Read More9
Read More9

Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Baş mühasib vakansiyaVakansiya: Baş mühasib

İşəgötürən: Eurostar Group

Şəhər: Bakı

Yaş: 30 – 45 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs: HR Department

Telefon: 055 213 83 52

E-mail:  /

Əmək haqqı: 800 – 1000 AZN
Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: 5 günlük iş qrafiki 09:00- 18:00
– İş yeri: İçərişəhər

Baş mühasib üçün tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək
– Balansın çıxarılması
– Excell proqramında yüksək səviyyədə işləmə bacarığı
– Stresədavamlı, tələbkar, məsuliyyətli və işgüzar
– Vergi qanunvericiliyi bilmək
– Beynəlxalq mühasibat uçotu standartlarını bilmək

CV-lərinizi foto ilə birlikdə / elektron ünvana “Baş Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur.( xanım namizədlərə aiddir)

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Geri qaytarılan məbləğ ƏDV bəyannaməsinin hansı sətrində qeyd edilməlidir?

posted in: Vergi, Xəbər | 0

Geri qaytarılan məbləğSual: Hüquqi şəxs mağazalarda pərakəndə ticarətlə (geyim və aksesuar satışı) məşğul olur. Bildiyimiz kimi, satılan malların geri qaytarılması halları olur. Belə hal olduqda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada və tələb olunan sənədlərlə qaytarış həyata keçirilir. Qaytarış zamanı müştəri ilə geri qaytarış AKT-ı və pulun verilməsini təsdiq edən məxaric orderi imzalanır. Sualım belədir: Geri qaytarışların məbləği ƏDV bəyannaməsi təqdim olunan zaman hansı qaydada nəzərə alınır? Məsələn, əgər yanvar ayında dövriyyəm 100 manat, geri qaytarış AKT-larımın cəmi isə 25 manat olmuşdur. Geri qaytarılan məbləğ ƏDV bəyannaməsində hansı sətirdə qeyd olunacaqdır?

Cavab: Bildiririk ki, ƏDV məqsədləri üçün vergitutma obyektini malların təqdim edilməsi, yəni mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi təşkil edir.

Bu baxımdan da, hesabat ayı daxilində müvafiq qaydada rəsmiləşdirməklə istehlakçı tərəfindən alınan və geri qaytarılan mallar təqdim olunmuş hesab edilmir və onların dəyəri ƏDV bəyannaməsində göstərilmir.

Malın satışı ilə geri qaytarılması ayrı-ayrı aylarda baş verdikdə isə mal satılan ayda onun dəyəri bəyannamənin “ ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” adlı 301-ci sətri, geri qaytarılan ayda isə “ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə azaldılan dövriyyə” adlı 319-cu sətrində göstərilməlidir.

Bax: Vergi Məcəlləsinin 13.2.10-cu, 159.1-ci və 163-cü maddələri, vergilər nazirinin 13.01.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu müəssisələr bəzi vergilərdən azad edilib

posted in: Vergi, Xəbər | 0

gəlirlər Vergidən azadÖzəl təhsil müəssisələri bəzi vergilərdən azad edilib.

Vergi Məcəlləsinin 218.5.13-cü maddəsinə əsasən, özəl təhsil müəssisələri sadələşmiş verginin ödəyiciləri siyahısına aid edilməyib.

Məsələyə münasibət bildirən iqtisadçı Rəşad Əliyev bildirib ki, məktəbəqədər tərbiyə, ümumtəhsil (liseylər və gimnaziyalar daxil olmaqla), peşə məktəbləri və peşə liseyləri, orta ixtisas və ali təhsil müəssisələrinin fəaliyyəti xüsusi razılıq alınması tələb edilən sahibkarlıq fəaliyyəti növünə aiddir. Ona görə də bu fəaliyyət kriteriyalarına aid şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur: “Buna görə də ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 min manat və ondan az olan hüquqi şəxslər mənfəət vergisi ödəyicisi olurlar. Dövriyyəsi 200 min manatdan artıq olduqda isə həmin hüquqi şəxslər mənfəət vergisi ödəyicisi olmaqla yanaşı, həm də ƏDV ödəyicisi olurlar”.

Ekspert Vergi Məcəlləsində təhsil müəssisələri, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması məqsədilə yaradılmış xüsusi təhsil müəssisələri üçün mənfəət vergisi üzrə güzəştlərin nəzərdə tutulduğunu da qeyd edib: “Məcəllənin 106.1.17-ci maddəsində göstərilib ki, dividendlərin ödənilməsinə yönəldilməyən mənfəət tam olaraq vergidən azad edilir, dividendlərə yönəldilən hissə isə vergiyə ümumi qayda ilə cəlb olunur. Misal üçün, tutaq ki, “X” təhsil müəssisəsi ilin nəticələrinə görə 100 min manat mənfəət əldə edib. Əgər həmin vəsait dividendlərin ödənilməsinə yönəldilmirsə, bu halda göstərilən məbləğ tam olaraq vergidən azad olunur. Əgər onun 20 min manat hissəsi dividend ödənişinə yönəldilirsə, bu halda yönəldilən hissə mənfəət vergisinə cəlb ediləcək. Yəni bizim misalda 20 min manatdan 20 faiz mənfəət vergisi tutulduqdan sonra yerdə qalan 16 min manat dividend kimi ödənilir. Məcəllədəki güzəştlə bağlı müddəanın əsas məqsədi təhsil ocaqlarının sərəncamda qalan mənfəət hesabına maddi-texniki bazasının inkişafının stimullaşdırılmasıdır”.

Bundan əlavə, özəl təhsil müəssisələri əmlak və əlavə dəyər vergisindən də azad ediliblər. Vergi Məcəlləsinin 164.1.13-cü maddəsinə görə, ödənişli təhsil xidmətlərinin göstərilməsi ƏDV-dən azaddır. Bu azadolma həmin təhsil ocağının digər fəaliyyəti üzrə xidmətlərinə şamil edilmir. Məcəllənin 199.4.4-cü maddəsinə görə, təhsil ocaqlarının əsas fəaliyyət növü üzrə istifadə etdikləri əmlakları əmlak vergisindən azadddır. Təhsil sahəsində istifadə olunmayan digər əmlaklar, məsələn, icarəyə verilən bina və s. vergiyə ümumi qaydada cəlb edilir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxsin fəaliyyətinin online bərpası

posted in: Vergi, Xəbər | 0

Vergi orqanlarıXidmətin adı: Hüquqi şəxsin fəaliyyətinin online bərpası

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza (VN-nin Çağrı Mərkəzi (195-1) vasitəsilə həyata keçirildikdə Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilmiş gücləndirilmiş elektron imza)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 16.3, 16.5, 24.0.2 və 24.0.6-cı maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”


Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin online dayandırılması

– VN Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Hüquqi şəxsin fəaliyyətinin online bərpası” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), VN-nin Çağrı Mərkəzi (195-1)

Müraciəti emal edən struktur vahidi: VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti: 

– İnternet Vergi İdarəsi Portalı vasitəsilə -dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

 – VN-nin Çağrı Mərkəzi vasitəsilə – 5-7 dəqiqə

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

İnternet Vergi İdarəsi Portalı vasitəsilə – fəaliyyətin bərpa edilməsi haqqında bildiriş (e-qutuya göndərilir)

VN-nin Çağrı Mərkəzi vasitəsilə – SMS (mobil telefona göndərilir), əməliyyat tarixçəsi (e-qutuya göndərilir)

Elektronlaşdırma səviyyəsi: 

İnternet Vergi İdarəsi Portalı vasitəsilə -tam elektronlaşıb

VN-nin Çağrı Mərkəzi vasitəsilə – qismən elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
error: Content is protected !!