Mühasibat uçotu ilə bağlı bəzi Qanunlarda dəyişiklik edilib

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu ilə bağlı bəzi Qanunlarda dəyişiklik edilib

Sosial müavinətlərin məbləği

Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605; 2008, № 12, maddə 1049; 2010, № 4, maddələr 265, 276; 2012, № 6, maddələr 512, 529; 2013, № 1, maddə 18; 2015, № 7, maddə 819; 2016, № 10, maddələr 1601, 1609, № 11, maddə 1754; 2017, № 3, maddə 333; 2018, № 6, maddə 1179; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1411-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1.1-ci maddədən “normativ” sözü çıxarılsın;

3.2. 4.4-cü maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin;

3.3. 8.1-1-ci maddəyə “subyektləri” sözündən sonra “(kredit təşkilatları istisna olmaqla)” sözləri əlavə edilsin.

Maddə 4. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 888; 2006, № 3, maddə 224, № 12, maddə 1005; 2007, № 5, maddələr 435, 442, № 12, maddə 1218; 2009, № 10, maddə 772; 2011, № 2, maddə 70; 2012, № 9, maddə 839; 2015, № 5, maddə 493, № 11, maddə 1281; 2016, № 12, maddə 1988; 2018, № 6, maddə 1170, № 12, I kitab, maddə 2478) 9.2.7-ci maddəsinə “mühasibat” sözündən sonra “uçotu” sözü əlavə edilsin.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyindən daha bir yenilik

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicisinin filialınıVergilər Nazirliyi daha bir yenilik etməyə hazırlaşır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun sadələşdirilməsi istiqamətində texniki cəhətdən daha bir yenilik etməyə hazırlaşır. Yaxın vaxtlarda reallaşdırılacaq bu yenilik hüquqi şəxslərin təsis sənədlərində edilən dəyişikliklərin xüsusi proqram təminatı vasitəsilə onlayn rejimdə tətbiqini nəzərdə tutur.

Bu yenilik sayəsində təsis sənədləri hazırda olduğu kimi kağız daşıyıcılarla deyil, elektron qaydada onlayn şəkildə təqdim olunacaq.
Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədli “vergiler.az”a bildirib ki, real vaxt rejimində işləyəcək yeni proqramın tərtibi müvafiq qanunvericiliyə edilmiş dəyişikliklərdə də əksini tapıb.

Eyni zamanda, xüsusi proqramla yanaşı, qanunvericiliyin tələbinə əsasən təsis sənədlərinə edilmiş dəyişiklikləri elektron imza ilə imzalayaraq aidiyyəti qeydiyyat orqanına elektron kabinet vasitəsilə təqdim edildiyi təqdirdə də müvafiq sənədlər qeydiyyata alınaraq şəxsin elektron kabinetinə göndəriləcəkdir. Artıq bu prosesə başlanılıb, qanunvericiliyə müvafiq dəyişikliklər edilib, texniki tapşırıqlar verilib.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda 300-ə yaxın sahibkar bu sistemdən istifadə edir

posted in: Xəbər | 0

Azərbaycanda 300-ə yaxın sahibkar “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edir.

Azərbaycanda bu il fevralın 1-dən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etmək üçün Dövlət Gömrük Komitəsinə daxil olmuş 500-dən çox müraciətdən 282-si müsbət cavablandırılıb.

Bunu Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Doing Business” hesabatının “Sərhəddə Ticarət” adlı göstəricisi üzrə gömrük sistemində görülən işlər, həyata keçirilən yeniliklərlə bağlı mətbuat konfransında bildirib.

“Artıq ixrac üzrə 123, idxal üzrə isə 159 şəxs sistemdən istifadə edir. Bu sistem istifadəçilərə gömrük-buraxılış məntəqəsindən hər hansı gömrük nəzarəti tətbiq edilmədən mal və nəqliyyat vasitələrini birbaşa öz anbarlarına aparmağa, ixrac zamanı isə gömrük əməkdaşının iştirakı olmadan mallarını yükləyərək nəqliyyat vasitəsinə müvafiq gömrük təminatını vuraraq ölkədən çıxarmağa imkan verir”, – deyə o qeyd edib.

Bundan başqa, İ.Babayevin sözlərinə görə, son illər beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, vaxt və vəsaitə qənaət edilməsi məqsədilə gömrük sistemində aparılan islahatlar nəticəsində nəqliyyat vasitələrinin sərhədkeçmə vaxtı minimuma endirilib: “Eyni zamanda xarici ticarət əməliyyatları zamanı tələb olunan sənədlərin sayı azalıb. Bu rəqəm idxalda 3-ə, ixracda 2-yə endirilib”.

Komitə rəsmisi onu da deyib ki, gömrük sistemində həyata keçirilməsi planlaşdırılan ikinci islahat paketi çərçivəsində məmur-vətəndaş ünsiyyəti tamamilə ləğv ediləcək.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun. 

22 aprel rüblük hesabatların son günüdür

posted in: Xəbər | 0

22 aprel rüblük hesabatların son günüdür.

Gəlir vergisi (xüsusi notariuslar üzrə): Xüsusi notariusların gəlir vergisi üzrə hesabat dövrü rübdür. Xüsusi notariuslar tərəfindən hər ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) 10 faiz dərəcə ilə gəlir vergisi hesablanmalı, hesablanmış vergi məbləği isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

Xüsusi notariuslar tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) hesablanan gəlir vergisi barədə “Xüsusi notariusun gəlir vergisi bəyannaməsi” hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Gəlir vergisi (idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə): İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlardan və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır.

İdman oyunları ilə əlaqədar aparılan idman mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində gəlir vergisini hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar.

Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident şəxslər tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə isə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində gəlir vergisi hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına təqdim etməyə borcludurlar.

Əlavə dəyər vergisi: ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq, qeydiyyatda olduğu vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyir.

Aksizlər: Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və vergi orqanına bəyannamə verilməlidir.

Yol vergisi: Yol vergisi üzrə hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Yol vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

Mədən vergisi: Mədən vergisi üzrə hesabat dövrü təqvim ayı sayılır. Mədən vergisinin ödəyicisi hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq vergini ödəyir və bəyannamə verirlər. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.

Sadələşdirilmiş vergi: Sadələşdirilmiş vergi üçün (o cümlədən idman mərc oyunlarının operatorları və satıcılarının bu fəaliyyəti üzrə) hesabat dövrü rübdür. Sadələşdirilmiş verginin ödəyicisi olan şəxslər hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.

Sadələşdirilmiş vergi (bina tikintisi fəaliyyəti üzrə): Bu fəaliyyətlə məşğul olan və sadələşdirilmiş vergitutma metodunu seçmiş şəxslər üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər.

Sadələşdirilmiş vergi (daşınmaz əmlakın təqdim edilməsi üzrə): Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Daşınmaz əmlakın təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməyə və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi”ni vergi orqanına verməyə borcludur.

Sadələşdirilmiş vergi (pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə): Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 1 faiz hesablanmış vergi vəsaiti alan şəxsin bank hesabından tutulur, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergi dövlət büdcəsinə köçürülür və həmin müddətədək “Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi” vergi orqanına təqdim edilir.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi: Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi tutan ƏDV və sadələşdirilmiş verginin ödəyicilərinin bu ödəmələr üzrə hesabat dövrü vergi ili, digər vergi ödəyicilərinin hesabat dövrü isə rübdür.

Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamalı və hesablanmış məbləği növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq, digərləri isə hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.

Ödəmə mənbəyində tutulan digər vergilər: ƏDV və sadələşdirilmiş verginin ödəyicilərinin muzdlu işlə əlaqədar aparılan ödəmələri istisna olmaqla, ödəmə mənbəyində tutulan digər vergilər üzrə hesabat dövrü rübdür.

Hüquqi şəxslər və fərdi sahibkarlar qeyri-dövlət pensiyaları və ödəmə mənbəyində vergiyə cəlb olunmalı digər ödəmələri verərkən bu gəlirlərdən vergini tutmalı, tutulmuş məbləği gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməli və həmin müddətdə də bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi: Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə aparılan ödəmələrdən ödəmə mənbəyində tutulan verginin hesabat dövrü rübdür.

Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə sığorta haqları ödəyən sığortaçılar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisi hesablamalı, hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli və gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

Dövlət rüsumu: Dövlər rüsumu üzrə hesabat dövrü rübdür. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində, digər dövlət rüsumları isə tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

“Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək dövlət rüsumunun tutulması barədə hesabatları vergi orqanına təqdim etməlidirlər.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.