Gəlir və xərc fərqinin kompensasiya edilməsi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

gəlir xərcGəlir və xərc fərqinin kompensasiya edilməsi


Əvvəllər sadələşdirilmiş verginin ödəyicisi olmuş müəssisə 1 yanvar 2019-cu ildən ƏDV qeydiyyatına alınmış və ƏDV-nin və mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərir. Müəssisə sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə gəlir və xərc uçotunu aparmışdır. Sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə balansında olan avadanlığa qanunla icazə verilən həddən aşağı amortizasiya və təmir xərci normaları tətbiq edilmişdir. Bunun nəticəsində yaranmış fərq mənfəət vergisi ödəyicisi olduğu dövrün gəlirləri hesabına kompensasiya edilirmi?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir.

Misal:

“A” MMC mənfəət vergisinin ödəyicisi olduğu tarixədək balansında hesabat ilinin sonuna qalıq dəyəri 100.000 manat olan avadanlıqlara görə vergi ili üçün müəyyən edilmiş amortizasiya normasından (20 faiz) aşağı norma (10 faiz), həmçinin onların təmirinə müəyyən olunmuş təmir normasından (5 faiz) aşağı norma (2 faiz) tətbiq etmişdir. Bu halda, aşağı norma tətbiq edilməsi nəticəsində yaranmış və növbəti illərə keçirilmiş ehtiyat məbləğlər belə hesablanacaqdır:

Amortizasiya: (100.000 x 20%) – (100.000 x 10%) = 20.000 – 10.000=10.000 manat;
Təmir: (100.000 x 5%) – (100.000 x 2%) = 5.000 – 2.000 = 3.000 manat.

Müəssisə növbəti ildə mənfəət vergisi ödəyicisi olduğu halda, sadələşdirilmiş verginin ödəyicisi olduğu əvvəlki ilin amortizasiya və təmir xərclərinin növbəti ilə keçirilən məbləğlərini gəlirdən çıxılan xərclərin üzərinə (10.000 manat və 3.000 manat) əlavə edə bilməz.

Əsas: Vergi Məcəlləsi, 121-ci maddə

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email