1000 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Vakansiya: Mühasib

İşəgötürən: AQS medical center

Mühasib köməkçisi Vakansiya


TELEGRAM KANALIMIZA ÜZV OLUN


  • Şəhər: Sumqayıt
  • Yaş: 35 – 50 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Mətanət xanım
Vakansiya barədə məlumat:

– Gündəlik və aylıq hesabatların tərtib edilməsi
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi
– Vergi orqanları ilə yazışmalar, Vergi hesabatlarının göndərilməsi
– Mühasibat, Vergi uçotu, DMSF, Məşğulluq və Statistika kimi dövlət orqanları ilə əməliyyatların aparılması
– Bank əməliyyatlarının aparılması
– Rəhbərlik tərəfindən verilən əlavə xidməti tapşırıqların yerinə yetirilməsi
– 09:00-dan dan 19:00-dək 6 günlük iş qrafiki

Mühasib üçün tələblər

– Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı
– Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Komandada işləmək bacarığı olan
– EXCEL və 1C proqramlarının peşəkar istifadə etmək
– Vergi və əmək məcəlləsi üzrə biliklər, eyni zamanda son dəyişiklikləri haqda məlumatlı olmaq
– Səliqəli, xoş xarici görkəm
– Azərbaycan, Rus və İngilis dillərini bilmək
– Sumqayıt şəhərində yerləşən Tibbi Mərkəzdə işləyəcək namizədlər müraciət etsin

İş ilə əlaqədər zənglər saat 19:00-dək qəbul olunur. Zəhmət olmasa 19:00-dan sonra narahat etməyin.

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Dövlət Gömrük Komitəsi açıqlama yayıb

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsi açıqlama yayıb


TELEGRAM KANALIMIZA ÜZV OLUN


ödənişlərAzərbaycanda “Yaşıl dəhliz” buraxılış sisteminin istifadəyə verildiyi 2 ay yarım ərzində sistemdən istifadə etmək üçün Dövlət Gömrük Komitəsi-nə (DGK) 500-dən çox müraciət daxil olub və bunlardan 300-ü müsbət cavablandırılıb.

Bu barədə DGK-nın açıqlamasında bildirilir.

“Regionda və MDB məkanında analoqu olmayan bu layihə yalnız dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilir və Azərbaycan gömrüyünün bu sahədəki fəaliyyəti və təcrübəsi beynəlxalq aləmin mötəbər qurumları və ekspertləri tərəfindən yüksək qiymətləndirilir.

Lakin ölkəmizin əldə etdiyi bu nailiyyətlər bəzi dairələr və onların mediadakı nümayəndələri tərəfindən qaralanmağa çalışılır, “Yaşıl dəhliz” sisteminin tətbiqi ilə bağlı gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülür.

Bəzi internet xəbər portalları “sahibkarlardan daxil olan müraciətlər”ə əsaslanaraq “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi ilə bağlı müraciətlərə guya DGK-nın subyektiv yanaşdığını iddia edirlər. Bundan başqa, yazıda indiyə qədər 53 müraciətin müsbət cavablandırıldığı, müraciətlərə baxılarkən “ayrı-seçkiliyə” yol verdiyi irəli sürülür.

Müraciətlərə baxılarkən ayrı-seçkiliyə yol veilməsi ilə bağlı DGK bildirir ki, gömrük işinin təşkilinin bütün sahələrində olduğu kimi “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair bütün müraciətlər tam şəffaf və obyektiv şəkildə araşdırılır. Bununla bağlı Komitənin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılıb və 24 saat fəaliyyət göstərən dəstək qrupu fəaliyyət göstərir. Aşağıdakı linkdən də bu barədə ətraflı məlumat almaq olar.

Sistemdən istifadə edənlərin sayına gəlincə isə bu rəqəm 53 deyil. İndiyə qədər sistemdən istifadəyə dair 500-dən çox müraciət daxil olub və onlardan 300-ə qədəri müsbət cavablandırılıb. Üstəlik, bu barədə dəfələrlə nəinki Komitənin rəsmi açıqlamalarında, hətta kütləvi informasiya vasitələrində minlərlə açıqlamalar yayımlanıb.

O da iddia edilir ki, sistemdən istifadə etmək istəyənlər informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində yüksək biliyə, bacarıqlara malik olmalı və yaxud bu sahədə ixtisaslaşmış mütəxəssisi işə götürməlidirlər ki, bu da sahibkarlar üçün əlavə xərc deməkdir. 21-ci əsrdə xarici ticarətlə məşğul olan şəxsin və ya şirkətin İKT biliklərinə və yaxud bu sahədə ixtisaslaşmış kadrlara malik olmaması absurddur. Üstəlik, “Yaşıl dəhliz” buraxılış sistemi tamamilə informasiya texnologiyaları sahəsindəki ən son yeniliklər təbiq olunmaqla həyata keçirilir və bunun üçün tələb olunan vəsait xarici ticarətlə məşğul olanlar üçün cüzi sayılacaq qədər azdır.

Yazıda “Belə ki, “Yaşıl dəhliz”dən istifadə etməyənlər növbə gözlədiyi halda, gömrük keçidindən “Yaşıl Dəhliz” istifadəçiləri növbədən kənar keçməsi ilə, uzun vaxt ərzində növbədə gözləyənlərə pis təsir bağışlayırlar. Bu isə sahibkarlar arasında da çaşqınlıq yaradır.” cümlələri isə gülünc və xüsusilə diqqətçəkicidir. Bu cümlələri yazan “sahibkar” və onu dərc edən media orqanı düşünür ki, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edənlərə məxsus mal və nəqliyyat vasitələrinin gömrük-keçid məntəqəsindən gözləmədən, gömrük nəzarətinə məruz qalmadan keçməsi digər sahibkarlarda ruh düşkünlüyü yaradır və bu da ölkənin ixrac potensialını aşağı salır. Belə təfəkkür sahiblərinin ölkənin strateji qurumlarından birinin həyata keçirdiyi mütərəqqi ideyalara söykənən layihəyə necə qiymət verəcəyi, hansı meyarlarla dəyərləndirəcəyi isə onların düşüncə tərzindən məlum olur.

Tarix göstərir ki, mütərəqqi ideyalar, qabaqcıl texnologiyalar hər zaman cəmiyyəti irəli aparıb. Ruh düşkünlüyü yaşayanlar isə hər zaman müasir düşüncə tərzinə, yeniliklərə ayaq uydura bilməyənlərdir.

Onu da xatırladaq ki, məqalənin sonunda adları qeyd olunan şəxslərdən isə nəinki “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair, ümumiyyətlə Dövlət Gömrük Komitəsi-nə hər hansı müraciət daxil olmayıb”, – deyə açıqlamada qeyd olunub.
Mənbə: report.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Gələn ay neçə qeyri-iş günü olacaq?

posted in: Xəbər | 0

Gələn ay neçə qeyri-iş günü olacaq?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


20 Yanvar qeyri-iş günüGələn ay bayramlarla əlaqədar iki qeyri-iş günü olacaq.

May ayında Qələbə günü və Respublika günü ilə əlaqədar iki qeyri-iş günü olacaq.

Mayın 9-da (həftənin cümə axşamı günü) Qələbə günü, 28-də (həftənin çərşənbə axşamı günü) isə Respublika günü qeyd olunur.

Həmin günlər iş olmayacaq.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Accounting.Az MMC Mühasib köməkçisi üzrə təcrübə proqramına start verir

təcrübəçiAccounting.Az MMC mühasib köməkçisi üzrə təcrübə proqramı elan edir.

Məqsədimiz təcrübəsiz, lakin savadlı kadrları işlə təmin etməkdir.

Ümumilikdə 4-6 nəfərin işə qəbul edilməsi planlaşdırılır. İmtahandan uğurla keçənlərin bəzisi Accounting.Az şirkətinə, bəziləri isə böyük holdinglərdən birinin mühasibat şöbəsinə yönləndiriləcək. Təcrübə və eyni zamanda sınaq müddəti 3 aydır. Ödənişlidir.

Əvvəlcədən qeyd edək ki, proqram əsasən təcrübəsi olmayanlara və ya az olanlara aiddir.

Tələblər və digər məlumatlar:

– Mühasib köməkçisi ilk 3 ay ərzində təcrübə keçəcək. Təcrübə müddətində minimal əmək haqqı ilə, aylıq 180 manatdan az olmamaqla sınaq müddətinə qəbul ediləcək. Uğurlu olarsa sınaq müddəti azaldıla bilər. Sınaq müddətindən sonra işləmə qabiliyyətinə uyğun olaraq əmək haqqısı artırılacaq.

Mühasib köməkçisi üçün tələblər:
  • Tənbəl olmasın-Təqvimə baxanda gözləri həftəsonunu deyil, yalnız vergi hesabatlarının son gününü axtarsın;
  • Excel bilikləri – bir işi 3-4 dəfə görəcəksə “bunu exceldə necə avtomatlaşdıra bilərəm?” fikirləşsin;
  • Vergi bilikləri-Vergi qanunvericiliyindən məlumatı adi vətəndaşın bilik səviyyəsindən iki-üç pillə yuxarı olsun;
  • Nəzəri biliklər – tərəfimizdən yoxlanılacaq, odur ki, nəzəri bilikləri “Aktivlər=Öhdəliklər+Kapital”-ı çoxdan ötüb keçmiş olsun;
  • Öyrənib işdən çıxım fikri ilə işləməsin, komandada uzun müddət qalmağı düşünsün;
  • Təcrübə-vacib deyil;
  • Mühasibat üzrə ali təhsil tələb olunur, amma əla bəyənilən namizəd olarsa tələbə göz yuma bilər;
Qazanacaqları:
  • Komandanın bir hissəsi olmaq, öyrənmək həvəsi varsa mühasibatın incəliklərini belə öyrədəcəyik.
  • Şəhərin mərkəzində rahat iş şəraiti;
  • Şirkətimizin təşkil etdiyi mühasibat təlimlərində davamlı iştirak;
  • Konsaltinq şirkətində çalışmaqla bütün sahələr üzrə mühasibatı tam detalları ilə öyrənmək imkanı.

Gələn CV-lərə baxılacaq, seçilən namizədlər imtahana dəvət olunacaq, imtahandan yüksək bal yığanlarla 2-ci mərhələdə görüş keçiriləcək, seçilən namizədlər işə qəbul ediləcək. Odur ki, CV-nizin normal və detallı olmasına xüsusi fikir verin.

Maraqlı olanlar CV-ni e-mailinə təcrübə proqramı başlığı ilə göndərə bilərlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.