Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya mühasib köməkçisiVakansiya: Mühasib köməkçisi

İşəgötürən: İnci Group of Companies

Şirkət haqqında:

1995-cü ildə fəaliyyətə başlayan   “İnci Group of Companies” MMC  əsas fəaliyyətini satış və distributor şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış  üzrə şirkətin Bakı şəhəri və regionlarda  dağıtım anbarları və satış komandaları vardır.

Vakansiya adı: Mühasib köməkçisi
Mühasib köməkçisi üçün tələblər:

– Maliyyə və mühasıbatlıq üzrə ali təhsil
– Kompüter bilikləri: Ofis proqramları
– İRP sistemini bilmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Məsuliyyətli və diqqətli olmaq;
– Komandada işləmə bacarığı;
– Azərbaycan dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq bacarıqları;
– İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir;
– Yaş: 22-30;

İş barədə məlumat:

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar və hesabatların göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar,
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– e-gov portalı ilə işləmək
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi

Nahar şirkət tərəfində təmin olunur;
İş yeri: Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;
Əmək haqqı namizədin qabiliyyəti əsasında müəyyən olunacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı –   / emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı mütləq yazılmalıdır.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kənd təsərrüfatı məhsullarının tədarükü və satışı zamanı vergitutma

posted in: Vergi, Xəbər | 0

Kənd təsərrüfatı məhsullarının satışı zamanı vergitutma


Kənd təsərrüfatında tədarük və satış anlayışları

Hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddır. 2001-ci ildən 5 il müddətinə tətbiq edilən və indiyədək 4 dəfə müddəti uzadılan bu güzəştlər 2024-cü ilədək qüvvədə olacaq. Vergi Məcəlləsinin 13.2.60-cı maddəsində bildirilir ki, kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə edilərək yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsini nəzərdə tutur.

Vergi ödəyicisinin istehsal etdiyi və ya digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olarkən vergi öhdəlikləri

VM müvafiq müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilib. Buna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır.


Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar

Lakin istehsalçı istehsal etdiyi kənd tərəsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa (məsələn, yetişdirilmiş mal-qaranın kəsilərək ət şəklində satışı, becərilmiş meyvələrin qurudularaq satışı), həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan (mənfəət (gəlir vergisi) və ya sadələşdirilmiş vergi) asılı olaraq, müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bunlarla yanaşı, vergi ödəyicisinin digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir və həmin məhsulların satışından əldə olunan gəlirlərdən ümumi qaydada vergilər hesablanıb dövlət büdcəsinə ödənilir.

Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının tədarük qaydasında alğı-satqısını həyata keçirən şəxslər kənd təsərrüfatı məhsullarının istehsalçıları hesab edilmir və onlara bu sahə üzrə nəzərdə tutulmuş vergi güzəştləri tətbiq olunmur.

Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı zamanı vergi öhdəlikləri
Tədarük qaydasında alınmış kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışından əldə edilən gəlirlər, sadələşdirilmiş vergitutma metodu tətbiq olunduğu halda, təqdim edilmiş mallara görə hasilatın həcmindən (xərclər çıxılmadan) Bakı şəhərində 2 faiz dərəcə ilə hesablanır.

Gəlir vergisi metodu tətbiq edildiyi halda isə təqdim olunmuş mallara görə əldə edilən gəlirdən təqdim olunan malların alınmasına çəkilən xərclər, habelə qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

İnkişaf üçün güzəştlər

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına müvafiq vergi güzəştlərinin verilməsi bu sahənin əsaslı şəkildə inkişafını və investisiya qoyuluşlarının artırılmasını təşviq edir. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin də bu fəaliyyətdən əldə etdiyi gəlirləri mənfəət vergisindən azad olunub. ƏDV ödəyicisi olan kənd təsərrüfatı məhsullarının istehsalçılarının (o cümlədən sənaye üsulu ilə) özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cu ilin yanvarından 10 il müddətinə bu növ vergidən azaddır.

Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər əmlak vergisini ödəməkdən azad edilib. Vergi Məcəlləsinin 199.9-cu maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar. Həmin şəxslər vergi güzəşti hüququndan istifadə etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalı prosesində istifadə olunan əmlaklarla bağlı sənədləri aidiyyəti üzrə təqdim etməlidirlər. Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə olunmuş hasilatın həcmi də 2014-cü il yanvarın 1-dən 10 il müddətinə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ödənişdən sonra sosial ayırmalar üzrə təsnifat kodu necə dəyişilə bilər?

posted in: Xəbər | 0

SığortaedənlərÖdənişdən sonra sosial ayırmalar üzrə təsnifat kodu necə dəyişilə bilər?


Sual: Dövlət Sosial Müdafiə Fonduna 121300 nömrəli koda ödəniş etdikdən sonra, hesabat zamanı ödənişləri uyğun kod üzrə bölüşdürmək olurdu. Hal-hazırda isə olmur, fiziki şəxsin 0730 kodu üzrə artıq ödəmə yaranır, 0100 kodu üzrə isə (işciyə görə) borc yaranır. Bu halda biz neynəməliyik?

Cavab: Mövcud proqram təminatında qeyd olunan problem aradan qaldırılmışdır. Ödənişlərin büdcə təsnifatı kodlarının dəyişdirilməsi mümkündür. Bununla bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət edilməlidir. Gələcəkdə bu tipli problemlərlə qarşılaşmamaq üçün ödənişlərin müvafiq büdcə təsnifat kodlarına uyğun olaraq həyata keçirilməsini tövsiyyə edirik.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1500 manat məvaciblə Senior Auditor tələb olunur

posted in: Audit, İş elanı, Vakansiya, Xəbər | 0

auditor vakansiyaVakansiya: Senior Auditor

İşəgötürən: Moore Stephens Azerbaijan

Şəhər: Bakı

Yaş: 25 – 40 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 5 ildən artıq

Əlaqədar şəxs: Ülkər Həmidova

Telefon: (+994) 50 250 58 81

E-mail:  /

Əmək haqqı: 1200 – 1500 AZN
Vakansiya barədə məlumat:

Bu dərəcə xüsusi bir təcrübə sahəsini – məsələn, beynəlxalq audit, vergi və s. göstərən əlavə təyinata tabe olacaqdır. Xüsusi təyinatlarla bağlı əlavə tələblər ola bilər.

Təcrübə:

Bir ixtisas inkişafına doğru hərəkət etməli və müvafiq sahədə, məsələn xarici audit, IFRS audit və s. kimi ən azı üç illik təcrübəyə malik olmalıdır, baxmayaraq ki, bir çox işçilərin bu sinifə çatmasından əvvəl dörd il təcrübəsi olacaqdır.

Auditor üçün tələblər:

Böyük Aduitor bütün müntəzəm tapşırıqlarda sahə işi üçün məsuliyyət daşıyan şəxs kimi çıxış etməlidir.

Bu, işin tələb olunan standartlara və müddətlərə uyğun şəkildə yerinə yetirilməsi ilə komanda nəzarəti və motivasiya olunmasını nəzərdə tutur. Həmişə şərtlər tələb edildikdə əlavə saat işləmək üçün könüllü olacaqdır.

Məlumatların daha aşağı təbəqədəki işçilərə ötürülməsində və şirkətin səmərəli fəaliyyət göstərilməsində fəal rol oynayır.

Etik məsələləri yaxşı şəkildə başa düşmək və etik məlumatların daha aşağı təbəqədəki üzvlərə keçməsində rol oynayır.

Seçdikləri təcrübə aralığının seçilmiş sahəsini yaxşı bilir.

Beynəlxalq audit və mühasibat uçotu sahəsində işləyən kimsə üçün əsas MHBS-lərin yaxşı işləməsini tələb edir və praktikada ən çoxunu həyata keçirmək qabiliyyətinə malikdir. Mühasibat uçotu üzrə ixtisas dərəcəsi, adətən, bu səviyyəyə çatdığının göstəricisidir.

İngilis və ya Azərbaycan dilində hərtərəfli ünsiyyət bacarıqlarına malik olmalıdır. Rus dilini bilmək üstünlükdür.

Qeyd: Yazı ingilis dilindən tərcümə olunmuşdur.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.