Accounting.Az MMC Mühasib köməkçisi üzrə təcrübə proqramına start verir

birbank biznes

təcrübəçiAccounting.Az MMC mühasib köməkçisi üzrə təcrübə proqramı elan edir.

Məqsədimiz təcrübəsiz, lakin savadlı kadrları işlə təmin etməkdir.

Ümumilikdə 4-6 nəfərin işə qəbul edilməsi planlaşdırılır. İmtahandan uğurla keçənlərin bəzisi Accounting.Az şirkətinə, bəziləri isə böyük holdinglərdən birinin mühasibat şöbəsinə yönləndiriləcək. Təcrübə və eyni zamanda sınaq müddəti 3 aydır. Ödənişlidir.

Əvvəlcədən qeyd edək ki, proqram əsasən təcrübəsi olmayanlara və ya az olanlara aiddir.

Tələblər və digər məlumatlar:

– Mühasib köməkçisi ilk 3 ay ərzində təcrübə keçəcək. Təcrübə müddətində minimal əmək haqqı ilə, aylıq 180 manatdan az olmamaqla sınaq müddətinə qəbul ediləcək. Uğurlu olarsa sınaq müddəti azaldıla bilər. Sınaq müddətindən sonra işləmə qabiliyyətinə uyğun olaraq əmək haqqısı artırılacaq.

Mühasib köməkçisi üçün tələblər:
  • Tənbəl olmasın-Təqvimə baxanda gözləri həftəsonunu deyil, yalnız vergi hesabatlarının son gününü axtarsın;
  • Excel bilikləri – bir işi 3-4 dəfə görəcəksə “bunu exceldə necə avtomatlaşdıra bilərəm?” fikirləşsin;
  • Vergi bilikləri-Vergi qanunvericiliyindən məlumatı adi vətəndaşın bilik səviyyəsindən iki-üç pillə yuxarı olsun;
  • Nəzəri biliklər – tərəfimizdən yoxlanılacaq, odur ki, nəzəri bilikləri “Aktivlər=Öhdəliklər+Kapital”-ı çoxdan ötüb keçmiş olsun;
  • Öyrənib işdən çıxım fikri ilə işləməsin, komandada uzun müddət qalmağı düşünsün;
  • Təcrübə-vacib deyil;
  • Mühasibat üzrə ali təhsil tələb olunur, amma əla bəyənilən namizəd olarsa tələbə göz yuma bilər;
Qazanacaqları:
  • Komandanın bir hissəsi olmaq, öyrənmək həvəsi varsa mühasibatın incəliklərini belə öyrədəcəyik.
  • Şəhərin mərkəzində rahat iş şəraiti;
  • Şirkətimizin təşkil etdiyi mühasibat təlimlərində davamlı iştirak;
  • Konsaltinq şirkətində çalışmaqla bütün sahələr üzrə mühasibatı tam detalları ilə öyrənmək imkanı.

Gələn CV-lərə baxılacaq, seçilən namizədlər imtahana dəvət olunacaq, imtahandan yüksək bal yığanlarla 2-ci mərhələdə görüş keçiriləcək, seçilən namizədlər işə qəbul ediləcək. Odur ki, CV-nizin normal və detallı olmasına xüsusi fikir verin.

Maraqlı olanlar CV-ni e-mailinə təcrübə proqramı başlığı ilə göndərə bilərlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  
Print Friendly, PDF & Email