Bu sahə ilə bağlı vergi güzəştləri tətbiq olunacaq

posted in: Vergi, Xəbər | 0

İdman oyunları ilə bağlı vergi güzəştləri tətbiq olunacaq.

Milli Məclis Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə yeni qanun layihəsini təsdiq edib. Dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycanda keçiriləcək UEFA Avropa Liqasının final matçı və “AVRO-2020″nin oyunları ilə əlaqədar ölkəyə idxal olunan aksizli mallar aksizdən azad edilib.

Bununla bağlı Məcəllənin 188-ci maddəsinə yeni bənd əlavə edilib: “188.1.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar idxal edilən mallar”.


Bax: İcarə haqqından ödəmə mənbəyində vergi tutulması

Dəyişikliklərdə UEFA Avropa Liqasının final matçı və “AVRO-2020″nin oyunları ilə əlaqədar malların təqdim olunması, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb edilən qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində, qeyri-rezident futbol klublarının oyunçularının və işçilərinin həmin oyunlarla bağlı əldə etdiyi gəlirlərin gəlir vergisindən azad olunması əksini tapıb. Eyni zamanda UEFA-nın, onu təmsil edən və onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, qeyri-rezident futbol klublarının (assosiasiyalarının) həmin oyunla və çempionatla bağlı əldə etdiyi gəlirləri də mənfəət vergisindən azad olunacaq.

Avropa Liqasının final matçı və “AVRO-2020” zamanı göstərilən xidmətlərə və malların idxalına tətbiq edilən ƏDV də sıfıra endiriləcək. Bununla bağlı Vergi Məcəlləsinin 164-cü maddəsinə 2 bənd əlavə edilib:

“164.1.43. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA, onun yaratdığı qeyri-rezident hüquqi şəxslər və qeyri-rezident futbol klubları (assosiasiyaları) tərəfindən həmin oyunla bağlı malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı;

164.1.44. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2020 futbol çempionatı ilə əlaqədar UEFA, onu təmsil edən, habelə onun yaratdığı və tərəfindən səlahiyyətləndirilmiş hüquqi şəxslər tərəfindən çempionatla bağlı malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı”.

Xatırladaq ki, yeni qanun oyunların keçirildiyi müddətdə – 2019-cu il martın 1-dən 2020-ci ilin avqustun 1-dək qüvvədə olacaq.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətin təyin edilməsi və ödənilməsi

posted in: Müavinət, Xəbər | 0

verginin hesablanması bina tikintisiÜç yaşı tamam olanadək uşağa qulluq etməyə görə müavinətin təyin edilməsi və ödənilməsi


Xidmətin məzmunu:
Sığortaolunanlara uşağın üç yaşı tamam olanadək hər yaş dövrü üçün qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə ona qulluq etməyə görə müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı müraciətləri əhatə edir.

Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.

Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq üç yaşına çatanadək qanunvericilikdə müəyyən olunmuş məbləğdə müavinət verilir.

Əgər uşaq məktəbəqədər təhsil müəssisələrində (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, xüsusi uşaq bağçası) yerləşdirilmişdirsə, belə hallarda məzuniyyət təqdim edilmir və uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət təyin edilmir.

Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu
Xidmətin hüquqi əsası :

– Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli, 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 1.1, 3.1.14 və 3.1.20-ci bəndləri;
– Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin IV-cü bəndi;
– “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi

Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Şəxsi kabinet vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Sığortaolunanlara uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətin ödənilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ): 5 iş günü

Rüsum: Rüsum yoxdur

Ödənişin hüquqi əsası: Xidmət ödənişsiz həyata keçirilir

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Günlər: Həftənin 1-5-ci günləri

İşin başlama vaxtı: 09:00:00

İşin sona çatma vaxtı: 18:00:00

Fasilənin başlama vaxtı: 13:00:00

Fasilənin sona çatma vaxtı: 14:00:00

Xidmətin göstərilmə yeri :

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının inzibati binaları

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmri (sərəncamı)

– Kağız formada və ya sənədin skan edilmiş surəti

Müavinət təyin edən komissiyanın protokolu

– Kağız formada və ya sənədin skan edilmiş surəti

Uşağın doğum haqqında şəhadətnaməsi

– Kağız formada və ya sənədin skan edilmiş surəti

Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir.

Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən təyin olunur və verilir.

Uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət almaq üçün müdiriyyətin müavinət təyin edən komissiyasına uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamdan) çıxarış və uşağın doğum haqqında şəhadətnaməsinin surəti təqdim olunmalıdır.

Müdiriyyətin müavinət təyin edən komissiyasına məzuniyyət verilməsi barədə qərarına əsasən, uşağın üç yaşı tamam olana qədər ona qulluq etmək üçün məzuniyyət müddətinə müavinət təyin olunması haqqında komissiyanın iclas protokolunda qeyd edilməklə qərar qəbul edir.

Tam olmayan ay üçün müavinət ananın məzuniyyətdə olduğu həmin aydakı təqdim günlərinə mütənasib qaydada verilir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları 5 (beş) iş günü ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. İnzibati şikayət yazılı formada tərtib edilir. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Fərdi uçot sistemində sığortaolunanların məlumat bazası
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı :

https://www.e-gov.az/az/services/read/3143/0

Mənbə: dxr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İcarə haqqından ÖMV tutulması

posted in: Vergi, Xəbər | 0

Gəlirdən çıxılmayan xərclərİcarə haqqından ödəmə mənbəyində vergi tutulması


Vergi Məcəlləsinin 124.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında sahibkarlar icarəyə verdikləri sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan daşınmaz əmlaklarının (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməyən yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği Vergi Məcəlləsinin 14-cü maddəsinə uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Mövzunu iqtisadçı İsmayıl Bağırov şərh edir.

Bu maddənin tətbiqinin əsas məqsədi icarə haqqından vergi hesablanarkən vergi ödəyiciləri ilə vergi orqanları arasında yaranan mübahisəyə aydınlıq gətirməkdir. Son zamanlar çox geniş yayılmış haldır ki, bəzi sahibkarlar öz gəlirlərini artırmaqdan ötrü icarəyə verdikləri sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan daşınmaz əmlaklarının qiymətini icarə müqaviləsində aşağı qiymətlə göstərir. Reallıqda isə göstərdiklərindən yüksək qiymətlə icarə haqqı almaqla və ya daşınmaz əmlakın qohumlara icarəyə verilməsi kimi əsaslar gətirməklə vergidən yayınmağa çalışırlar.

Bu cür hallarda rəsmiləşdirilən icarə haqqının məbləği vergi orqanları ilə vergi ödəyiciləri arasında mübahisəyə səbəb olur. Mübahisənin yaranmaması üçün icarə haqqı tərəflər arasında müqavilə ilə tənzimlənməlidir. Lakin Vergi Məcəlləsinin 124.4-cü maddələrinə əsasən, vergitutma məqsədləri üçün icarə haqqından vergilər vergi orqanları tərəfindən Məcəllənin 14-cü maddəsinə müvafiq olaraq bazar qiymətlərindən istifadə edilməklə hesablanacaqdır. Yəni sahibkar daşınmaz əmlakını istənilən qiymətə icarəyə verə bilər, az məbləğdə icarə haqqı ala bilər. Lakin bu, vergi məbləğinə aid edilməməlidir. Buna görə də vergitutma məqsədləri üçün əmlakın bazar dəyəri əsas götürüləcəkdir.

Bu maddəyə əsasən, icarə haqqından verginin hesablanması qaydasını daha aydın anlamaq üçün bunu bir misalla izah edək: tutaq ki, fiziki şəxs özünə aid ticarət obyektini ayda 1.000 manata hüquqi şəxsə icarəyə verib. Ona görə ödəmə mənbəyində icarə haqqından 140 manat (1000 x 14% = 140) vergi tutulub. Əslində isə həmin ticarət obyektində icarə haqqının bazar qiymətlərinə uyğunluğu 2.000 manatdır. Bu halda, tərəflər müqaviləni bazar qiymətini nəzərə alaraq bağlamalıdırlar. Əks halda, vergi orqanı tərəfindən bazar qiymətləri əsas götürülərək ödəmə mənbəyində icarə haqqından 280 manat (2.000 x 14% = 280) vergi hesablanacaqdır.

Daha bir misal:

Fiziki şəxs özünə məxsus mənzili ayda 1.000 manata digər fiziki şəxsə icarəyə verib və ona görə ödəmə mənbəyində icarə haqqından 140 manat (1.000 x 14% = 140) vergi tutulub. Əslində isə mənzilin icarə haqqının bazar qiyməti 2.000 manatdır.

Bu halda, Vergi Məcəlləsinin 14.3.5-ci maddəsinə əsasən, icarəyə verilən mənzil sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməyən yaşayış fondu olduğu üçün icarə haqqından vergi bazar qiymətinə əsasən deyil, faktiki müqavilədə göstərilən qiymətə uyğun olaraq, 1.000 manata görə 140 manat (1.000 x 14% = 140) hesablanacaq.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (2-ci addım)

posted in: Məqalə, Xəbər | 0

Mühasibat uçotu ilə bağlı 13 addım (2-ci addım)

(1-ci hissəni bu keçidə daxil olmaqla oxuya bilərsiniz)


Bankların vergi idarələrindən fərqini bilmək

Banklar bütün pul əməliyyatlarının həyata keçirildiyi müəssisələrin hesablaşma hesablarının açıldığı müəssisələrdir. Banklar müəssisənin (hüquqi şəxslərin) bu hesablaşma hesablarına və fiziki şəxslərin hesablarına xidmət edirlər. Yəni, bankın resursları (fəaliyyəti zamanı onların maliyyə mənbələri) müəssisələrin, fərdlərin (onların müştərilərinin) puludur. Elə bu pulları da onlar vəsaitlərə ehtiyac duyan digər müəssisələrə müvəqqəti olaraq kredit kimi verirlər. Buna görə, böyük miqdarda pul vəsaitləri olan müştəriləri onları tərk etdikdə, banklar  iflas edirlər.

Vergi komitəsi dövlət orqanıdır. Bu, maliyyə institutu dövlətin ürəyidir. Vergi orqanı vergilər haqqında qanuna (vergi kodeksi) müvafiq olaraq, ölkənin bütün hüquqi, fiziki şəxslərindən vergi toplayır. Vergilər ordunun, ölkə hökumətinin saxlanması üçün zəruri olan vəsaitlərin əsas mənbəyini təşkil edir, ölkənin müdafiə potensialının, sosial sahənin, təhsilin və s. maliyyələşdirilməsini təmin edir. Yəni, vergilər ölkənin həyat qabiliyyətini təmin edir. Bu səbəbdən vergilər qanundur. Bu, istənilən hüquqi və fiziki şəxsin öhdəliyidir.

Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.