Read More9
Read More9

Bakıda “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” keçiriləcək

posted in: Maliyyə, Xəbər | 0

MaliyyəMayın 13-17-də Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı ilə “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” keçiriləcək.

Məlumata görə, həftə ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, habelə rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi üzrə prioritet hədəflərin icrası çərçivəsində baş tutacaq.

Həftə çərçivəsində MBNP, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi (ABA) arasında maliyyə və rəqəmsal texnologiyaların inkişafı və tətbiqinin genişləndirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulub.

Sənəd əsasında ölkə səviyyəsində

  • maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və onlardan istifadənin genişləndirilməsi,
  • innovativ məhsul və xidmətlər, texnoloji nailiyyətlər üzrə qarşılıqlı məlumat mübadiləsinin aparılması və təcrübənin bölüşülməsi,
  • “fintex”lərin fəaliyyətinin dəstəklənməsi və onların maliyyə şirkətləri,
  • həmçinin banklarla əməkdaşlığının gücləndirilməsi və digər sahələrdə birgə əməkdaşlıq üzrə vahid platforma formalaşdırılacaq.

Həftə çərçivəsində MBNP, digər aidiyyəti dövlət qurumları, ABA, habelə rəqəmsal transformasiya sahəsində qabaqcıl banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatların iştirakı ilə silsilə tədbirlər keçiriləcək. Belə ki, bir sıra banklarda fintexlər üçün açıq qapı günləri, universitet tələbələrinin rəqəmsal laboratoriyalara səfəri və həyata keçirilən layihələrlə tanışlıq, bank mütəxəssislərinin rəqəmsal ödənişlər və innovativ texnologiyalar, habelə kibertəhlükəsizlik üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə maarifləndirici tədbirlər təşkil ediləcək. “Visa Inc.” beynəlxalq kart təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilatlarının ekspertləri tərəfindən rəqəmsal ödənişlərdə alternativ xidmət kanallarından istifadə, ödəniş kartları ilə aparılan əməliyyalarda fırıldaqçılıq hallarına qarşı mübarizə mövzusunda seminarlar keçiriləcəkdir. Həmçinin, ödəniş ekosistemində innovasiyaların tətbiqi və rəqəmsal bankçılığın inkişaf etdirilməsi mövzusunda beynəlxalq təşkilatlar ilə qarşılıqlı görüşlər təşkil ediləcək.

“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində 16-17 may tarixlərində “Fintex Sammit – Maliyyə və Texnologiyalar Sammiti” keçiriləcək. Rəqəmsal transformasiya əsasında müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzuların müzakirə olunacağı bu sammitdə Avropa Banklar Federasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, “VİSA Inc.”, “MasterCard Worldwide”, “American Express”, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT) kimi beynəlxalq təşkilatlarla yanaşı, ABŞ, Yaponiya, Çin, Avropa İttifaqı və Müstəqil Dövlətlər Birliyi ölkələrindən elektron ödənişlər və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təşkilatlarının nümayəndələri iştirak edəcək.

Ümumilikdə “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi”nin keçirilməsi
  • rəqəmsal texnologiyaların tətbiqinin təşviqi,
  • banklarla fintexlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi,
  • beynəlxalq təcrübədə uğurlu layihələrlə tanışlıq və təcrübə mübadiləsinin aparılması,
  • habelə ictimaiyyətin müxtəlif təbəqələrinin rəqəmsal bankçılıq, elektron ödənişlər və kibertəhlükəsizlik mövzusunda maliyyə savadlılığının yüksəldilməsi baxımından mühüm roy oynayacaq.
Mənbə: report.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Neft-qaz sahəsində fəaliyyətin meyarları

posted in: Xəbər | 0

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


1 yanvar 2019-cu il tarixdən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi güzəştli dərəcələrlə hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” təsdiq edilmişdir.

Vergi ödəyicilərindən, o cümlədən müəssisə və təşkilatlardan onların fəaliyyətinin hansı hallarda neft-qaz sahəsində, dövlət sektorunda və ya qeyri-dövlət sektorunda fəaliyyət hesab olunması barədə çoxsaylı müraciətlər daxil olmaqdadır.

Vergi nəzarəti tədbirləri zamanı muzdlu işlə əlaqədar gəlir vergisinin və sosial sığorta haqlarının hesablanması məqsədləri üçün ayrı-ayrı hallarda neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarının müəyyən edilməsi zamanı aşağıdakılar rəhbər tutulmalıdır.

Neft-qaz sahəsində fəaliyyət:

Bu şəxslərin fəaliyyəti neft-qaz sektorunda fəaliyyət hesab edilir:

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ);

2. ARDNŞ-nin strukturuna daxil olan müəssisələr;

3. Hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı olmayaraq tam tərkibdə.

Qeyd: Yuxarıda sadalanan şəxslər bundan sonra Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslər kimi qeyd edilir.

4. Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə birbaşa mal (iş, xidmət) təqdim edən xarici və yerli subpodratçılar aşağıdakı şərtlər daxilində neft-qaz sektoru hesab edilir:

– mövcud subpodratçılar üzrə – Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə;

– il ərzində yeni yaradılan subpodratçılar üzrə – təqvim ili ərzində Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə.

Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal (iş, xidmət) təqdim edən şəxslərə mal (iş, xidmət) təqdim edən digər şəxslər (subpodratçının subpodratçısı) üzrə:

Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə birbaşa bağlanmış müqavilələr əsasında malların (işlərin, xidmətlərin) təqdim edilməsini həyata keçirən şəxslərə mal (iş və xidmət) təqdim edən digər şəxslərin (subpodratçının subpodratçısı) fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

Misal: “A” MMC müqavilə əsasında ARDNŞ-yə mal təqdim edir və bundan əldə olunan gəliri illik gəlirin 70 faizini təşkil edir. Bu halda “A” MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilir.

“B” MMC isə müqavilə əsasında “A” MMC-yə malları təqdim edir. Bu halda “B” MMC-nin “A” MMC-yə mal təqdim etməsindən əldə olunan gəlirin həcmindən asılı olmayaraq “B” MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin ilkin nəticələri müzakirə edilib

posted in: Vergi, Xəbər | 0

vergi POS-terminal2019-cu ilin I rübünün nəticələrinin təhlili onu deməyə əsas verir ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklər uğurla həyata keçirilib. Bu fikir “Vergilər” qəzetinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada vurğulanıb. “Vergi Məcəlləsinə edilən dəyişikliklər: ilkin nəticələr” mövzusunda keçirilən müzakirələrdə vergi ödəyicilərinə yeni iqtisadi yanaşmalar, onların qeydiyyatı və uçotunun dəqiqləşdirilməsi, kölgə iqtisadiyyatının həcminin azaldılması, eləcə də məcburi sosail sığorta haqlarının toplanmasında yeniliklər barədə fikir mübadiləsi aparılıb.

Dəyirmi masada vergilər nazirinin müşaviri Xəqani Abdullayev, Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov, Nazirliyin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva, Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov və iqtisadçı ekspertlər iştirak edib. Tədbiri giriş sözü ilə açan “Vergilər” qəzetinin baş redaktoru Anar Əliyev Vergilər Nazirliyinin yeni strateji inkişaf istiqamətləri formalaşdırdığını vurğulayıb. Bildirib ki, vergi daxilolmalarının həcminin artırılması üçün inzibati resurslardan daha çox vergi ödəyicilərinin maarifləndiriıməsinə, könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə üstünlük verilir. Bunun üçün medianın gücündən istifadə olunması priaritet istiqamətlərdən biridir: “Biz vergi ödəyicilərinin qarşılaşdıqları çətinlikləri səsləndirməklə onların aradan qaldırılmasına dəstək ola bilərik”.

Sonra söz Vergilər Nazirliyinin nümayəndələrinə verilib. Onlar Vergi Məcəlləsinə edilən son dəyişikliklərin mahiyyəti və ilkin nəticələri barədə danışıblar. 2019-cu ilin I rübündə həm vergi daxilolmalarında, həm vergi ödəyicilərinin qeydiyyatında, əmək müqavilələrini sayında ciddi artımların olduğu vurğulanıb. Vergi Məcəlləsinə edilmiş son dəyişiklərin ilkin nəticələri haqda fikir mübadiləsi aparılıb.

Sonda ekspertlər vergi ödəyicilərinin və biznes strukturlarının üzləşdiyi çətinliklər barədə məlumat verib, mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı ekspertlər tərəfindən qaldırılan suallar nazirliyin rəsmiləri tərəfindən ətraflı cavablandırılıb.

1500 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Baş mühasib vakansiyaVakansiya: Baş mühasib

İşəgötürən: Koroğlu MMC

  • Şəhər: Bakı
  • Yaş: 30 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Asif Vəliyev
Vakansiya barədə məlumat

– Mühasibət uçotu üzrə sənədləşmələrin təşkili
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
– Vergi orqanları ilə yazışmalar
– Vergi və mühasibat uçotunun aparılması
– Əsas vəsaitlərin alınması, silinməsi, istismara verilməsi və s.
– Mal material uçotunun aparılması
– Anbar hesabatının hazırlanması
– İstehsal hesabatının hazırlanması
– Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi
– Bank əməliyyatının işlənməsi
– Satış və debitor borc hesabatın hazırlanması
– Alış və kreditor borc hesabatının hazırlanması
– Vergi və mühasibat uçotunun aparılması
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi
– Elektron Vergi Hesab Fakturalarının hazırlanması və Elektron Qaimələrin yazılması
– Gömrük bəyannamələri ilə bağlı əməliyyatların aparılması
– Əmək haqqının hesablanması
– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara Vergi Departamenti, DSMF və Statistika Şöbəsinə təqdim edilməsi
– 6 günlük iş qrafiki

Baş mühasib üçün tələblər

– Ali təhsil (maliyyə, mühasibat uçotu)
– Azərbaycan dilini səlis bilməli, rus dilini bilənlərə üstünlük verilir
– MS Office (xüsusillə Excell), 1C, e-gov,e-taxes və digər portallarıdan istifadə etmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Mənbə: kadr.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
error: Content is protected !!