANTGARDE”

  • Şəhər: Bakı
  • Yaş: 23 – 60 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Elvin bəy
Vakansiya barədə məlumat

– Alış və satış qaimələrinin gündəlik 1C proqramına daxil edilməsi, nəzarəti, yaranan problemlərin araşdırılması və aradan qaldırılması
– Gündəlik, həftəlik, aylıq daxili hesabatların hazırlanması
– Kompüterdə mühasibatlıq işlərinin aparılması
– Məhsul və materialları üçün bazanın saxlanması
– Həftəlik, aylıq satış hesabatlarının hazırlanması
– Daxili sənədləşmənin izlənilməsi
– Kadr işləri
– Məşğulluq və Statistika idarəsinə hesabatların hazırlanması
– DSMF hesabatlarının hazırlanması
– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
– Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması
– Həftədə 6 iş günü
– İş vaxtı: 09:00-dan 19:00-dək
– İstirahət günü: Bazar günü

Mühasib üçün tələblər

– Ali-peşə təhsil (maliyyə, mühasibat uçotu)
– Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
– MS Office(xüsusillə Excell), 1C 8.3, e-gov,e-taxes və digər portallardan istifadə etmək
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Vergi, əmək qanunvericiliyi barədə biliklər (Vergi Məcəlləsinə edilmiş son dəyişiklikləri bilməli)

CV e-mail göndərilməlidir. İş 01 avqust tarixdən başlıyır.

Mənbə: boss.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.