Read More9
Read More9

Sığortaedənlər üçün zəruri məlumat

posted in: Xəbər | 0

SığortaedənlərSığortaedənlər üçün zəruri məlumat.

Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş idarəsi ləğv edilib, İri sığortaedənlər ilə iş idarəsinin isə adı dəyişdirilərək Bakı şəhər idarəsi adlandırılmışdır.

İdarədən bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər idarəsində uçotda olan sığortaedənlər məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqları üzrə ödəmələr və məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənilən müavinətlərin hesablanması və ödənilməsi ilə bağlı DSMF-nin Bakı şəhər idarəsinə müraciət etməlidirlər.

Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının düzgün ödənilməsi üçün bank rekvizitlərini və büdcə təsnifat kodlarını məlumat üçün oxucularımıza təqdim edirik:

Məcburi dövlət sosial sığorta haqqı üzrə
B1.Benefisiar(alan) bank
Adı:Dövlət Xəzinədarlıq Agentliyi
Kodu:210005
VÖEN:1401555071
M/H:AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK CTREAZ22

B2.Alan müştəri /Beneficiary
Adı:DSMF Bakı şəhər idarəsi
H/H N-si:AZ89CTRE00000000000007018506
VÖEN:1300115511

Büdcə təsnifat kodu Büdcə təsnifatının adı Büdcə səviyyəsinin kodu
12100 İşəgötürənin əməyin ödənişi fonduna hesablanan sosial ayırmalar (sığortaedənin hesabına ödənilən) 4
121200 Muzdla işləyənlərin əməkhaqqından sosial ayırmalar (sığortaolunanın hesabına ödənilən) 4
121400 Sair gəlirlərdən ayırmalar 4
143300 Penya, cərimə və maliyyə sanksiyaları

İşsizlikdən sığorta haqqı üzrə

B1.Benefisiar(alan) bank
Adı:Dövlət Xəzinədarlıq Agentliyi
Kodu:210005
VÖEN:1401555071
M/H:AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK CTREAZ22

B2.Alan müştəri /Beneficiary
Adı:DSMF Bakı şəhər idarəsi
H/H N-si:AZ53CTRE00000000000007018572
VÖEN:1300115511

Büdcə təsnifat kodu Büdcə təsnifatının kodu Büdcə səviyyəsinin kodu
123100 İşəgötürənin əməyin ödənişi fonduna hesablanmış işsizlikdən sığorta ayırmalar (0,5 faiz sığortaedənin hesabına ödənilən) 4
123200 Muzdla işləyənlərin əməkhaqqından işsizlikdən sığorta ayırmalar (0,5 faiz sığortaolunan hesabına ödənilən) 4
123300 Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər gəlirlər üzrə 4

Xüsusi hesab
(Penya, cərimə və maliyyə sanksiyaları üzrə)

B1.Benefisiar(alan) bank
Adı:Dövlət Xəzinədarlıq Agentliyi
Kodu:210005
VÖEN:1401555071
M/H:AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK CTREAZ22

B2.Alan müştəri /Beneficiary
Adı:DSMF Bakı şəhər idarəsi
H/H N-si:AZ26CTRE00000000000007018573
VÖEN:1300115511

Büdcə təsnifat kodu Büdcə təsnifatının adı Büdcə səviyyəsinin kodu
143800 İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələr 4

Əlavə məlumat almaq üçün Bakı şəhəri, Ziya Bünyadov pr.1965-ci məhəllə, “Çinar park” Biznes mərkəzi, bina 6, giriş 2, mərtəbə 4 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər idarəsi ilə əlaqə saxlaya bilərsiniz.

Telefon: (012) 562-20-11, 562-33-59, 562-10-86, 562-10-79
E-mail: 

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət Məşğulluq Xidməti təlimlərə başlayır

posted in: Xəbər | 0

Dövlət Məşğulluq Xidməti təlimlərə başlayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti  2019-cu il üçün özünüməşğulluq  proqramı üzrə “Öz biznesinə başla” adlı təlimlərə başlayır.

Martın 18-də başlanacaq təlimlərin ilk mərhələsində özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edən 1000 nəfər iştirak edəcək. Bir aylıq təlim müddətində onlara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədiləcək.

Təlimlər il ərzində davam etdiriləcək. Hər təlimin yekununda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək. Qiymətləndirmə biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında aparılacaq. Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar  kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin ediləcək.

Cari ildə 7-8 min nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.

Mənbə: sosial.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyi və Auditorlar Palatası birgə beynəlxalq konfrans keçirəcək

posted in: Audit, Vergi, Xəbər | 0

Vergilər Nazirliyi və Auditorlar Palatası birgə beynəlxalq konfrans keçirəcək.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə 2019-cu il 13 sentyabr tarixində “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulur.

Konfransın keçirilməsində əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, kölgə iqtisadiyyatına qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparmaqdan və kölgə iqtisadiyyatının azaldılmasına dair tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.

Tədbirdə dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının, elm və təhsil müəssisələrinin, sahibkarların və xarici ölkələrin nümayəndələri dəvət olunmuşdur.

Ünvan: AZ 1072, Bakı şəhəri, S.Y.Bakuvi küçəsi, 35; Əlaqələndirici şəxs: Auditorlar Palatası sədrinin müşaviri Fəqan Qarayev,

tel.: (+99412) 498-28-55;

mob.: 055-727-74-77,

e-mail: 

Mənbə: audit.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu şəxslər Əmək haqqı məbləğinin 100%-i həcmində müavinət alacaq..

posted in: Xəbər | 0

əmək haqqı artırıldı həkimlərBu şəxslər Əmək haqqı məbləğinin 100%-i həcmində müavinət alacaq.

Azərbaycanda donorlara güzəşt tətbiq ediləcək.


Azərbaycanda donorluqla əlaqədar əmək qabiliyyətini müvəqqəti itirən şəxs əmək haqqı-nın 100 faizi (tam) məbləğində müavinət alacaq.

Bu, yeni hazırlanan “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd olunub.

Qanunun layihəsinin 20-ci (canlı donorun hüquq və vəzifələri) maddəsinə əsasən, canlı donorun tibb müəssisəsindən tibbi əməliyyatla bağlı, o cümlədən, baş verə biləcək ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq, bu əməliyyatla bağlı dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada müalicə və reablitasiya olunmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq, istənilən an öz donor orqanını verməkdən imtina etmək, daimi dispanser müşahidəsində olmaq, özünə orqan köçürülməsinə ehtiyac yaranarsa, donor orqanı ilə növbədənkənar təmin olunmaq, donorluqla əlaqədar əmək qabiliyyətini müvəqqəti itirdikdə əmək haqqının 100 faizi (tam) məbləğində müavinət almaq, donorluqla əlaqədar əlil olarsa, əmək stajından və pensiya kapitalının məbləğindən asılı olmayaraq pensiya almaq hüququ əldə etmək hüquqları var.

Orqanların köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir.

Mənbə: report.az

Bax: İşsizlikdən sığorta və Məşğulluq haqqında Qanunlarda dəyişiklik edilib

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
error: Content is protected !!