Excel-də unikal sıralamanı necə əldə etməli?
Təsəvvür edin ki, qarşımızda aşağıdakı kimi bir siyahı var və biz bu siyahıdakı dəyərləri böyüklük sırasına görə sıralamaq istəyirik, yəni ən böyük dəyər birinci, ən kiçik dəyər sonuncu olacaq şəkildə.
Bunun üçün RANK funksiyasından (Excel-də kiçikdən böyüyə, böyükdən kiçiyə doğru necə sıralamalı?) istifadə etməliyik. Lakin, sizin də görəcəyiniz kimi, bu, bir sıra problemlər yaradacaqdır.
Belə ki, orijinal siyahımızda bir-birini təkrar edən dəyərlər olduğu üçün, RANK funksiyası təkrarlanan dəyərlərin sıralamadakı yerini eyniləşdirir.
Məsələn, ən böyük dəyər olan 15-dir və bu, 2 yerdə yer almışdır. RANK funksiyasının sıralamanı 1,2 etmək əvəzinə 1,1 etdiyini görürük. Bu problemi həll etmək və unikal sırala əldə etmək üçün isə aşağıdakı formuldan istifadə etməliyik.
Formul olan faylı əlavədən endirə bilərsiniz.