Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya baş mühasibVakansiya: Baş Mühasib

İşəgötürən: AZ-TEX MMC


Baş mühasib üçün tələblər:

– Ali iqtisadi təhsil
– Maliyyə sahəsində iş təcrübəsi
– Yaş aralığı: 24-35
– Dil bilikləri olanlara üstünlük verilir

Şəxsi keyfiyyətlər:

– Kollektivlə işləmə
– Nitq mədəniyyəti
– Yüksək təqdimat bacarığı

Vakansiya üzrə öhdəliklər:

– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar, bütün vergi hesabatlarının göndərilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Pul vəsaitlərinin mədaxili və məxarici üzrə əməliyyatlar
– Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması
– Vergi (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət), DSMF, Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Rəhbərlik tərəfindən verilmiş müxtəlif tapşırıqların həyata keçirilməsi

İş şərtləri:

– İş vaxtı:  10:00-19:00
– İş günü: 6gün
– Əmək haqqı: 600-800

Şəkilsiz CV-lərə baxılmır. Ünvan: (Nərimanov r., Ə.Rəcəbli 31/5)

Email: /

Mənbə: kadr.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyi: Hansı fəaliyyət meyarına aid olduğumuzu necə bilməliyik?

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi: Hansı fəaliyyət meyarına aid olduğumuzu necə bilməliyik?

Vergi Ombudsmanı institutuNeft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarının müəyyən edilməsi barədə 

BİLDİRİŞ

Neft-qaz sahəsində fəaliyyət:

Aşağıdakı şəxslərin fəaliyyəti neft-qaz sektorunda fəaliyyət hesab edilir:
  1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ);
  2. ARDNŞ-nin strukturuna daxil olan müəssisələr (bu müəssisələrin siyahısı AR Prezidentinin 24.01.2003-cü il tarixli, 844 nömrəli Fərmanın 2 saylı Əlavəsi ilə müəyyən edilmişdir);
  3. Hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı olmayaraq tam tərkibdə.

Qeyd: Yuxarıda sadalanan şəxslər bundan sonra Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslər kimi qeyd edilir.

  1. Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə birbaşa mal (iş, xidmət) təqdim edən xarici və yerli subpodratçılar aşağıdakı şərtlər daxilində neft-qaz sektoru hesab edilir:

–  mövcud subpodratçılar üzrə – Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə

–  il ərzində yeni yaradılan subpodratçılar üzrə – təqvim ili ərzində Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə.

 

Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal (iş, xidmət) təqdim edən şəxslərə mal (iş, xidmət) təqdim edən digər şəxslər (subpodratçının subpodratçısı) üzrə:

Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə birbaşa bağlanmış müqavilələr əsasında malların (işlərin, xidmətlərin) təqdim edilməsini həyata keçirən şəxslərə mal (iş və xidmət) təqdim edən digər şəxslərin (subpodratçının subpodratçısı) fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

Misal: “A” MMC müqavilə əsasında ARDNŞ-nə mal təqdim edir. ARDNŞ-nə mal təqdim edilməsindən əldə olunan gəliri illik gəlirin 70 faizini təşkil edir. Bu halda “A” MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilir.

“B” MMC isə müqavilə əsasında “A” MMC-yə malları təqdim edir. Bu halda “B” MMC-nin “A” MMC-yə mal təqdim etməsindən əldə olunan gəlirin həcmindən asılı olmayaraq “B” MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

 

Əvvəlki təqvim ilində neft-qaz sahəsinə aid olan vergi ödəyicisi növbəti ildən Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərmədiyi halda:

Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə həmin subpodratçıların neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri hesab olunması şərti mövcud subpodratçılara (yəni Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə bağlanmış və qüvvədə olan subpodrat müqaviləsinə əsasən subpodratçı kimi çıxış edən şəxslərə) münasibətdə tətbiq edilir. Növbəti ildə müqavilə üzrə fəaliyyət göstərilmədiyi, yəni Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mallar (işlər, xidmətlər) təqdim edilmədiyi halda həmin şəxslər neft-qaz sektoruna aid edilmirlər.

Misal: “A” MMC-nin 2018-ci il üzrə gəlirlərinin 50 faizindən çoxu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə xidmət göstərməsindən formalaşmışdır. “A” MMC-nin 2019-cu ildən Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə bağlanmış müqaviləsinin müddəti bitmişdir və digər şəxslərə xidmət göstərir. Bu halda “A” MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir və muzdlu işlə əlaqədar gəlirlərdən gəlir vergisini güzəştli dərəcələrlə hesablayır.

“A” MMC 2019-cu ildən yeni müqavilələr üzrə Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərməyə başladığı halda yeni yaradılan subpodratçılar üçün müəyyən olunmuş meyar üzrə neft-qaz sektoruna aid edilə bilər.

Belə ki, yeni yaradılan subpodratçı ilin əvvəlindən bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal təqdim etməyə, iş görməyə və xidmət göstərməyə başladığı ayadək əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir. Təqvim ili ərzində Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu itirir (növbəti aylar üzrə artan yekunla gəlirlərin (xərclər nəzərə alınmadan) nisbətindən asılı olmayaraq).

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olmayıb, lakin ARDNŞ-nin payçısı və ya səhmdarı olduğu müəssisələr üzrə:

ARDNŞ-nin strukturuna daxil olan müəssisələrin siyahısı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Fərmanının 2 saylı Əlavəsi ilə müəyyən edilmişdir. ARDNŞ-nin strukturuna daxil olan müəssisələrin siyahısına həmin siyahıda olmayan ARDNŞ-nin təsisçi (payçı) kimi iştirak etdiyi hüquqi şəxslər aid edilmir.

Buna əsasən ARDNŞ-nin təsisçi (payçı) kimi iştirak etdiyi hüquqi şəxslərin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.  Həmin şəxslərə malları (işləri, xidmətləri) təqdim edən şəxslərin fəaliyyəti bu müqavilələr üzrə əldə olunan gəlirlərinin həcmindən asılı olmayaraq neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

Misal: ARDNŞ-in strukturuna daxil olmayan, lakin 51% paya malik olduğu “A” MMC-yə “B” MMC tərəfindən xidmət göstərilir. “B” MMC-nin “A” MMC-yə xidmətlərin göstərilməsindən əldə etdiyi gəliri onun məcmu gəlirlərinin 100%-ni təşkil edir. Bu halda “B” MMC-nin xidmət göstərdiyi “A” MMC ARDNŞ-in strukturuna daxil olmadığına görə “B” MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, ARDNŞ-ın səhmləri 100% dövlətə məxsus olduğundan ARDNŞ-ın strukturuna daxil olmayan, lakin ARDNŞ-nin 51% paya malik olduğu müəssisələr dolayısı ilə dövlətə məxsus hüquqi şəxs hesab edilir. Güzəşt həmin müəssisələrə tətbiq edilmir.

 

Dövlət və qeyri-dövlət sektoru üzrə:

Dövlət sektoru:

– dövlət adından yaradılan publik hüquqi şəxslər;

– büdcə təşkilatları;

– dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar;

– səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər.

 

Qeyri-dövlət sektoru:

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər;

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən vergi ödəyicisi olan fiziki şəxslər.

Misal: Payları 100% dövlətə məxsus olan hüquqi şəxs payları 100% özünə məxsus olan “A” MMC-ni təsis etmişdir. “A” MMC isə digər bir hüquqi şəxslə paylarının 51% özünə məxsus olan “B” MMC-ni təsis etmişdir. Bu halda “B” MMC paylarının 51 faizi dolayısilə dövlətə məxsus olan hüquqi şəxs hesab edilir və güzəşt tətbiq edilmir.

 

Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər (səfirliklər, konsulluqlar):

Nəzərə alınmalıdır ki, qeyri-dövlət sektorunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər əhatə edir.

Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklər və konsulluqlar Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmırlar. Azərbaycan Respublikasınının qanunvericiliyinə uyğun hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmırlar. Yalnız akkreditə edən dövlətin qurumu olaraq onu Azərbaycan Respublikasında rəsmi təmsil edirlər.

Qeyd olunanlara əsasən Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklər və konsulluqlar qeyri-dövlət sektoruna aid edilmir. Səfirliklərdə və konsulluqlarda çalışan Azərbaycan Respublikasının vətəndaşlarının əməkhaqlarından gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun hesablanır.

Bələdiyyələr üzrə:

Bələdiyyələr qeyri-dövlət sektoruna aid edilir və bələdiyyələrdə işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi güzəştli dərəcələrlə hesablanır.

                                                                                 Vergilər Nazirliyi yanında

                                                        Bakı şəhəri Lokal Gəlirlər Departamenti


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Nəqliyyat yoxsa İstismar xərci?

posted in: Xəbər | 0

Nəqliyyat yoxsa İstismar xərci?

ezamiyyə xərciSual: Müəssisənin balansında olan nəqliyyat vasitələri üçün, həmin vasitələrin motor yağının dəyişdirilməsi yanacaq xərci kimi təsnif olunur, yoxsa təmir xərci kimi?
Cavab: Bildiririk ki, mövcud avadanlığın gündəlik istifadəsi məqsədi ilə çəkilən xərclər təmir xərcləri kimi deyil, istismar xərcləri hesab olunmaqla gəlirin əldə olunması üçün çəkildiyi halda bilavasitə gəlirdən çıxıla bilər.
Bax: Vergi Məcəlləsinin 108-ci maddəsi.
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

aparıcı Mühasib vakansiyaVakansiya: Mühasib

İşəgötürən: Caspiantech QSC

Haqqımızda:

“Caspiantech” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. “Caspiantech” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başladı. “TOPAZ” 2013-ci ildə tazı yarışı oyunlarına start verməklə yanaşı, “Azərlotereya” ASC-nin lotereya məhsullarının satışına başladı. “TOPAZ” markası 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasının sponsorudur. Bundan başqa, hazırda bütün Azərbaycan üzrə “TOPAZ”-ın təxminən 500 eksklüziv satış agenti var.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Vakansiya üzrə öhdəliklər:

• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;

• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasınına nəzarət etmək
• Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
• Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir;
• Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək;
• Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərini hazırlamaq.

Mühasib üçün tələblər:

• Azərbaycan Respublikasının Verqi Məcəlləsini;
• Mühasibat uçotunun hesablar planının tətbiqinin əsas müddəalarını;
• Ali iqtisadi təhsil;
• Ən azı 3 illik müvafiq sahə üzrə təcrübə;
• Kompüter biliyi – Əla səviyyədə excel istifadəçisi olmaq, 1C təcrübəsi üstünlükdür.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  8 may 2019-cu il tarixinədək mövzu yerində Mühasib yazmaqla  / elektron ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.