Read More9
Read More9

Baş mühasib vəzifəsi üçün tələblər dəyişdirilir

posted in: muhasibat, Məqalə, Xəbər | 1

baş MühasibBaş mühasib vəzifəsi üçün tələblər dəyişdirilir.

Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasının qarşısını almaq məqsədilə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə yeni bənd əlavə edilməsi təklif olunub.

Əlavədə büdcə təşkilatlarının rəhbərinin ixtisasca mühasib olmayan şəxsləri baş mühasib vəzifəsi üzrə təyin etdiyi təqdirdə, cərimələnməsi nəzərdə tutulur.

Dəyişikliyə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifəsinin icrasının həyata keçirilməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimələnəcək.

Məcəlləyə dəyişiklik Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vakansiya: Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya: Mühasib

İşəgötürən: “Prior Leasing” MMC
Əmək haqqı: 1000-1200 AZN

Mühasib üçün tələblər

– Maliyyə və Mühasibat sahəsində ali təhsil;
– Mühasibatlıq üzrə minimum 3-5 il iş təcrübəsi (istehsal, ticarət, inşaat)
– MS Office (xüsusilə MS Excel), 1c 7.7 və 1c 8.3, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
– Vergi, əmək  qanunvericilikləri üzrə məlumatlı;
– Azərbaycan və rus dillərini əla səviyyədə bilməlidir, ingilis dilini bilən namizədlərə üstünlük verilir;
– İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran;
– Yaş: 25-35 arası;

Vakansiya barədə məlumat

– Təhtəl hesab, balans, avans hesabatı və ezamiyyət hesabının aparılması;
– Rəsmi hesabatların hazırlanması(Vergi, Statistika, DSMF);
– Ödəniş tapşırıqlarının, hesab və vergi-hesab fakturaların hazırlanması,qaimə-fakturaların yazılması;
– Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi;
– Banklarla və digər orqanlarla hesablaşmalar

İş qrafiki:

– Bazar ertəsi – Cümə:  8:30  – 17:30
– Şənbə : 10.00  – 16.00

– Maraqlanan namizədlər mövzu yerində Mühasib yazmaqla öz CV-lərini  /  ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yeni nəsil kassa çeklərinin üstünlükləri

posted in: Xəbər | 0

Yeni nəsil kassa çekləri – Üstünlükləri nələrdir?


Yeni nəsil kassalar yeni kassa çekləri təqdim edəcək.

Müasir texnologiyalar vergi sistemində işin daha keyfiyyətli müstəvidə aparılmasına, o cümlədən sahibkarlıq subyektlərində şəffaf nəzarət mexanizminin qurulmasında mühüm rol oynayır. Azərbaycanda yeni nəsil kassa aparatlarının tətbiqi ilə kassa əməliyyatları haqqında məlumatların Vergilər Nazirliyinin informasiya bazasına operativ ötürülməsi bir sıra yeniliklərə yol açacaq. Bu yeniliklərə kassa əməliyyatlarının uçotunun düzgün aparılması, bununla bağlı məlumatların asan əldə olunması və bu sahədə nəzarətin təkmilləşdirilməsi, məlumatların Vergilər Nazirliyinin informasiya bazasına avtomatlaşdırılmış rejimdə ötürülməsi və s. aiddir. Məlumatların toplanmasında və ötürülməsində elektron sistem insan faktorunu əvəz edərək əməliyyatların sürətli, şəffaf və sistemləşdirilmiş olmasına yol açacaq.


Vətəndaşların alış-veriş edərkən kassa çekləri tələb etmələri fəal vətəndaş mövqeyinin göstəricisi olmaqla yanaşı, həm də özləri üçün faydalıdır

Yeni nəsil kassa aparatlarının tətbiqi ilə daha bir yenilik kassa çeklərinə tələblərlə bağlıdır: çeklərdəki məlumatlara bir sıra əlavələr edilib. Bu əlavələr nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti) və QR-koddur. Mağazadan alış-veriş edən vətəndaş çekdə yerləşdirilmiş QR-kod vasitəsilə ona verilən çekin həqiqiliyini, həmin çekin Vergilər Nazirliyinin bazasında olub-olmamasını yoxlamaq imkanı əldə edəcək. Bunun üçün mobil telefonlara “QR-kod reader” mobil əlavəsini yükləmək və çeki telefona yaxınlaşdırıb onun düzgünlüyünü yoxlamaq mümkündür. Bununla yanaşı, yeni nəsil kassa aparatları üzrə məlumatların çatdırılması üçün yaradılacaq e-kassa.gov.az saytı vasitəsilə də çek yoxlanıla biləcək. Bunun üçün saytdakı “Çekin yoxlanılması” bölməsinə müraciət etmək lazım gələcək. Vətəndaşlar, həmçinin, “QR-kod reader”dən istifadə etməklə və ya e-kassa.gov.az saytındakı “Çekin yoxlanılması” bölməsinə çek məlumatlarını daxil etməklə kassa çekində yerləşdirilmiş QR-kodun sürətini çıxararaq çekin elektron nüsxəsini də əldə edə biləcəklər.

Qeyd edək ki, pərakəndə ticarətdə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə edirlər. Bu güzəştdən faydalanmaq üçün alış-veriş zamanı alıcılara çeklərin düzgün təqdim edilməsi mütləqdir. Vətəndaşların alış-veriş edərkən kassa çeklərini tələb etmələri fəal vətəndaş mövqeyinin göstəricisi olmaqla yanaşı, həm də özləri üçün faydalıdır. Çünki kassa çekinin təqdim edilməsi keyfiyyətinin aşağı olduğu sonradan anlaşılan məhsulların yenisi ilə əvəz edilməsi və ya qaytarılması, bonuslardan istifadə və istehlakçıların hüquqlarının müdafiəsi baxımından vacib əhəmiyyət daşıyır. Bundan əlavə, çeklərin təqdim edilməsi dövlət büdcəsinə daxilolmaların təmin olunmasına və bu vəsaitlərin büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Zirək mühasibin 10 prinsipi

posted in: muhasibat, Məqalə, Xəbər | 0

mühasibZirək mühasib və ona xas 10 prinsip (1-ci hissə)

1-ci hissə

İstənilən peşə fəaliyyətində mütəxəssislərin təntənə ilə keçməli olduğu mərhələlər mövcuddur. Təhsildən sonra istənilən bir şəxsin öz vəzifələrini yerinə yetirməyə başlaması və iş təcrübəsi toplaması – onun çalışma fəaliyyəti üçün ilk mərhələni təşkil edir. Müəyyən zaman keçdikdən sonra şəxs başa düşür ki, əldə etdiklərində ilişib qalması səhv olardı. Beləliklə, o, özünün cari təcrübəsini nəzərə almaqla nəzəri biliklər də əldə etməyə başlayır ki, bu da ikinci mərhələ hesab olunur. Bu istiqamətdə inkişaf edərkən şəxs yeni çətinliklər, maneələrlə rastlaşır və bunları dəf etmək lazım gəlir. Adətən bütün bunlar metaforik mənada əlavə “əziyyətlər”, “məhrumiyyətlər” və “çətinliklərlə” müşaiyət olunur. Bir çox illər ötdükdən sonra keçmiş mütəxəssis bütün bu çətinlikləri dəf edərək, iradəsi sayəsində əsil peşəkara çevrilir.

Bu gün biz sizdən ötrü ən zirək mühasib ola bilmək üçün on prinsip – qayda toplamışıq. Belə qabiliyyətlərə malik bir mühasib isə təkcə əmək bazarında deyil, həm də gündəlik həyatda yüksək dəyərləndirilir.
1-ci qayda: “Ömür boyu öyrən”

Məhz, bu qaydadan biz təsadüfi başlamadıq, zira digər bütün qaydalar buna istinad edir. İnsan yeni biliklər və bacarıqlar almağa can atırsa, daha dəqiqi bunlardan boyun qaçırmırsa, o, heç vaxt yerində saymır. Nahaq yerə deməyiblər ki, “əgər siz yaxşı ola bilmirsinizsə – onda pis olursunuz”. Geriyə yol yoxdur, bir yerdə dayanıb durmaq mümkün deyil. Yol yalnız irəliyədir. Lakin, bu zaman mühüm olan sizin hansı keyfiyyətdə irəli getmənizdir. Siz son dərəcə mənəvi inkişaf yolu ilə gedəcəksiniz, yoxsa ki, qarşınızda ambisiyalı bir məqsəd qoyacaqsınız – bu elə də vacib deyil. Öz üzərinizdə işləmək daha ciddi bir işdir, öyrənmək isə burada bir proses, vəziyyət və ruhunuzun tələbatıdır. Öz işinin mahir biliciləri heç vaxt “hər şeyi bilirəm” söyləməzlər, əksinə onlar həmişə minimum olaraq nəsə qabaqcıl olan bir şeylərlə tanış olmağa hazır olurlar. Bir çox hallarda isə elə bu uğurun rəhni hesab olunur.

2-ci qayda: “Yaxşı istirahət etməyi və yaxşı işləməyi bacar”

Kimlərisə bu təəccübləndirə bilər, amma istirahət etməyi də bacarmaq lazımdır və bunu öyrənmək də çox zəruridir. Biz öz həmkarlarımızdan çox vaxt belə tarixçələr eşidirik ki, işdə olanda ev işləri barədə düşünürlər, evdə olduqda isə xidməti yerdə yerinə yetirə bilmədikləri öhdəliklər barədə fikirləri qovmağa çalışırlar. Oriyentasiyanın bir-birinə bu cür qarışması, özünü hər iki yerdə tam şəkildə göstərə bilməyinizə imkan vermir. Öz işlərinin əsil peşəkarları isə belə demək olarsa, “cani-dildən” işləyir və öhdələrinə düşən işləri görüb qurtardıqdan sonra özlərini “tam şəkildə istirahətə” həsr edirlər. Əgər, məhz bu cür nisbətə nail ola bilsəniz, onda həyatınız daha rəngarəng, maraqlı və daha zəngin olacaq. Həyatınızda üzə çıxan “boz çalarların” peyda olması – bu oriyentirdə səhvlərin olmasının əsil əlamətidir.

Məqalənin davamını bu keçidə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
error: Content is protected !!