Qiymətləndiricilərin vergiyə cəlb olunması

posted in: Vergi, Xəbər | 0

Qiymətləndiricilərin vergiyə cəlb olunması

vergi


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Sadələşdirilmiş verginin ödəyici olmaq hüququna malik olanların siyahısında qiymətləndiricilər də var. Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmayan və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200 min manat və ondan az olan şəxslər bu kateqoriyaya aid edilir. Məcəlləyə edilmiş son dəyişikliklərdən sonra sadələşdirilmiş verginin dərəcəsi 2 faizə endirilib. Beləliklə, qiymətləndirmə xidməti ilə məşğul olan hüquqi və fiziki şəxslər də yeni güzəştlərdən yararlana biləcəklər.

Qanunverciliyə əsasən, vergi ödəyicilərinə qiymətləndirmə xidmətləri göstərən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər. Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə görə, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulmuş şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) bu siyahıya aiddir.

Qeyd edək ki, hazırda Azərbaycanda 200-dən artıq qiymətləndirmə şirkəti fəaliyyət göstərir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda qeyri-neft sektoru üzrə vergi daxilolmaları 18% artıb

posted in: Vergi, Xəbər | 0

ödəməAzərbaycanda qeyri-neft sektoru üzrə vergi daxilolmaları 18% artıb


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Bu ilin I rübündə Vergilər Nazirliyi dövlət büdcəsinə 1 672,9 milyon manat vergi mədaxil edib.

Bununla da proqnoza 110,4% əməl olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% və yaxud 236,4 milyon manat çox vəsait toplanıb.

Ödənilən vergilərin 30,9%-i neft sektorunun, 69,1%-i qeyri-neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları-nın artımı 18,3% təşkil edib.

Vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% artaraq 76,5%-ə çatıb. Qeyri-neft-qaz sektorunun özəl bölməsındən vergi ödəmələri 20,6% artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi 76,7%-ə, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53%-ə yüksəlib.


Bax: Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb

Regionlardan vergi daxilolmaları artaraq 168,4 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3% çox olub. Bu zaman mərkəzləşdirilmiş daxilolmalar nəzərə alınmadan, regionların daxili potensialı üzrə daxilolmaların məbləği daha böyük çox – 40,4% artıb. Regionlardan daxilolmaların cəmi vergi daxilolmalarında xüsusi çəkisi isə 10,1%-ə yüksəlib.

2019-cu ilin əvvəlindən məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmaların yığılması Vergilər Nazirliyinin funksiyalarına aid edilib. Cari ilin 1-ci rübünün yekunlarına görə, məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 582,1 milyon manat olmaqla 110,8%, işsizlikdən sığorta üzrə daxilolmaların məbləği 22,8 milyon manat olmaqla 117,3% icra olunub.

2019-cu ilin I rübündə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 25 536 (3 270 hüquqi şəxs, 22 266 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 25,5% çoxdur. Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 52,2%-i regionların payına düşüb.

Hesabat dövründə 11 232 təsərrüfat subyekti (obyektinin) qeydiyyatdan keçib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 73,2% çox olub. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 4.033 olub ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 4,8 dəfə çoxdur.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb

posted in: Vergi, Xəbər | 0

vergi yüküVergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə vergi yükü azaldılıb.


2019-cu ilin əvvəlindən vergi qanunvericiliyində edilmiş dəyişikliklər kiçik sahibkarlıq subyektlərinin vergi yükünü aşağı salmaqla yanaşı, onların hesabatlılığında da müəyyən sadələşdirmələrin aparılması ilə müşayiət olundu. Sadələşdirilmiş verginin dərəcəsi 2 dəfəyədək aşağı salındı. Bu vergini tətbiq etmək hüququ məhdudlaşdırılmış və gəlir (mənfəət) vergisi rejiminə keçmiş vergi ödəyicilərinə isə güzəştlər tətbiq edildi.

Sadələşdirilmiş verginin əhatə dairəsinin dəqiqləşdirilməsi bu verginin mahiyyəti üzrə tətbiq edilməsini, kiçik sahibkarlar arasında uçotun aparılması mədəniyyətinin formalaşdırılmasını şərtləndirdi. Əvvəllər sadələşdirilmiş verginin ödəyicisi olmuş şəxslər uçot sistemini qurduqları halda daha aşağı vergi yükünə nail ola bildilər”. Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Açıqlamada deyilir ki, bəzən əvvəlki vergi rejimi ilə hazırkı vergi rejiminin müqayisəsi verilərkən yanlış şərhlərə yol verilir:

“Bu cür şərhlərin bəzilərinə aydınlıq gətirmək istərdik. Bunlardan biri – sadələşdirilmiş verginin hazırkı dərəcəsi (2%) ilə gəlir vergisi üzrə dərəcələrin (20% və ya 5%) müqayisə edilməsidir və vergi yükünün artdığı iddia edilir. Bu, vergi rejiminin tətbiqi xüsusiyyətlərindən xəbərdar olmamağın nəticəsidir. 2019-cu ilin 1 yanvar tarixinə qədər sadələşdirilmiş vergi mükəlləfiyyətində olan vergi ödəyicisi heç bir xərc nəzərə alınmadan ümumi hasilatından (dövriyyəsindən) Bakı şəhərində 4% vergi ödəyirdi.

Dəyişiklikdən sonra gəlir vergisi mükəlləfiyyətini seçən sahibkar öz xərclərini rəsmiləşdirmək və onları gəlirindən çıxmaqla vergi yükünü aşağı salmaq imkanı əldə edib. Belə ki, sahibkarların böyük əksəriyyətini təşkil edən mikro sahibkarlıq subyektlərinə gəlir vergisindən 75 faiz güzəşt hüququ verilib. Üstəgəl qeyri-neft sektorunun özəl bölməsində sektor əməkhaqqı üzrə 8 000 manatadək gəlirlər vergidən tam azad edildiyinə görə, kiçik sahibkar vergi yükünü əhəmiyyətli şəkildə aşağı salmış olub.

Vergi yükünün necə dəyişməsinə kiçik bir misalda baxmaq olar: Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4işçisi olan sahibkarın illik gəliri 120 000 manatdır və o, hər işçiyə aylıq 500 manat əməkhaqqı verir. Dəyişiklikdən əvvəlki dövrdə vergi ödəyicisi sadələşdirilmiş vergi mükəlləfiyyətində olub, dəyişiklikdən sonra isə gəlir vergisi mükəlləfiyyətini seçib. Vergi ödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10 faizdir”.

Dəyişiklikdən əvvəlki vergi hesablaması aşağıdakı qaydada idi:

Sadələşdirilmiş vergi: 120 min (illik gəlir) * 4% (sadələşdirilmiş vergi dərəcəsi) = 4 800 manat

Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * (500 – 173 (yaşayış minimumu))* 14% * 12 ay = 2 197,4 manat, Cəmi isə 4 800 + 2 197,4 = 6 997,4 manat edir.

Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydadadır:

Gəlir vergisi: (120 000 (illik gəlir) – 108 000 (illik xərc))*20%*25% (mikro sahibkarlara təqdim edilən 75%-lik güzəşt) = 600 manat

Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * 500 * 0% * 12 ay = 0 manat

Cəmi: 600 + 0 = 600 manat

Beləliklə, dəyişiklikdən əvvəl vergi yükü 6 997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 600 manat olub ki, bu da nəticədə sahibkarın illik vergi yükünün 6 397,4 manat azalması deməkdir.

Diqqət çəkmək istədiyimiz digər bir məsələ vergi və sosial sığorta hesabatlarının təqdim edilməsi ilə bağlıdır. Bəzi hallarda hesabatların təqdim edilməsinin mürəkkəbləşdiyi bildirilir. Məlum olduğu kimi, 2019-cu ildən başlayaraq sosial vergi yığımlarının Vergilər Nazirliyi tərəfindən həyata keçirilməsi vergi hesabatlarının təqdim edilməsi prosesində də yeniliklərlə müşayiət olunub. Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin qanunauyğun tənzimlənməsi, əmək haqlarının şəffaflaşdırılması, sosial sığorta ödənişlərinin düzgün, vaxtında toplanılması və bu sahədə inzibatçılığın təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ın və “İşsizlik sığortası üzrə rüblük hesabat”ın yeni formaları, onların tərtib olunması qaydaları təsdiq edilib.

2019-cu il və sonrakı dövrlər üzrə həmin hesabatlarda bəzi dəyişikliklər olunub. Kağız hesabatlarla yanaşı, sosial sığorta üzrə hesabatların elektron şəkildə təqdim edilməsi imkanı yaradılıb. Bu zaman fiziki şəxslər üçün “Asan imza”ya malik olmaq məcburi deyil. Vergi ödəyicisi bəyannamələri elektron şəkildə göndərdiyi kimi, sosial hesabatları da eyni qaydada təqdim edə bilər. Sosial hesabatların hazırlanması sadə elektron qutulardan istifadə qədər asan və rahatdır. İşçisi olmayan sahibkar cəmi 4-5 klikdən istifadə etməklə hesabatı tamamlayaraq təqdim edə bilir. Digər sahibkarlar üçün də bu proses əvvəlkinə nisbətən xeyli asanlaşdırılıb. Vergi və sosial ödəmələr isə elektronlaşdırılıb ki, bu proses də sahibkarın cəmi bir neçə dəqiqəsini ala bilər. Bununla yanaşı, hesabatların optimallaşdırılması və daha da sadələşdirilməsi istiqamətində davamlı tədbirlər görülməkdədir.

Ümumiyyətlə, aparılan təhlillər göstərir ki, vergi orqanlarına təqdim olunan bəyannamələrin və hesabatların böyük əksəriyyəti elektron şəkildə göndərilir. ƏDV ödəyiciləri, o cümlədən orta sahibkarlıq subyektləri üzrə bu göstəricilər 95 faiz üzərindədir. Vergi hesabatlarının təqdim olunması üçün vergi ödəyicilərinə xidmət mərkəzlərinə, əsasən, mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olan ödəyicilər müraciət edirlər. Təəssüf ki, bir çox hallarda ödəyicilər bəyannamə və hesabatları son günə qədər saxlayır. Bu, bəyannamələrin təqdimetmə müddətinin sonunda xidmət mərkəzlərində sıxlığa gətirib çıxarır. Vergi bəyannamələrinin və hesabatlarının elektron təqdim edilməsi mürəkkəb proses deyil, Vergilər Nazirliyinin hazırladığı video-təlimatlara baxan hər kəs bunu asanlıqla mənimsəyə bilər. Buna görə də sahibkarlar bu mərkəzlərə getmədən də elektron qaydada hesabatlarını verə bilərlər.

Vergi qanunvericiliyi kiçik sahibkarlar üçün kifayət qədər aydın və rahat şərtlər müəyyən edib. 2019-cu ildən gəlirlərin və xərclərin uçotunu aparan kiçik sahibkarların dividendləri vergilərdən azad edilib. Onlara sürətli amortizasiya normaları tətbiq etmək imkanı yaradılıb. Mikro sahibkarlıq subyektləri əmlak vergisindən tam həcmdə azad olunub. Müəyyənləşdirilmiş güzəştlər sistemi kiçik sahibkara daha əlverişli mühitdə çalışmaq, öz gəlirlərini artırmaq və reinvestisiya etmək imkanları yaradıb.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 manat məvaciblə Mühasib tələb olunur

posted in: muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib VakansiyaVakansiya: Mühasib

İşəgötürən: Ramco MMC

  • Şəhər: Xırdalan
  • Yaş: 24 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Məhəmməd Adıyev
Vakansiya barədə məlumat

– Təhtəl hesab, balans, avans hesabatı və ezamiyyət hesabının aparılması
– Rəsmi hesabatların hazırlanması (Vergi, Statistika, DSMF)
– Ödəniş tapşırıqlarının, hesab və vergi-hesab fakturaların hazırlanması,qaimə-fakturaların yazılması
– Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi
– Banklarla və digər orqanlarla hesablaşmalar
– Bazar ertəsi – Cümə, 08:30-dan 17:30-dək
– Şənbə, 10:00-dan 16:00-dək
– İş yeri: Xırdalan dairəsində yerləşir

Mühasib üçün tələblər

– Maliyyə və Mühasibat sahəsində ali təhsil
– Mühasibatlıq üzrə minimum 3-5 il iş təcrübəsi (istehsal, ticarət, inşaat)
– MS Office (xüsusilə MS Excel), 1c 7.7 və 1c 8.3, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Azərbaycan və rus dillərini əla səviyyədə bilməlidir, ingilis dilini bilən namizədlərə üstünlük verilir
– İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran
– Yaş: 25-35 arası

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini /  ünvanına göndərə bilərlər.

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.