İşsizlikdən sığorta və Məşğulluq haqqında Qanunlarda dəyişiklik edilib

posted in: Xəbər | 0

əmək haqqı Sərəncamİşsizlikdən sığorta haqqında, Əlilliyi olan şəxslərin hüquqları haqqındaMəşğulluq haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514; Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1361-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 13.1-1-ci maddə əlavə edilsin:

“13.1-1. Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.

Maddə 2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386) aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilsin:

“Maddə 32-1. Əlilliyi olan şəxslərin sosial müdafiəsi və sosial təminatı sahələrində xidmətlərin elektron qaydada həyata keçirilməsi

Əlilliyi olan şəxslərin sosial müdafiəsi və sosial təminatı sahələrində elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.

Maddə 3. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669) 8.0.15-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.0.16-cı maddə əlavə edilsin:

“8.0.16. məşğulluq sahəsində elektron xidmətlərin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vəfat etmiş fiziki şəxsin vergi öhdəlikləri kim tərəfindən ödənilir?

posted in: Vergi, Xəbər | 0

Mühasib köməkçisiVəfat etmiş fiziki şəxsin vergi öhdəlikləri kim tərəfindən ödənilir?


Sual: Fiziki şəxs rəhmətə gedirsə onun vergisi nece ödənilir, VÖEN-i bağlanırmı?

Cavab: Bildiririk ki, vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər. Vəfat etmiş şəxsin varisi (varisləri) olmadıqda və ya varisi (varisləri) tərəfindən miras qəbul edilməməsinə dair notariat kontorlarından və vəfat etmiş şəxsin varisindən (varislərindən) alınmış rəsmi məlumat olduqda vergi borclarının silinməsi vergi orqanında yaradılmış Komissiyayanın qərarı əsasında həyata keçirilir. Vəfat etmiş şəxsin varisi (varisləri) olduqda və onun əmlakı varisə (varislərə) keçdikdə vəfat etmiş şəxsin vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir.

Qeyd edilən halda vəfat etmiş şəxslərin vergi borcu vərəsəlik əmlakının qəbul edildiyi tarixdəki dəyərinə uyğun olaraq onun əmlakını vərəsəlik qaydasında qəbul etmiş şəxslərdən yazılı qaydada tələb edilməlidir.
Vərəsəlik əmlakını qəbul etmiş şəxs vəfat etmiş şəxsin vergi öhdəlikləri-ni yerinə yetirməkdən imtina etdikdə, vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əmlakın siyahıya alınması həyata keçirilir və məhkəməyə müraciət edilir. Eyni zamanda, vəfat etmiş şəxsin büdcəyə olan borcları silindikdən sonra, onun varisi müəyyən edilərsə vergi ödəyicisinin borcları bərpa edilir.

Əsas: Vergi Məcəlləsinin 81-ci maddəsi.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Büdcəyə daxil olan gömrük rüsumlarının məbləği artıb

posted in: Xəbər | 0

idxal gömrükDGK fevralda büdcəyə ödənişlərini 53% artırıb. Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 336,033 mln. manat məbləğində vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 116,369 mln. manat və yaxud 53% çoxdur.

Bu barədə DGK-dən bildirilib.

O cümlədən son 1 ildə büdcəyə daxil olan gömrük rüsumlarının məbləği 13,181 mln. manat və yaxud 22,35% artaraq 72,164 mln. manat, əlavə dəyər vergisinin məbləği 96,952 mln. manat və yaxud 63,9% artaraq 248,643 mln. manat, aksiz vergisinin məbləği 5,658 mln. manat və yaxud 1,9 dəfə artaraq 12,049 mln. manat, yol vergisinin məbləği isə 578 min manat və yaxud  22,2% artaraq 3,177 mln. manat təşkil edib.
Mənbə: report.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Yaşıl dəhliz” mövzusunda seminar keçiriləcək

posted in: Xəbər | 0

Hörmətli sahibkarlar! Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşəbbüsü və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyi ilə sahibkarların məlumatlandırılması məqsədi ilə təşkil olunan təlimlərin ikinci etapına start verildi. Belə ki, 05.04.2019 tarixində Yaşıl dəhliz mövzusunda seminar təşkil olunur.

“Yaşıl Dəhliz” buraxılış sisteminin məqsədi:

  • qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq,
  • biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq,
  • könüllü riayət mədəniyyətini formalaşdırmaq,
  • risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək,
  • ölkənin ixrac potensialını gücləndirmək,
  • məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək,
  • mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.

Sizi seminarda iştirak etməyə dəvət edirik.

Təlim Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı tərəfindən keçiriləcək. Təlimdə iştirak etmək üçün https://sahibkarliq.typeform.com/to/B7vBsf linkində qeydiyyatdan keçmək mütləqdir.

Təlim sadəcə ASK üzvləri üçün nəzərdə tutulur.

Kursun keçirilmə tarixi: 05.04.2019

Başlama saatı: 10:00 – 12:00

Təlimin keçirildiyi ünvan: Bakı ş, Nizami küç., 90 A, Landmark

Son qeydiyyat tarixi: 04.04.2019

Əlaqələndirici şəxs: Elmira Balıyeva

Tel: (994 12) 465 76 92 (daxili: 121)

E-mail: 

Mənbə: ask.org.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.