Bu şəxslər Əmək haqqı məbləğinin 100%-i həcmində müavinət alacaq..

posted in: Xəbər | 0
birbank biznes

əmək haqqı artırıldı həkimlərBu şəxslər Əmək haqqı məbləğinin 100%-i həcmində müavinət alacaq.

Azərbaycanda donorlara güzəşt tətbiq ediləcək.


Azərbaycanda donorluqla əlaqədar əmək qabiliyyətini müvəqqəti itirən şəxs əmək haqqı-nın 100 faizi (tam) məbləğində müavinət alacaq.

Bu, yeni hazırlanan “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd olunub.

Qanunun layihəsinin 20-ci (canlı donorun hüquq və vəzifələri) maddəsinə əsasən, canlı donorun tibb müəssisəsindən tibbi əməliyyatla bağlı, o cümlədən, baş verə biləcək ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq, bu əməliyyatla bağlı dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada müalicə və reablitasiya olunmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq, istənilən an öz donor orqanını verməkdən imtina etmək, daimi dispanser müşahidəsində olmaq, özünə orqan köçürülməsinə ehtiyac yaranarsa, donor orqanı ilə növbədənkənar təmin olunmaq, donorluqla əlaqədar əmək qabiliyyətini müvəqqəti itirdikdə əmək haqqının 100 faizi (tam) məbləğində müavinət almaq, donorluqla əlaqədar əlil olarsa, əmək stajından və pensiya kapitalının məbləğindən asılı olmayaraq pensiya almaq hüququ əldə etmək hüquqları var.

Orqanların köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir.

Mənbə: report.az

Bax: İşsizlikdən sığorta və Məşğulluq haqqında Qanunlarda dəyişiklik edilib

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email