“Müflisləşmə və iflas haqqında” Qanunda dəyişiklik edilib

posted in: Xəbər | 0

MüflisləşməMüflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 460; 2001, № 1, maddə 25, № 6, maddə 362; 2002, № 5, maddə 241; 2006, № 3, maddə 225; 2007, № 5, maddə 401; 2008, № 5, maddə 348; 2010, № 4, maddə 276; 2015, № 4, maddə 355, № 11, maddə 1260; 2017, № 3, maddə 332, № 5, maddə 736; 2018, № 4, maddə 652, № 12, I kitab, maddə 2529; 2019, № 1, maddə 28) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddənin 2-ci hissəsinin dördüncü abzasında “fiziki və hüquqi şəxslərə” sözləri “müəssisəyə və fərdi borcluya” sözləri ilə əvəz edilsin.

2. 3-cü maddənin “a”, “b”, “c” bəndləri aşağıdakı redaksiyada verilsin:

a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir;

b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir;

c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.”.

3. 9-cu maddə üzrə:

3.1. 1-ci hissənin birinci cümləsi çıxarılsın və ikinci cümlədə “Elanda” sözü “ İflas haqqında iş üzrə məhkəmə baxışı barədə elanda” sözləri ilə əvəz edilsin;

3.2. 2-ci hissədə “maddənin 1-ci bəndinə” sözlərindən sonra “və bu Qanunun 10-1-ci maddəsinə” sözləri əlavə edilsin;

3.3. 3-cü hissə ləğv edilsin;

3.4. 4-cü hissənin birinci cümləsində “nəzərdə tutulmuş elan mətbuatda ilk dəfə dərc edilməzdən” sözləri “və bu Qanunun 10-1-ci maddəsində nəzərdə tutulmuş qaydada elanın dərc edilməsindən” sözləri ilə əvəz edilsin.

4. 10-cu maddənin 1-ci hissəsinin birinci cümləsində “sonra” sözündən sonra “və bu Qanunun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada qərar elan edilənədək” sözləri əlavə edilsin.

5. Aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:

“Maddə 10-1. İflas haqqında iş üzrə məhkəmə baxışı

İflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir.”.

6. 12-ci maddənin məzmunu aşağıdakı redaksiyada verilsin:

“Bu Qanunun 10-1-ci maddəsində nəzərdə tutulmuş qaydada iflas haqqında iş üzrə məhkəmənin müvafiq qərarından şikayətin verilməsi borclunun əmlakının satışının və kreditorlara ödənişlərin dayandırılmasına səbəb olur.”.

7. 14-cü maddənin birinci hissəsinin üçüncü cümləsində “qanuni qüvvəyə minməsi tarixi” sözləri “qəbul edildiyi tarix” sözləri ilə əvəz edilsin.

8. 20-ci maddənin 4-cü hissəsinin “d” bəndi ləğv edilsin.

9. 28-ci maddənin 3-cü hissəsində “3 aylıq fasilə ilə və ya məhkəmənin müəyyən etdiyi başqa qaydada” sözləri “2 (iki) aylıq fasilə ilə və ya məhkəmənin müəyyən etdiyi daha qısa müddətdə” sözləri ilə əvəz edilsin.

10. 37-ci maddənin 2-ci hissəsinin ikinci cümləsində “qanunvericilikdə nəzərdə tutulmuş müddətdə” sözləri “10 (on) gün müddətində” sözləri ilə əvəz edilsin.

11. 41-ci maddənin 7-ci hissəsinin ikinci cümləsində “mövcud vəziyyətə uyğun olan” sözləri “bu Qanunun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

12. 41-1-ci maddə üzrə:

12.1. 1-ci hissənin ikinci cümləsində “üç ay” sözləri “2 (iki) ay” sözləri ilə əvəz edilsin;

12.2. 5-ci hissəyə aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilsin:

“Hər bir kreditorlar qrupu daxilində səsvermədə yalnız sağlamlaşdırma planının qəbulu nəticəsində hüquqlarına təsir göstərən kreditorlar iştirak edir. Kreditorlar qrupu daxilində sağlamlaşdırma planının əleyhinə səs vermiş, yaxud səsvermədə iştirak etməmiş kreditorların hüquqları sağlamlaşdırma planının lehinə səs vermiş kreditorların hüquqları ilə bərabər, növbəlilik qaydasında təmin edilir.”;

12.3. aşağıdakı məzmunda 12-ci və 13-cü hissələr əlavə edilsin:

“12. Sağlamlaşdırma planının təsdiqinə dair işə məhkəmə tərəfindən bu Qanunun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada baxılır.

13. Sağlamlaşdırma planının təsdiqinə dair məhkəmə qərarında aşağıdakılar göstərilir:

a) borclunun adı, onun olduğu yer, bank hesabları haqqında məlumatlar, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, müdirinin soyadı, adı, atasının adı, əlaqə nömrəsi;

b) sağlamlaşdırma planının təsdiqi;

c) sağlamlaşdırma prosesinin müddəti;

ç) sağlamlaşdırma prosesində iştirak edən kreditorların siyahısı;

d) sağlamlaşdırma planına daxil edilmiş eyni növdən olan kreditorlar qrupunun (qruplarının) tələblərinin həcmi;

e) sağlamlaşdırma planının təsdiq edilməsinin bu Qanunun 41-2-ci maddəsində nəzərdə tutulan nəticələri;

ə) sağlamlaşdırma planının icrası ilə bağlı hesabatın təqdim edilməsi müddəti.”.

13. 45-ci maddə üzrə:

13.1. 3-cü hissənin ikinci cümləsindən “ən azı” sözləri çıxarılsın;

13.2. 4-cü hissədə “baxılma müddətini təyin edir və bu barədə” sözləri “10 (on) gün müddətində baxır və iclasın tarixi ilə bağlı” sözləri ilə əvəz edilsin.

14. 46-cı maddə üzrə:

14.1. 2-ci hissənin ikinci cümləsində “Məhkəmə:” sözü “İşə 5 (beş) iş günü müddətində baxaraq, məhkəmə:” sözləri ilə əvəz edilsin;

14.2. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Məhkəmə bu maddənin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan qərarı qəbul etdikdə əmlak inzibatçısı dəyişikliklər edilmiş borc tələblərinin reyestrini məhkəməyə 7 (yeddi) gün müddətində təqdim etməlidir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Excel-də unikal sıralamanı necə əldə etməli?

posted in: Excel, Xəbər | 0

Excel-də unikal sıralamanı necə əldə etməli?


Təsəvvür edin ki, qarşımızda aşağıdakı kimi bir siyahı var və biz bu siyahıdakı dəyərləri böyüklük sırasına görə sıralamaq istəyirik, yəni ən böyük dəyər birinci, ən kiçik dəyər sonuncu olacaq şəkildə.

Unique rank - 1

Bunun üçün RANK funksiyasından (Excel-də kiçikdən böyüyə, böyükdən kiçiyə doğru necə sıralamalı?) istifadə etməliyik. Lakin, sizin də görəcəyiniz kimi, bu, bir sıra problemlər yaradacaqdır.

Belə ki, orijinal siyahımızda bir-birini təkrar edən dəyərlər olduğu üçün, RANK funksiyası təkrarlanan dəyərlərin sıralamadakı yerini eyniləşdirir.

Unique rank - 2

Məsələn, ən böyük dəyər olan 15-dir və bu, 2 yerdə yer almışdır. RANK funksiyasının sıralamanı 1,2 etmək əvəzinə 1,1 etdiyini görürük. Bu problemi həll etmək və unikal sırala əldə etmək üçün isə aşağıdakı formuldan istifadə etməliyik.

Unique rank - 3

Formul olan faylı əlavədən endirə bilərsiniz.

Faylı yükləyin: Dəyərlərin unikal sıralaması
Müəllif: Elçin Xəlilov

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib köməkçisi VakansiyaVakansiya: Mühasib köməkçisi

İşəgötürən: Gens Elektrik


Vakansiya barədə məlumat

– Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını göstərən hesabatların yoxlanılması
– Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların mühasibat standartalarına uygun uçotunu təmin etmək
– Mühasibatda ilkin sənədlərin gedişatını aparmaq.
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədləri hazırlamaq.
– Vergi hesabatlarının (ƏDV, Əmlak, Mənfəət ) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– İşçilərlə hesablaşmaların təmin edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– Bank, Kassa,Gəlir, Xərc, Əmək haqqı sənədlərinin proqrama daxil edilməsi


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasib köməkçisi üçün tələblər

– Ali təhsilli
– Qadın işçi
– Mühasibatlıq sahəsində ən az 1-3 il iş təcrübəsi
– Microsoft Office proqramlarını əsasən də Excell proqramını yaxşı səviyyədə bilməli
– Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı
– Analitik düşüncəyə malik olmalı

Email address:  /

Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində qeyd etməlisiniz.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Barter əməliyyatlarının əvəzləşdirilməsi

posted in: Xəbər | 0

Barter əməliyyatlarının əvəzləşdirilməsi

barter əvəzləşdirilmə


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Vergi Məcəlləsinin 161.2-ci maddəsinə görə, vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alırsa, yaxud almağa hüququ varsa, bu malların, işlərin və ya xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) vergi tutulan əməliyyatın dəyərinə daxil edilir.

Sərbəst auditor Altay Cəfərov bildirib ki, bu maddə mahiyyət etibarilə barter əməliyyatları üçün nəzərdə tutulub. Yəni iqtisadi subyektlər bir il ərzində təqdim etdiyi malları, işləri və xidmətləri borc əvəzi əvəzləşdirir. Belə əməliyyatlarda ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 161.1.-ci maddəsinə uyğun olaraq, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisindən başqa, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Burada maraqlı məqam budur ki, əvəzləşmədə malların, işlərin və xidmətlərin bazar dəyəri əsas götürülür.


Bax: İşsizlikdən sığorta haqlarının hesablanması və ödənilməsi

Misal:
Tutaq ki, “AA” MMC-nin anbarında maya dəyəri 800 manat olan mallar vardır və bu malları EQH, e-VHF ( 1.000+180 (18% ƏDV) ilə “VV” MMC-yə satıb. Razılaşmaya əsasən, “VV” MMC vəsait ödəməyəcək və “AA” MMC üçün işlər görəcəkdir. İlkin olaraq belə başa düşülür ki, vergiyə cəlb olunan əməliyyatın dəyəri 1.000 manatdır. Amma, əslində, tam belə deyildir. Burada vergi orqanları tərəfindən “VV” MMC-nin təqdim etdiyi işlərin dəyəri araşdırılmalıdır. “VV” MMC həmin işlərin təqdim edilməsində tam ixtisaslaşmadığına və faktiki pul vəsaiti olmadığına, eləcə də “AA” MMC-dən aldığı mallar onun digər fəaliyyətində çox vacib olduğuna görə, işləri xeyli aşağı qiymətə barter ilə verib. Normal halda həmin işlərin bazar dəyərini 2.000 manat (ƏDV-siz) qəbul etsək, onda vergiyə cəlb edilən əməliyyatın dəyəri 1.000 manat yox, 2.000 manat olacaqdır. Odur ki, belə məsələlərdə vergi ödəyiciləri çox diqqətli olmalıdırlar.
Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.