Hamiləlik və doğuma görə müavinətin təyin edilməsi və ödənilməsi

posted in: Müavinət, Xəbər | 0
birbank biznes

Hamiləlik və doğum üçün müavinətin təyin edilməsi və ödənilməsi

Xərclər üzrə mühasib vakansiyaDövlət orqanı:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Xidmətin məzmunu: 

Bu xidmət işləyən qadınlara hamiləlik və doğum üçün məzuniyyət dövrü üçün hamiləlik və doğum üçün müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı münasibətləri əhatə edir.

Xidmətin aid olduğu təsnifat:

Sosial müdafiə və sosial təminat (sığorta)

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu

Xidmətin hüquqi əsası:

– Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli, 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 1.1, 3.1.14 və 3.1.20-ci bəndləri;
– Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nın III-cü bəndi;
– “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi.

Xidmətin həyata keçirilmə formaları:

Elektron müraciət və nəticənin elektron təqdim edilməsi

Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması:

  • Şəxsi kabinet vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma

Xidmətin həyata keçirilməsinin nəticəsi:

  • Sığortaolunan qadınlara hamiləlik və doğuma görə müavinətin ödənilməsi

Xidmət istifadəçisi barədə məlumat:

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası:

Müddət (Məbləğ): 5 iş günü

Rüsum: Rüsum yoxdur

Ödənişin hüquqi əsası: Xidmət ödənişsiz həyata keçirilir

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti:

Günlər: Məhdudiyyət yoxdur

Xidmətin göstərilmə yeri:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının inzibati binaları

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları:

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması:

Xəstəlik vərəqələri: 

– Kağız daşıyıcıda

Hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi barədə müəssisənin əmri (sərəncamı)

– Kağız daşıyıcıda

Müavinət təyin edən komissiyanın protokolu

– Kağız daşıyıcıda

Ödənilmə üsulları:

  • Xidmət ödənişsizdir

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar:

Hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır.

Hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi sığortaolunanın işdən azad olunmasının düzgünlüyü ətrafında mübahisə getdiyi dövrə təsadüf edərsə, bütün hallarda müavinət verilir.

Bu zaman müavinət hamiləliyə və doğuma görə məzuniyyətin bütün dövrünə düşən iş günləri üçün verilir.

Hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə) məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əmək haqqı saxlanılmadan) dövrünə təsadüf edərsə, bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin bütün günləri üçün müavinət verilir. 2 aylığadək uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən uşaq böyüdən şəxslər doğumdan sonra müəyyən edilmiş 56 günlük məzuniyyətdən istifadə etmək hüququna malikdirlər.

Hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğum üçün məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar:

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. İnzibati şikayət yazılı formada tərtib edilir. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları:

  • Fərdi uçot sistemində sığortaolunanların məlumat bazası

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri: – 

Xidmətin elektronlaşma səviyyəsi:

  • Tam elektronlaşdırılıb

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

  • Tam avtomatlaşdırlıb

Xidmətin elektron ünvanı:

https://www.e-gov.az/az/services/read/3140/0

Mənbə: dxr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email