Gəlir və xərc fərqinin kompensasiya edilməsi

posted in: Vergi, Xəbər | 0

gəlir xərcGəlir və xərc fərqinin kompensasiya edilməsi


Əvvəllər sadələşdirilmiş verginin ödəyicisi olmuş müəssisə 1 yanvar 2019-cu ildən ƏDV qeydiyyatına alınmış və ƏDV-nin və mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərir. Müəssisə sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə gəlir və xərc uçotunu aparmışdır. Sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə balansında olan avadanlığa qanunla icazə verilən həddən aşağı amortizasiya və təmir xərci normaları tətbiq edilmişdir. Bunun nəticəsində yaranmış fərq mənfəət vergisi ödəyicisi olduğu dövrün gəlirləri hesabına kompensasiya edilirmi?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir.

Misal:

“A” MMC mənfəət vergisinin ödəyicisi olduğu tarixədək balansında hesabat ilinin sonuna qalıq dəyəri 100.000 manat olan avadanlıqlara görə vergi ili üçün müəyyən edilmiş amortizasiya normasından (20 faiz) aşağı norma (10 faiz), həmçinin onların təmirinə müəyyən olunmuş təmir normasından (5 faiz) aşağı norma (2 faiz) tətbiq etmişdir. Bu halda, aşağı norma tətbiq edilməsi nəticəsində yaranmış və növbəti illərə keçirilmiş ehtiyat məbləğlər belə hesablanacaqdır:

Amortizasiya: (100.000 x 20%) – (100.000 x 10%) = 20.000 – 10.000=10.000 manat;
Təmir: (100.000 x 5%) – (100.000 x 2%) = 5.000 – 2.000 = 3.000 manat.

Müəssisə növbəti ildə mənfəət vergisi ödəyicisi olduğu halda, sadələşdirilmiş verginin ödəyicisi olduğu əvvəlki ilin amortizasiya və təmir xərclərinin növbəti ilə keçirilən məbləğlərini gəlirdən çıxılan xərclərin üzərinə (10.000 manat və 3.000 manat) əlavə edə bilməz.

Əsas: Vergi Məcəlləsi, 121-ci maddə

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1 milyonu keçib

posted in: Vergi, Xəbər | 0

Hesabat sanksiyalarBu il mayın 1-nə olan məlumata görə, qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1 milyonu ötüb.

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildirilib ki, bu barədə nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Nazirlik rəsmisi bu göstəricinin artmasına ötən ilin sonunda qanunvericilikdə edilən dəyişikliklərin müsbət təsiri olduğunu söyləyib:

“2019-cu ilin yanvar-aprel ayları ərzində qeydiyyatdan keçən vergi ödəyicilərinin sayı 36 min 558 olub. Onlardan 4 min 584-ü hüquqi şəxslər, 31 min 974-ü isə fiziki şəxslərdir”.

Onun sözlərinə görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayında 32,4 faiz artım müşahidə edilir. Belə ki, ötən ilin yanvar-aprel aylarında 27 min 602 vergi ödəyicisi qeydiyyata alınıb. Qanunvericilikdə edilən dəyişikliklər, biznes mühitinin yaxşılaşması istiqamətində atılan addımlar vergi ödəyicilərinin sayına təsir edib.

Ələkbər Məmmədov qeyd edib ki, bu ilin 4 ayında qeydiyyatdan keçən 4 min 427 kommersiya-hüquqi şəxsin 70,6 faizi elektron qaydada qeydiyyata alınıb. Həmin müddətdə qeydiyyatdan keçən vergiödəyicilərinin 54,8 faizi regionların payına düşür.

Mənbə: azertag.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vizaların rəsmiləşdirilməsi rüsumunda dəqiqləşdirmə aparılacaq

posted in: Xəbər | 0

Dövlət rüsumuAzərbaycanda çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumda dəqiqləşdirmə aparılıb.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilir.

Qanunun 17-ci (Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri) maddəsinə əlavə edilən 8-ci bənddə qeyd olunur ki, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği eyni hərəkətlərə görə müəyyən edilən məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq olunur.

Layihədə bildirilib ki, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları məbləğində müəyyən edilib.

Miqrasiya Məcəlləsinə görə, çoxdəfəlik viza əsasında giriş-çıxış müddəti 2 ilədək müəyyən edilib. (“ASAN Viza” sistemi vasitəsilə elektron qaydada verilən çoxdəfəlik vizada isə 90 günədək)

Qeyd olunub ki, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği müəyyən edilən məbləğdən (350 ABŞ dolları) fərqli ola bilər. (az və ya çox)

Təklif olunan qanun layihəsinə görə, belə fərq olduqda çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq edilən rüsumun səviyyəsində müəyyən ediləcək.

Layihə Azərbaycan vətəndaşlarına fərqli giriş vizaları tətbiq edən ölkələrin fərqləndirilməsinə, eyni zamanda Azərbaycana giriş üçün tətbiq olunan vizaya görə rüsumun həmin ölkədə tətbiq olunan rüsumlarla uzlaşdırılmasına (eyniləşdirilməsinə) xidmət edəcək.

Dəyişiklik layihəsinə Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında baxılacaq.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ailə üzvündən daşınmaz əmlakın alınması vergiyə cəlb edilir?

posted in: Vergi, Xəbər | 0

əmlak vergisi FizikiAilə üzvündən daşınmaz əmlak alınması vergiyə cəlb edilir?


Sual: Sualım daşınmaz əmlakın satışı zamanı tutulan vergi barəsindədir. Əgər mən hər hansısa mənzili (yaşayış sahəsini) ailə üzvümdən hədiyyə almışamsa və indi həmin mənzili satıramsa məndən mənzilin satışı zamanı vergi tutulacaqdırmı?

Cavab: Bildiririk ki, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. Lakin mülkiyyətinizdə olan və 5 ildən az yaşayış yeri üzrə qeydiyyatda olduğunuz yaşayış sahəsi təqdim edilən zaman müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.

Eyni zamanda qeyd olunmalıdır ki, fiziki şəxs tərəfindən ailə üzvü olan şəxsə daşınmaz əmlak təqdim edərkən vergi öhdəliyini yaratmır.

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün saytımızda Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğinin hesablanması kalkulyatoru yerləşdirilmişdir. (www.taxes.gov.az)

Bax: Vergi Məcəlləsinin 218.4.3-cü220.8-ci maddələri.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.