Hamiləlik və doğuma görə müavinətin təyin edilməsi və ödənilməsi

posted in: Müavinət, Xəbər | 0

Hamiləlik və doğum üçün müavinətin təyin edilməsi və ödənilməsi

Xərclər üzrə mühasib vakansiyaDövlət orqanı:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Xidmətin məzmunu: 

Bu xidmət işləyən qadınlara hamiləlik və doğum üçün məzuniyyət dövrü üçün hamiləlik və doğum üçün müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı münasibətləri əhatə edir.

Xidmətin aid olduğu təsnifat:

Sosial müdafiə və sosial təminat (sığorta)

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu

Xidmətin hüquqi əsası:

– Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli, 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 1.1, 3.1.14 və 3.1.20-ci bəndləri;
– Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nın III-cü bəndi;
– “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi.

Xidmətin həyata keçirilmə formaları:

Elektron müraciət və nəticənin elektron təqdim edilməsi

Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması:

  • Şəxsi kabinet vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma

Xidmətin həyata keçirilməsinin nəticəsi:

  • Sığortaolunan qadınlara hamiləlik və doğuma görə müavinətin ödənilməsi

Xidmət istifadəçisi barədə məlumat:

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası:

Müddət (Məbləğ): 5 iş günü

Rüsum: Rüsum yoxdur

Ödənişin hüquqi əsası: Xidmət ödənişsiz həyata keçirilir

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti:

Günlər: Məhdudiyyət yoxdur

Xidmətin göstərilmə yeri:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının inzibati binaları

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları:

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması:

Xəstəlik vərəqələri: 

– Kağız daşıyıcıda

Hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi barədə müəssisənin əmri (sərəncamı)

– Kağız daşıyıcıda

Müavinət təyin edən komissiyanın protokolu

– Kağız daşıyıcıda

Ödənilmə üsulları:

  • Xidmət ödənişsizdir

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar:

Hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır.

Hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi sığortaolunanın işdən azad olunmasının düzgünlüyü ətrafında mübahisə getdiyi dövrə təsadüf edərsə, bütün hallarda müavinət verilir.

Bu zaman müavinət hamiləliyə və doğuma görə məzuniyyətin bütün dövrünə düşən iş günləri üçün verilir.

Hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə) məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əmək haqqı saxlanılmadan) dövrünə təsadüf edərsə, bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin bütün günləri üçün müavinət verilir. 2 aylığadək uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən uşaq böyüdən şəxslər doğumdan sonra müəyyən edilmiş 56 günlük məzuniyyətdən istifadə etmək hüququna malikdirlər.

Hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğum üçün məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar:

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. İnzibati şikayət yazılı formada tərtib edilir. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları:

  • Fərdi uçot sistemində sığortaolunanların məlumat bazası

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri: – 

Xidmətin elektronlaşma səviyyəsi:

  • Tam elektronlaşdırılıb

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

  • Tam avtomatlaşdırlıb

Xidmətin elektron ünvanı:

https://www.e-gov.az/az/services/read/3140/0

Mənbə: dxr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yoxlamalarla bağlı fərmanda dəyişiklik edilib

posted in: Xəbər | 0

Yoxlamalar ilə bağlı fərmanda dəyişiklik edilib

Dövlət rüsumu

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.


“Sahibkarlıq sahəsində aparılan yoxlamalar-ın dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1430-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1132; 2016, № 8, maddə 1384, № 10, maddə 1633; 2017, № 4, maddə 564, № 11, maddə 1997; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 fevral tarixli 548 nömrəli, 27 fevral tarixli 550 nömrəli və 7 mart tarixli 575 nömrəli fərmanları) 1.1-ci bəndinə “vergi yoxlamalarına” sözlərindən sonra “, gömrük auditinə” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2019-cu il.


Sənədə əsasən, yoxlamaların dayandırılması sahibkarlıq sahəsində gömrük auditinə də şamil edilməyəcək.

Müddəa indiyədək isə belə idi: “Bu fərmanın müddəaları vergi yoxlamalarına, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı tələblərə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həyata keçirilən yoxlamalara şamil edilmir”.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Exceldə sətirləri sütunlara, sütunları sətirlərə kopyalamaq

posted in: Excel, Xəbər | 0

Transposition – sətirləri sütunlara, sütunları sətirlərə kopyalamaq

Transposition – tərcüməsi “yerdəyişmə” deməkdir. Bəzən qarşımıza çıxan cədvəldə sətirlərdə yazılanları sütunlara kopyalamağımız lazım olur. Hər zaman dediyim kimi, əgər ehtiyac varsa, böyük ehtimalla Excel artıq bunu nəzərə alıb və istənilən manual işin qarşısını alıb.

TRANSPOSE - 1

Qarşınızda yuxarıdakı screenshot-da olduğu kimi, şəhərlər və onların ortalama aylıq temperatur dərəcələri olduğunu fərz edin. Lakin, sizin fikrinizə görə şəhər adları sütunlarda, aylar isə sətirlərdə olmalıdır. Bunu manual olaraq etmənin nə demək olduğunu təsəvvür edin!

Xoşbəxtlikdən, bunu manual etməyə ehtiyac yoxdur. Əvəzində çox sadə bir əməliyyat ilə bunu əldə edə bilərsiniz. Bunun üçün, TRANSPOSE etmək istədiyiniz aralığı seçin və kopyalayın (Ctrl+C). Daha sonra transpose etmək istədiyiniz xanaya gəlin.

 

TRANSPOSE - 2

Transpose etmək istədiyim xana screenshot-dan da gördüyümüz kimi, B16 xanasıdır. Üzərinə gəlib mouse-un sağ düyməsini klikləyin. Aşağıdakı kimi bir qutucuq açılacaq.

 

TRANSPOSE - 3

Paste Special-ı seçin.

TRANSPOSE - 4

Diqqət etməli olduğumuz nyuanslar (altdan qırmızı xətt ilə işarələmişəm) – Paste seksiyasında Values seçilmiş, ən aşağıda sağda da Transpose qutucuğu check edilmiş olmalıdır. Etdikdən və Enter düyməsini kliklədikdən sonraTranspose əməliyyatını bitirmiş olacaqsınız. Artıq, aylar sətirlərdə, şəhərlər isə sütunlardadır.

 

TRANSPOSE - 5

Burda çox vacib bir nyuansı da qeyd etməliyəm. Yuxarıdakı cədvəldə edəcəyiniz hər hansı bir dəyişiklik aşağıdakı transpose edilmiş cədvəldə əks olunmayacaq, çünki transposition əməliyyatı statikdir, hər hansı bir linklə yuxarıdakı cədvələ bağlı deyildir.

Xoşbəxtlikdən, bunun da həll yolu var – dynamic transposition. Gələn məqalələrdən birində bunu da işıqlandırmağa çalışacağam. Hələlik üzərində işləyə bilməniz üçün çalışma faylını əlavədən endirə bilərsiniz.

Faylı yükləyin: Transposition – static
Müəllif: Elçin Xəlilov

Ən son yenilikləri və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 manat məvaciblə Maliyyə şöbəsinin mühasibi tələb olunur

vakansiya maliyyəVakansiya: Maliyyə şöbəsinin mühasibi

İşəgötürən: AIR Group

Vəzifəyə aid qoyulan tələblər

• Təhsil: – Maliyyə təhsili üzrə ali təhsil
• Təcrübə: minimum 5 il;
• Yaş: 25 – 35;

Vakansiya üzrə öhdəliklər:

– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
– MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri)
– 1C proqramları ilə işləmək bacarığı
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi
– Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması- Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
– Vergi orqanları ilə yazışmalar
– Vergi uçotunun aparılması, vergi bəyənnamələri və hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi orqanları ilə hesablaşmaların həyata keçirilməsi, vergilərin vaxtında hesablanması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi

– DSMF, Statistika və Məşğulluq hesabatlarının hazırlanması və təqdim edilməsi,
– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim  edilməsi e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı

Şəxsi keyfiyyətlər:

– Ünsiyyət qurma bacarığı olmalı;
– Məsuliyyətli və təşəbbüskar olmalı;
– Diqqətli və punktual olmalı;
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti,
– Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli;
– Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
– MS Office proqramlarını mükəmməl bilməli;

Əlavə məlumatlar:

• Maaş: 800 -1000 AZN;

Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini mövzu yerində Maliyyə şöbəsinin mühasibi yazmaqla   / elektron ünvanına göndərə bilərlər.
Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.