Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasib köməkçisiVakansiya: Mühasib köməkçisi

İşəgötürən: Moon Group MMC

  • Şəhər: Bakı
  • Yaş: 22 – 35 yaş
  • İş təcrübəsi6 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Quliyev Ruslan
Vakansiya barədə məlumat

– Ümumi mühasibatlıq sənədlərinin hazırlaması
– Əmək Müqavilələrinin bağlanılması və Portalda qeydiyyatı
– Bank, Kassa, Əmək haqqı və digər sənədlərin 1C proqramına daxil edilməsi
– İnvoce və müqavilələrin hazırlanması
– Bank əməliyyatlarının aparılması
– Ünvan: Nəsimi r-nu, 28 may metrosunun yaxınlığında, Mikayıl Rəfili 39
– İş saatı: 09:00-dan 18:00-dək

Mühasib köməkçisi üçün tələblər

– Yalnız xanım namizədlər tələb olunur
– Yaş həddi: 22-35
– Mühasibatlıq üzrə minimum 1-3 il iş təcrübəsi (istehsal, ticarət)
– MS Office, 1C, e-gov,e-taxes və digər portallarıdan istifadə etmək
– Mühasibat uçotu üzrə biliklər
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı

Uyğun kadrlar şəkilli CV-ni elektron poçt ünvanına göndərə bilərlər.

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mükafatın bu növü gəlirdən çıxıla bilər?

posted in: Xəbər | 0

Sual: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə uyğun olaraq müəssisədə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini və istehsalat göstəricilərinin yüksək olduğunu nəzərə alaraq, əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədilə işçilərin kollektiv şəkildə mükafatlandırılması zamanı ödənilmiş mükafat məbləğinin gəlirlərdən çıxılan xərclərə aid edilib-edilməməsi barədə məlumat verilməsini xahiş edirik.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin  98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlirlər Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş dərəcələrlə gəlir vergisinə cəlb olunur.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Bunlarla yanaşı Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Eyni zamanda əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid edilmişdir. Birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla) isə məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmayan ödənişlərə aid edilmişdir.

Göründüyü kimi əməyin ödənilməsi sistemləri ilə nəzərdə tutulmuş qaydada və formada verilən mükafatlar əmək haqqının tərkibi olmaqla tam məbləğdə gəlirdən çıxılan xərclərə aid edilir.

Əlamətdar hadisələr və dövlət bayramları ilə bağlı işçiyə verilən mükafatlar isə işəgötürən tərəfindən kommersiya məqsədləri üçün qarşıya qoyulmuş işlərin yerinə yetirilməsi ilə bağlı edilən ödəniş olmadığından və işəgötürənin sərbəst mənfəəti hesabına maliyyələşdirildiyindən həmin xərclər gəlirdən çıxılan xərclərə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci101-ci108-ciƏmək Məcəlləsinin 157-ci maddələri və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli Qərarı.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi Məcəlləsinin 164-cü maddəsində dəyişiklik edildi

posted in: Vergi, Xəbər | 0

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

vergi

Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Bu, çörəyə tətbiq olunan vergi güzəştinin müddətinin uzadılması ilə bağlıdır.

Dəyişikliyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq. Yəni vergidən azadetmə 2020-ci ili də əhatə edəcək. Bu güzəşt 2017-ci ildən tətbiq edilir.

Güzəştlər kəpəyin istehsalı və satışına da aiddir. Belə ki, Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə də “kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 2 il müddətinə” sözləri əlavə olunub.


Qanun aşağıda olduğu kimidir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

AR Vergi Məcəlləsində

(AR Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608,

№ 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2, I kitab, maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12, I kitab, maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7, I kitab, maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12, I kitab, maddələr 2498, 2509; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1413-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 164.1.27-ci maddədə “3” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;

2. 164.1.42-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.43-cü maddə əlavə edilsin:

“164.1.43. kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 2 il müddətinə.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət Gömrük Komitəsi üç ayda büdcəyə ödənişlərini 40% artırıb

posted in: Vergi, Xəbər | 0

Dövlət Gömrük Komitəsinin xətti ilə üç ayda büdcəyə ödənişlər 40% artırıb


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Gömrük InvoiceBu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 014,070 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 287,080 min manat və ya 39,5% çoxdur.

DGK-dan verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 34 437,3 min manat və ya 17,85% artaraq 227 314,6 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 201,391 min manat və ya 40,4% artaraq 699 856,7 min manat, aksizlər 49 662,9 min manat və ya 2,8 dəfə artaraq 77 073,1 min manat, yol vergisi üzrə daxilolmalar isə 1 588,min manat və ya 19,3% artaraq 825,min manat təşkil edib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.