Bu şirkətlərin təsnifatı aparılacaq və reyestri yaradılacaq

posted in: Xəbər | 0

Turizm şirkətlərinin təsnifatı aparılacaq və reyestr yaradılacaq.

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib ki, Azərbaycanda turizm şirkətlərinin təsnifatının aparılması və reyestrinin yaradılması üçün hazırda dünya təcrübəsi öyrənilir: “2015-ci ildən turizm sektorunda lisenziyaların aradan qaldırılması olduqca böyük irəliləyiş idi. Bundan sonra ölkədə xeyli sayda turizm şirkətləri fəaliyyətə başladı. Bu, müəyyən qədər problemlər də yaradır. Bizim üçün vacib olan məsələ turizm xidməti alan müştərilərin məmnunluğudur. Bunu isə ancaq onlara yüksək səviyyədə xidmət göstərməklə əldə etmək olar. Təəssüf ki, bəzi hallarda narazılıqlarla bağlı mesajlar alırıq. Turizm şirkətləri və turistlərə xidmət göstərən digər obyektlər bu istiqamətdə işlərini düzgün qurmurlar”.

Bu problemləri inzibati qaydada tənzimləməyin çıxış yolu olmadığını vurğulayan K.Qasımov turizm xidmətlərinin keyfiyyətini artırmaq üçün stimullaşdırıcı tədbirlərə üstünlük verdiklərini, reyestrin təşviqedici formada tətbiq ediləcəyini bildirib: “Bu istiqamətdə ilk addım turizm şirkətlərinin kateqoriyalara görə təsnifatlandırılmasıdır. Hər bir şirkət reyestrdə öz kateqoriyasına görə yerləşdiriləcək. Turistlər, səyahətçilər həmin reyestrə daxil olaraq istədikləri şirkət haqqında ətraflı məlumat əldə edə biləcəklər. Kateqoriyanı almaq üçün turizm şirkətləri müəyyən qaydalara, şərtlərə riayət etməli olacaqlar. Həmin şərtləri yerinə yetirmək səviyyəsinə uyğun təsnif ediləcək. Daha yüksək kateqoriyada yer alan şirkətlər daha çox müştəri cəlb edə biləcəklər ki, bu da bazarda rəqabət yaradacaq”.

K.Qasımov qeyd edib ki, yaxın gələcəkdə layihə ilə bağlı işlər sürətləndiriləcək. Reyestr-də kənd evləri də yer alacaq və onların qeydiyyatı, həmçinin vergiyə cəlb edilməsi məsələlərinə aydınlıq gətiriləcək.
Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi təqvimi – 1 aprel 2019-cu il

posted in: Vergi, Xəbər | 0

Vergi təqvimi – 1 aprel 2019-cu il

Gəlir vergisi: Gəlir vergisi üzrə hesabat dövrü təqvim ilidir. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan, vergiyə cəlb edilən gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər, ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verir və həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) gəlir vergisini dövlət büdcəsinə ödəyirlər.

Mənfəət vergisi: Mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Mənfəət vergisinin ödəyicisi hesab edilən rezident müəssisələr, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan, vergiyə cəlb edilən gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) vergini ödəyir və qeydiyyatda olduqları vergi orqanına bəyannamə təqdim edirlər. Bələdiyyə mülkiyyətində olan müəssisələr mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə), digər müəssisələr isə dövlət büdcəsinə ödəyirlər.

Əmlak vergisi: Müəssisənin əmlak vergisi üçün hesabat dövrü təqvim ili sayılır. Əmlak vergisinin ödəyicisi olan müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir və vergini həmin müddətədək son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) dövlət büdcəsinə ödəyir.

Qeyd: Verginin ödənilmə və bəyannamənin (o cümlədən arayışın) verilmə müddətinin sonuncu günü istirahət və ya bayram gününə düşdüyü halda, növbəti iş gününə keçirilir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

600 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib köməkçisi vakansiyaVakansiya: Mühasib köməkçisi

İşəgötürən: Minox MMC

  • Şəhər: Bakı
  • Yaş: 24 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Ləman Kamilova
Vakansiya barədə məlumat

– Elektron hökümət portalı, İnternet Vergi İdarəsi və onlayn kargüzarlıqda işləmə bacarığı
– Bank ödəniş tapşırıqlarının hazırlanması, bank və depozit pul köçürmələrinin həyata keçirilməsi
– Gömrük bəyənnamələrinin yazılması
– E-Qaimə, Hesab və vergi hesab fakturalarının hazırlanması
– Müqavilə, protokol və aktların hazırlanması
– Anbar hesabatının aparılması və mal qalıqlarının hesablanması
– İş saatı: 1-5 gün 10:00-dan 19:00-dək, 6-cı gün 10:30-dan 17:30-dək
– Əmək haqqı: 500-600 azn
– AR Əmək məcəlləsinə uyğun sənədləşmə
– Nahar şirkət tərəfindən verilir

Mühasib köməkçisi üçün tələblər

– Cins: Kişi namizədlər
– Ali təhsil (maliyye və iqtisadiyyat sahəsində olması mütləqdir)
– Səlist Azərbaycan dilini bilməsi (əlavə olaraq rus və ingilis dilini bilənlərə üstünlük verilir)
– Office və mühasibatlıq proqramları ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında təcrübə mütləqdir)
– e-gov, e-taxes.gov saytlarında işləməyi bilməlidir

Cv-lərinizi  /  ünvanına “Mühasib köməkçisi” başlığı altında göndərməyiniz mütləqdir. Cv-də qeyd olunan bilik və bacarıqların qeyd olunması mütləqdir. Şəkilsiz cv-lərə baxılmayacaq.

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

E-qaimələr əməliyyat növləri üzrə fərqləndiriləcək

posted in: Xəbər | 0

e-qaiməE-qaimələr əməliyyat növləri üzrə fərqləndiriləcək


Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktorunun müavini Nicat İmanov sahibkarlarla görüşdə bildirib ki, əlverişli biznes mühitinin yaradılması məqsədilə güzəştlərin verilməsi düşünülmüş addımdır. Hər bir güzəşt məqsədli şəkildə verilir: “Güzəşt müddəti bitdikdən sonra yaranmış aktivlik hesabına digər əməliyyatlar – istər əmək münasibətləri, istərsə də dövriyyələrin və istehsalatın artması baxımından büdcə daxilolmalarının artmasında özünü göstərmiş olacaq”.

N.İmanov maliyyə sanksiyaları ilə bağlı məsələyə aydınlıq gətirərək qeyd edib ki, yeni tətbiq ediləcək maliyyə sanksiyaları, habelə məbləğləri artırılan maliyyə sanksiyaları üzrə pozuntu halına görə ilk dəfə vergi ödəyicilərinə 1 il müddətində xəbərdarlıq ediləcək. Növbəti dəfə isə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulub. Burada əsas məqsəd sahibkarların dəyişikliklərə adaptasiyasını, eləcə də vergi və digər dövlət orqanları arasında münasibətlərin tam şəkildə formalaşmasını təmin etməkdir.

Qeyd olunub ki, hazırlanmış qanun layihəsi üzrə gələcəkdə agent qaydasında, o cümlədən turizm sektorunda təqdim edilən xidmətlərə görə agentin elektron qaimə-fakturasının verilməsi nəzərdə tutulur: “Bu addım vergi orqanı ilə sahibkar arasındakı münasibətlərin daha sadə və çevik olması üçün atılır. Yəni agent qaydasında satış həyata keçirən vergi ödəyicisi elektron qaimə-faktura verirsə, vergi orqanı onu dərhal gəlir kimi tanımamalıdır. Sahibkarlar öz məhsulunu, xidmətini satırsa, adi qaydada qaimə-faktura verəcək. Xidmətlər agent qaydasında göstərildikdə isə agentin qaimə-fakturası təqdim edilməlidir”.

Bununla yanaşı, ticarət sektorunda da e-qaimələr çeşidləndiriləcək. N.İmanov bildirib ki, inzibatçılığın təkmilləşdirilməsi, əməliyyatların elektronlaşması və sahibkarlar tərəfindən istifadə edilən elektron qaimə-fakturaların konkret əməliyyat üzrə fərqləndirilməsi sahibkarlar üçün daha rahat və əlverişli şərait yaradacaq, əlavə yazışmalara ehtiyac qalmayacaq.
Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.