Bu sahədə çalışanlar üçün əmək haqqı 50% artırıldı

posted in: Xəbər | 0

mühasibat uçotuBu sahədə çalışanlar üçün əmək haqqı 50% artırıldı


Prezident İlham Əliyev “Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilər üçün aylıq əmək haqqı 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılacaq.
Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə teatr sənətinin daha da inkişaf etdirilməsi, teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərara alıram:

1. Dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin edilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

3.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirin maliyyələşdirilməsi məqsədi ilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həllini təmin etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Abakusun təşəkkül tarixi və iş mexanizmi

posted in: Məqalə, Xəbər | 0

AbakusAbakus nədir? Abakusun təşəkkül tarixi və mexanizmi

Mental hesab barədə eşitmisinizmi? Yəqin ki, eşitmisiniz, indi hər küncdə ondan söz açırlar. Uşaqların inkişafı ilə bağlı nadir mərkəzlər tapa bilərsən ki, orada balacalara bu cür mental tapşırıqlar təklif olunmasın.

Beləliklə, o nədir? Bu yazıda abakus – onu həm də soroban da adlandırırlar – barədə söz açacağıq.

  • Abakusun tarixi
  • Abakusun quruluşu
  • Abakusda nələri hesablamaq olur

Abakusun tarixi

Tarixçilər fərz edirlər ki, ilk abaklar eramızdan əvvəl üçüncü minillikdə Mesopotamiyada yaranıb. Eramızdan əvvəl beşinci əsrdə isə onunla Qədim Romada tanış olublar. Bunlar fərziyyə olsa da, heç kim tərəfindən təkzib olunmayıb.

Amma, 17-ci əsrdə avropalılar tərəfindən yaradılan abak və onun çertyoju barədə daha səhih məlumat var, həmin qurğu Paris milli kitabxanasında saxlanılır.

Çin milli ədəbiyyatında 190-cı ildə Suanpan – abakanın Çin variantı barədə məlumatlara rast gəlinir. Adi cədvəli millər və çəyirdəklərdən ibarət çərçivə şəklinə, məhz, çinlilər salmışlar. Bu görkəmdə çötkələr Yaponiyaya kimi yayılmışdı. Yaponlar oradan bir artıq çəyirdəyi kənarlaşdırmaqla həmin qurğunu daha da modernləşdiriblər və özlərinə xas “soroban” adlandırıblar. Gündoğar ölkədə sorobandan aktiv şəkildə istifadə olunurdu, çünki həmin dövrdə Yaponiyada ticarət çiçəklənmə mərhələsinə daxil olmuşdu və riyazi biliklərin əhəmiyyəti çox yüksəlmişdi.

Abakusun quruluşu

Bizim zəmanəmizdə abakus-sorobanı istənilən bir şəxs ala bilər. Onların müxtəlif növləri var. Rəngli və ağ-qara, metaldan, ağacdan və ya plastmasdan düzəldilənlər, böyük və kiçik ölçüdə olanlar və s. Sorobanlar eləcə də millərin sayına görə də fərqlənə bilər.

Bütün bu müxtəlifliklərə baxmayaraq, mahiyyət eynidir və sorobanın əsas hissələri həmişə mövcud olur.

Beləliklə, soroban bu hissələrdən ibarətdir:

  • çərçivələr;
  • köndələn tir;
  • tiri dəlib keçən millər;
  • millərə taxılan çəyirdəklər.

Hər mildə beş çəyirdək olur. Onlardan biri tirdən yuxarıda, dördü isə isə aşağıda olur. Sorobanda millər fərqli ola bilər.  Misal üçün 17 dərəcəli sorobanlar var – bu zaman millərin sayı 17 olur, 13 dərəcəli sorobanlarda isə 13 mil olur, başqa saylarda millər də ola bilər.

Hesablama taxtasına diqqətlə baxdıqda, tirin üzərində nişanlar görmək mümkündür. Bunlar bəzi millərin yaxınlığında kiçik nöqtələr şəklində də ola bilər. Nöqtələr olmayıb, rəngə görə fərqlənən çəyirdəklər də ola bilər. Bu işarələr təklik, minlik və milyonluq millərin harada yerləşdiyini göstərir. Əgər, abakus 17 dərəcəlidirsə, təklik mili mərkəzdə olur, 13 dərəcəlidirsə, onda təkliklər ikinci mildə sağ tərəfdə olacaq. Təklik milindən solda onluq, sonra yüzlük, daha sonra minlik və s. yerləşir. Təklik milindən sağda yerləşən millər nisbəti hesablamaq üçündür və mental hesabın öyrənilməsi zamanı istifadə olunmur.

Abakusda nələri hesablamaq olar?

Hər şeyi, istənilən hesabı aparmaq olar!

Sorobanda vurma və bölməni də etmək mümkündür. Eləcə də rəqəmləri dərəcəyə yüksəldib kök altına salmaq mümkündür. Təbii ki, dərhal hər şeyi etmək mümkün deyil. Öyrənməyə ən sadədən – toplama və çıxmadan başlamaq lazımdır. Uşaqlar bunu adətən bir ilə öyrənirlər.

Sonrakı il ərzində isə vurma və bölməni öyrənmək olar. Üçüncü ildə isə ən yüksək hissəni, nisbət və kökaltı əməllərini öyrənmək mümkündür.

Mental hesabı öyrənərkən çəyirdəklərin hərəkəti və sorobanın düzgün tutulması üsulunu bilmək çox mühümdür. Soroban üfüqi istiqamətdə tutulmalıdır. Onu sağ əllə: böyük, adsız və çeçələ barmaqla tuturlar. Şəhadət və orta barmaq isə çəyirdəklərlə işləmək üçün sərbəst qalımalıdır.

Sağ əllə belə davranırıq: öncə yumruqda iti ucu aşağı şəkildə qələmi sıxırıq. Sonra böyük və şəhadət barmaqlarımızı azad edirik, onların vasitəsilə hesablayacağıq, qalan üç barmaq isə yazan aləti saxlayırıq. Ümumiyyətlə, qələm bizim nəyimizə lazımdır?

Hesablamaların nəticələrini daha tez yazmaq üçün. Mental hesabda yerinə yetirmə sürəti böyük rol oynayır.

Solaxaylar isə qələmi bir qədər başqa cür tuta bilərlər. Qeyd etmək lazımdır ki, mental hesabda öyrənmə metodikası ilə bağlı hesablama texnikası bir-birindən fərqələnə bilər.

Uşaqları təxəyyüldə olan sorobanda hesablamağı öyrətmək lazımdır. Məhz, bu səbəbdən bu mental hesab adlanır.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Mart ayı üzrə vergi təqvimi

posted in: Vergi, Xəbər | 0

Vergi təqvimi – 27 mart 2019-cu il

Əlavə dəyər vergisi: ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq, qeydiyyatda olduğu vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyir.

Aksizlər: Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və vergi orqanına bəyannamə verilməlidir.

QEYD: Mart ayının 20-26 tarixləri qeyri-iş gününə düşdüyü üçün bu ay üzrə vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsinin sonuncu günü martın 27-sidir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Hüquqi şəxsin fəaliyyətinin bərpa edilməsi

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicisininHüquqi şəxs: Fəaliyyətin bərpa olunması


Xidmətin adı: Hüquqi şəxsin fəaliyyətinin  bərpa edilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında arayış”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 16.3-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer: 

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),  Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Hüquqi şəxsin fəaliyyətinin  bərpa edilməsi haqqında bildiriş (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və KTadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.