Vəfat etmiş fiziki şəxsin vergi öhdəlikləri kim tərəfindən ödənilir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Mühasib köməkçisiVəfat etmiş fiziki şəxsin vergi öhdəlikləri kim tərəfindən ödənilir?


Sual: Fiziki şəxs rəhmətə gedirsə onun vergisi nece ödənilir, VÖEN-i bağlanırmı?

Cavab: Bildiririk ki, vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər. Vəfat etmiş şəxsin varisi (varisləri) olmadıqda və ya varisi (varisləri) tərəfindən miras qəbul edilməməsinə dair notariat kontorlarından və vəfat etmiş şəxsin varisindən (varislərindən) alınmış rəsmi məlumat olduqda vergi borclarının silinməsi vergi orqanında yaradılmış Komissiyayanın qərarı əsasında həyata keçirilir. Vəfat etmiş şəxsin varisi (varisləri) olduqda və onun əmlakı varisə (varislərə) keçdikdə vəfat etmiş şəxsin vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir.

Qeyd edilən halda vəfat etmiş şəxslərin vergi borcu vərəsəlik əmlakının qəbul edildiyi tarixdəki dəyərinə uyğun olaraq onun əmlakını vərəsəlik qaydasında qəbul etmiş şəxslərdən yazılı qaydada tələb edilməlidir.
Vərəsəlik əmlakını qəbul etmiş şəxs vəfat etmiş şəxsin vergi öhdəlikləri-ni yerinə yetirməkdən imtina etdikdə, vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əmlakın siyahıya alınması həyata keçirilir və məhkəməyə müraciət edilir. Eyni zamanda, vəfat etmiş şəxsin büdcəyə olan borcları silindikdən sonra, onun varisi müəyyən edilərsə vergi ödəyicisinin borcları bərpa edilir.

Əsas: Vergi Məcəlləsinin 81-ci maddəsi.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email