Nağdsız satış əməliyyatlarına hansı vergi güzəştləri nəzərdə tutulur?
Nağdsız satış əməliyyatlarına hansı vergi güzəştləri nəzərdə tutulur?
Sual: Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, nağdsız satış əməliyyatlarına, 2019-cu ildən müəyyən güzəştlər nəzərdə tutulur. Bu vergi güzəştləri hansılardır?
Cavab: Vergi Məcəlləsində edilmiş son dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti ilə məşğul olan gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.
Əsas: Vergi Məcəlləsi, 102.1.24-cü maddə
Misal:
Ümumi gəlir = 1.000 manat (o cümlədən 200 manat nağd, 800 manat nağdsız);
Gəlirdən çıxılan ümumi xərc = 700 manat;
Gəlir = 300 manat;
Güzəşt tətbiq edilmədiyi halda, vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 60 manat (1.000 – 700 = 300 x 20%) təşkil edir.
Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 48 manat (800 (nağdsız dövriyyə) / 1.000 (ümumi gəlir) = 0,8 (xüsusi çəki) 0,8 x 25% = 0,2 x 60 = 12 manat) təşkil edir.
Mənbə: vergiler.az
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə
Vakansiya: Baş mühasib
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minən yeni Vergi Məcəlləsinin tətbiqi ilə bağlı müşahidələr aparır.