Vakansiya: Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasibat köməkçisi vakansiyaVakansiya: Mühasib köməkçisi

İşəgötürən: Mr.Fix tikinti kimyəviləri

  • Şəhər: Bakı
  • Yaş: 24 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Nail bəy
Vakansiya barədə məlumat:

– Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını göstərən hesabatların yoxlanılması
– Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların mühasibat standartalarına uygun uçotunu təmin etmək
– Mühasibatda ilkin sənədlərin gedişatını aparmaq.
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədləri hazırlamaq.
– Vergi hesabatlarının (ƏDV, Əmlak, Mənfəət ) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– İşçilərlə hesablaşmaların təmin edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– Bank, Kassa,Gəlir, Xərc, Əmək haqqı sənədlərinin proqrama daxil edilməsi

Mühasib köməkçisi üçün tələblər

– Ali təhsilli
– Qadın işçi
– Mühasibatlıq sahəsində ən az 1-3 il iş təcrübəsi
– Microsoft Office proqramlarını əsasən də Excell proqramını yaxşı səviyyədə bilməli
– Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı
– Analitik düşüncəyə malik olmalı
– Azərbaycan və Rus dillərini bilməli

Bu vakansiya üçün /  e-poçtuna mövzu hissəsinə “Mühasib köməkçisi” qeyd edib göndəriniz. Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq. Mövzu yerinə “Mühasib köməkçisi” yazılmayan CV-lərə baxılmayacaq.

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Toy günü verilən zinət əşyaları kimin mülkiyyətində qalır?

posted in: Xəbər | 2

Toy mərasimində gəlinə hədiyyə edilən zinət əşyaları kimin mülkiyyəti sayılır?

2018-ci il 5 fevralda Türkiyədə Yargıtay Məhkəməsi (eynilə Azərbaycan Respublikası Ali Məhkəməsi statusuna malik məhkəmə) tərəfindən qəbul olunmuş qərara əsasən qadının ərinə qarşı olan məhkəmə iddiası tam həcmdə təmin edilmişdir.

İddiaya görə qadın toyda ona verilən boyunbağını və üzük daxil olmaqla zinət əşyalarını ərinin boşanmadan sonra müsadirə etdiyindən həmin əşyaların geri qaytarılmasını tələb etmişdir.

Yargıtay Məhkəməsinin qərarına görə qadının iddiası təmin edilmişdir.

Məhkəmə belə bir qənaətə gəlmişdir ki, qadına verilən zinət əşyaları artıq verildiyi andan qadının mülkiyyətində sayılır. Bu səbəbdən də onun iradəsi ziddinə götürülə və ya müsadirə edilə bilməz.

Azərbaycan Respublikası qanunvericiliyinə görə:

Nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Həmçinin ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

Bununla yanaşı nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

Mənbə: Şəhriyar Həbilov / Praktiki hüquqşünas


Zirək mühasibin 10 prinsipi (3-cü hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Zirək mühasib və ona xas 10 prinsip (3-cü hissə)

3-cü hissə (2-ci hissəni oxumaq üçün keçidə daxil olun)

İstənilən peşə fəaliyyətində mütəxəssislərin təntənə ilə keçməli olduğu mərhələlər mövcuddur. Təhsildən sonra istənilən bir şəxsin öz vəzifələrini yerinə yetirməyə başlaması və iş təcrübəsi toplaması – onun çalışma fəaliyyəti üçün ilk mərhələni təşkil edir. Müəyyən zaman keçdikdən sonra şəxs başa düşür ki, əldə etdiklərində ilişib qalması səhv olardı. Beləliklə, o, özünün cari təcrübəsini nəzərə almaqla nəzəri biliklər də əldə etməyə başlayır ki, bu da ikinci mərhələ hesab olunur. Bu istiqamətdə inkişaf edərkən şəxs yeni çətinliklər, maneələrlə rastlaşır və bunları dəf etmək lazım gəlir. Adətən bütün bunlar metaforik mənada əlavə “əziyyətlər”, “məhrumiyyətlər” və “çətinliklərlə” müşaiyət olunur. Bir çox illər ötdükdən sonra keçmiş mütəxəssis bütün bu çətinlikləri dəf edərək, iradəsi sayəsində əsil peşəkara çevrilir.

Bu gün biz sizdən ötrü ən zirək mühasib ola bilmək üçün on prinsip – qayda toplamışıq. Belə qabiliyyətlərə malik bir mühasib isə təkcə əmək bazarında deyil, həm də gündəlik həyatda yüksək dəyərləndirilir.
5-ci qayda: “Özünə qarşı və ətrafındakılarla vicdanlı ol”

Yadımdadır, “Bizim zamanın qəhrəmanı” Peçorin öz gündəliyində yazırdı ki, illər keçdikdən sonra özümə qarşı vicdanlı ola bildim, həqiqətdə göründüyündən asılı olmayaraq hər şeyi öz adı ilə çağırmağa başladım. Əsl peşəkar xəyalpərvər ola bilər, amma onun illüziyalarda yatıb qalmağa haqqı çatmır. Özünə qarşı düzgün olmayan şəxs, öz həyatına, addımlarına və motivlərinə real qiymət verə bilməz, ətrafındakılara münasibətdə vicdanlı olmayan şəxs isə heç vaxt adamlar arasında səmimi qarşılanmayacaq. Xarakterindən asılı olmayaraq əsl peşəkarlara hörmət edirlər.

6-cı qayda: “Ehtiyacı olanlara yardım et”

Zirək mühasib – bu, əsl şəxsiyyətdir. İnsanlara isə mərhəmət xarakterikdir. Onlar öz problemlərində və dərdlərində qapılıb qalmırlar, kimsə yardım istədikdə kənardan baxıb tamaşa etmirlər. Onlar ətrafında baş verənlərə biganə qala bilmirlər. Əsl peşəkar həqiqi köməyə ehtiyacı olan şəxslərə həmişə əl uzatmağa hazır olur. Yeni təcrübə keçən mütəxəssisə o, öz təcrübəsindən müəyyən hissəni verməyə həmişə hazır olur. Peşənin gizlinləri və incəliklərini onlara başa salır. Başqalarına yardım etmək onlara böyük zövq verir.

Məqalənin davamı növbəti günlərdə paylaşılacaq.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

 

Vəkillərin, mühasiblərin və sahibkarların xəstələnmək hüququ

posted in: muhasibat, Xəbər | 0

Tibbi sığorta ödənişləriVəkillərin, mühasiblərin və sahibkarların xəstələnmək hüququ.

Vəkillər xəstələndikləri halda sosial müavinət almaq hüquqlarından demək olar ki, istifadə etmirlər. Sosial təminat sahəsinin spesifik sahə olduğunu nəzərə alaraq, vəkillərin (eləcə də sərbəst mühasiblər, auditorlar, sahibkarlar və öz-özünü sosial sığorta edən digər şəxslər) xəstələndikləri halda əmək qabiliyyətini itirməyə görə müavinət almaq hüquqları barədə məlumat verməyə çalışacağam.
“Sosial sığorta haqqında” Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi (pensiya yaşına çatmaq, əlillik, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa 3 yaşınadək qulluq, ölüm və sanatoriya-kurort müalicəsi zərurəti) baş verdikdə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək sığortaolunanın hüququdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi sosial sığortaya cəlb olunan gəlirləri (qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, notariusun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı Dövlət Statistika Komitəsinin məlumatına əsasən əvvəlki ildə respublika üzrə orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır. Belə şəxslərə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 1 ilin 6 ayında sosial sığorta haqqını müəyyən edilmiş müddətdə ödədikdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə sosial sığorta haqqı üzrə borcu olmadıqda, ödədiyi sosial sığorta haqları hesabına verilir.

Müavinəti almaq üçün vəkillər (sərbəst mühasiblər, auditorlar, sahibkarlar və öz-özünü sosial sığorta edən digər şəxslər) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinə müraciət etməlidirlər. Göstərilən kateqoriyadan olan şəxslər xəstələndikdə və ya hamiləlik zamanı poliklinikadan aldıqları xəstəlik vərəqlərini (bülleten), uşaqları olduqda isə doğum şəhadətnamələrini müraciətlərinə əlavə etməlidirlər.

Beləliklə, vəkillərin, mühasiblərin, sahibkarların və öz-özünü sosial sığorta edən digər şəxslərin sosial sığorta haqqı ödəmək vəzifəsi ilə yanaşı, əmək müqaviləsi ilə işləyənlər kimi xəstələndikdə, uşağı olduqda və s. hallarda müavinət almaq hüquqları vardır və bu hüquqdan istifadə etmək üçün zəruri sənədlərlə müraciət etmək kifayət edir.

Müəllif: Elnur Əliyev / Hüquqşünas


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.