Offşor zonalarda aparılan əməliyyatlar üzrə vergitutma

posted in: Vergi, Xəbər | 0

OffşorVergi Məcəlləsində 1 yanvar 2017-ci ildən aparılmış dəyişikliyə əsasən, güzəştli vergi tutulan ölkələrə və ərazilərə aparılan ödəmələrdən 10 faiz dərəcə ilə vergi tutulur.

Dəyişikliyin tətbiq olunduğu zaman ərzində offşor zonalarla vergilərin hesablanmasını nəzərdə tutan əməliyyatların əhatə dairəsinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır.

İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, bu zonalarla aparılan əməliyyatlar zamanı vergilərin hesablanmasını nəzərdə tutan əməliyyatların dairəsinin dəqiqləşdirilməsi vergi ödəyicilərinin offşor zonalarda qeydiyyatdan keçməyən qeyri-rezidentlərlə müqavilə bağlayaraq pul vəsaitlərini həmin şəxslərin offşor zonalarda yerləşən banklarında açılmış hesablarına köçürməklə vergidən yayınmasının qarşısını alacaq.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İşaxtaranlar üçün yeni altsistem fəaliyyətə başlayacaq

posted in: Xəbər | 0

İşaxtaranlar üçün məşğulluq altsistem fəaliyyətə başlayacaq


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Əlilliyin qiymətləndirilməsi meyarlar

Yaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi fəaliyyətə başlayacaq. Nazirlikdən verilən məlumata görə, altsistemdə vakansiyalar, işsiz və işaxtaranlara dair məlumatlar əksini tapacaq. Vətəndaşlar məşğulluq mərkəzlərinə gəlmədən altsistemdəki müvafiq vakansiya üzrə istənilən vaxt elektron qaydada müraciətlərini edə biləcəklər.

“Məşğulluq” altsistemində qeydiyyatdan keçmək üçün “e-sosial” və ya “e-gov.az” portalı vasitəsilə sistemə daxil olmaq, “İşaxtaranlar” pəncərəsinin müraciət bölməsində FIN kodunu yazmaqla şəxsi kabinet yaratmaq lazımdır. Daha sonra “Fərdi məşğulluq” bölməsində vakansiya siyahısı ilə tanış olmaq mümkün olacaq. Siyahıda peşəsinə, əmək bacarığına, istəyinə uyğun vakansiya tapmayan vətəndaşlar üçün altsistemdə aktiv məşğulluq layihələri də yer alacaq. Burada özüməşğulluq proqramı iştirakçılarının hər birinin şəxsi kabineti yaradılacaq.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bu şəxslərə hansı hallarda maliyyə sanksiyası tətbiq olunur?

posted in: Maliyyə, Vergi, Xəbər | 0

vergiyə cəlbOfisiant və ya aşpazlara hansı hallarda maliyyə sanksiyası tətbiq olunur?

Vergi Məcəlləsinin 220-ci maddəsinə əsasən, aşağıda qeyd edilən fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan vergi ödəyiciləri “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almalıdır:

  • Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət;
  • Fərdi foto, audio-video xidmətləri (foto-studiyalar istisna olmaqla) sahəsində fəaliyyət;
  • Çəkməçi, pinəçi
  • Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri;
  • Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), gözətçi və digər analoji işlər;
  • Nəqqaşlıq emalatxanalarının fəaliyyəti;
  • Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər;
  • Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər.
Vergi Məcəlləsinin 58.12-ci maddəsinə əsasən, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə aşağıdakı maliyyə sanksiyası tətbiq edilir:
  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında;
  • təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

İqtisadçı ekspert Anar Bayramov maliyyə sanksiyasının hesablanmasını misalla belə izah edir: “Tutaq ki, Bakı şəhərində fəaliyyət göstərən “AA” MMC-yə məxsus olan restoranda Məmməd Əliyev ofisiant kimi çalışır. Operativ vergi nəzarəti zamanı məlum olur ki, həmin şəxsin VÖEN-i olsa da, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almayıb. Bakı şəhərində fəaliyyət göstərən ofisiant üçün aylıq verginin məbləği 20 manat olduğu üçün təqvim ilində ilk dəfə olduğu halda ona 8 manat (20 manatın 40 faizi) məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək. Bu maddədə bir məsələyə diqqət yetirmək lazımdır. Operativ vergi nəzarəti müəyyən edilən zaman məlum olur ki, ofisiant restoranda çalışır, amma VÖEN-ə malik deyil. Bu zaman artıq Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, restoranın sahibi olan vergi ödəyicisinə əmək müqaviləsi olmadan işçi cəlb etməsinə görə maliyyə sanksiyası tətbiq olunur”.

Qeyd edək ki, 30 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanuna əsasən, 2019-cu il yanvarın 1-dən bir il müddətində bu hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Turizm xidmətləri göstərən vergi ödəyicilərinin vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi turizm xidmətləri göstərən vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi qaydalarına aydınlıq gətirib.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulmuş şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. Buna görə də aviabilet və tur paketlərin satışı ilə bağlı vergi ödəyicilərinə xidmət göstərən agentlər (turagentlər) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itiriblər. İndi aviabilet və tur paketlərin satışını həyata keçirən hüquqi şəxslər mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərirlər. Onların vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından (alış və satış qiyməti arasındakı fərq) ibarətdir. Turagentlər mənfəət və ya gəlir vergisinin ödəyiciləridir.

Aviabilet və tur paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə edilən komisyon haqlarının həcmi 200 min manatdan artıq olduqda, həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Bu zaman ƏDV məqsədləri üçün qeydiyyatda olan aviabilet və tur paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən aviabilet satışı ilə bağlı göstərilən turizm xidmətləri (komisyon haqları) ƏDV-nin vergitutma obyektini təşkil edir.

Xarici turistlərə xidmət göstərən turoperatorların gəlirləri də ƏDV-yə cəlb edilir. Qanuna əsasən, xaricdən alınan vəsait turizm xidmətini göstərən turoperatorun vergiyə cəlb olunan gəlirlərinə aid edilir. Həmin xidmətlərə görə daxil olan vəsait ƏDV və mənfəət vergisinə cəlb edilir. Turoperatorların xarici turistlərə göstərdikləri xidmətlər Azərbaycan Respublikasında həyata keçirilən xidmətlər hesab olunur və 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Eyni zamanda, daxil olan vəsait tam həcmdə turoperatorun gəlirlərinə, bu xidmətlərin həyata keçirilməsinə görə çəkilən xərclərə, o cümlədən otellərdə qonaqlama xidmətlərinə görə, iaşə obyektlərində göstərilən xidmətlərə görə, nəqliyyat xərclərinə və işçilər üzrə əməkhaqqı və sosial sığorta ödəmələrinə görə, habelə digər gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxıldıqdan sonra qalan fərq məbləği mənfəət vergisinə cəlb olunur. Turoperator mikro sahibkarlıq subyekti olduğu halda, Vergi Məcəlləsi ilə müəyyən edilmiş 75 faiz mənfəət vergisi üzrə güzəştlərdən istifadə edir.

Digər tərəfdən, çəkilən xərclər üzrə ödənilən ƏDV məbləğləri Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir.
Turagentlərə ödəmələr isə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.9-cu maddəsinə əsasən yalnız nağdsız qaydada həyata keçirilməlidir.Bununla yanaşı, biletlərin ayrılıqda, turizm məhsulunun tərkib hissəsi olmadan satışı həyata keçirildikdə həmin biletlərin dəyəri nağd qaydada ödənilə bilər.

Bu qanunun məqsədləri üçün nağdsız hesablaşma dedikdə, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə, o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar, ödəniş terminalları ilə aparılan hesablaşmalar və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.