VN ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin yenidən verilməsi (dəyişdirilməsi)
Xidmətin adı: VN ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin yenidən verilməsi (dəyişdirilməsi)
Xidmətin göstərilməsi üçün tələb olunanlar:
– “Elektron sənəd mübadiləsi haqqında Ərizə”
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:
– NK-nın 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”
– Vergilər nazirinin 10.12.2009-cu il tarixli 0917040101142300 nömrəli əmri
Xidmətin göstərildiyi yer:
vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarınınvergi ödəyicilərinə xidmət strukturları,MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)
Müraciəti emal edən struktur vahidi: vergi ödəyicilərinə xidmət strukturları
İcra müddəti: Ərizə daxil olduğu gündən sonra 1 gün
Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrə
Elektronlaşdırma səviyyəsi: –
Mənbə: taxes.gov.az
Vakansiya: Mühasib
Sual: Vergi Məcəlləsinin 159.7. maddəsinin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.
Xidmətin adı: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin online bərpası