Tacikistanda Həcc ziyarətinə gedənlərdən vergi tutulacaq.
Tacikistan Parlamentinin aşağı palatası hökumətin təklifi əsasında “Digər büdcə ödəmələri öhdəlikləri haqqında” Qanuna düzəlişi qəbul edib.
Maliyyə naziri Fayziddin Qəhharzadənin sözlərinə görə, düzəlişlərə əsasən, ölkəyə gələn əcnəbilər dövlət rüsumu ödəməli olacaqlar: “Bundan əlavə, turizm şirkətlərinin xətti ilə turizm məqsədləri üzrə başqa ölkələrə, eləcə də Həcc ziyarətinə gedən Tacikistan vətəndaşları da dövlətin büdcəsinə rüsum ödəyəcəklər”.
Nazir qeyd edib ki, Böyük Vətən müharibəsi veteranları, Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, birinci və ikinci qrup əlillər, 16 yaşadək uşaqlar və diplomatlar vergi ödəməkdən azaddırlar.
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir
Vəzifə: Mühasib
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 2 il
Təhsil: Ali iqtisadi təhsil (magistr təhsili üstünlükdür)
Vəzifə öhdəlikləri:
– Mühasibat hesablarının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlər, mallar, maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, tədarükçülərin hesabı və göstərilən xidmətlər) yerinə yetirmək;
– Əmək haqqları yoxlanması, sistem icrası və ödəmələri;
– Transfer, ləğv etmə, alış, qaytarma əməliyyatlarının icrası;
– Kassa sənədlərinin kontrolu və sistemə işlənilməsi;
– Müştərək Şirkətlərlə üzləşmələrin aparılması;
– Təhtəlhesab şəxslərlə hesablaşmalar və onların uçotu.
Tələblər:
– Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
– Mühasibat uçotu sahəsində iş təcrübəsi;
– Microsoft Office (Excel) yaxşı səviyyədə bilmək;
– Logo proqram biliyi arzu olunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.
İş qrafiki: 6 günlük
Müraciət qaydaları: / elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Mühasib” yazıb CV göndərməklə müraciət edilir.
Hesablama Palatasının fəaliyyət istiqamətləri genişləndirilə bilər.
Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən müzakirə olunub.
“Hesablama Palatası haqqında” qanunun 6.0.2. bəndinə təklif olunan dəyişikliyə görə, qurum büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi və Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, icmal büdcəsinin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verəcək. Buna qədər isə Hesablama Palatası büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla, icmal büdcəsinin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verib.
Təklif olunan digər dəyişikliyə görə, Hesablama Palatasının inzibati xətalar haqqında işlərə baxması və inzibati tənbeh tətbiq etməsi səlahiyyətləri ləğv edilir.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.