Bu aydan pensiyaların elektron qaydada təyinatına başlanılacaq

posted in: Xəbər | 0

Bu aydan etibarən əlilliyə görə pensiya təyinatı elektron qaydada aparılacaq.

Prezident İlham Əliyevin tapşırığı ilə cari ilin əvvəlindən tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı sisteminin əhatə dairəsi digər sosial təminat sahələri üzrə genişlənir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ay ərzində əlilliyə görə pensiya təyinatının da elektron sistem üzərindən həyata keçirilməsinə başlamağı planlaşdırır. Bunun üçün müvafiq avtomatlaşdırılmış infrastrukturun hazırlanması işləri artıq yekunlaşır.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, yaşa görə pensiya təyinatı kimi, əlilliyə görə pensiya təyinatı da heç bir yerə müraciət olunmadan və sənəd təqdim edilmədən elektron qaydada təyin olunacaq.

Əlillik təyin olunmuş şəxsin pensiya hüququ yarandıqda ona həmin gün ərzində elektron qaydada pensiya təyin edilməklə bu barədə (həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) “sms”, e-mail və ya rəsmi məktubla məlumat veriləcək. Nəticədə əliliyə görə pensiya təyinatında da vətəndaş-məmur təması tam aradan qalxacaq. Şəffaf və çevik pensiya təyinatı təmin edilməklə, vətəndaş məmnunluğu artacaq.

Qeyd edək ki, pensiya təminatı sistemi 1 milyon 300 min nəfəri əhatə edir ki, onlardan 58,3 faizi yaşa görə, 11,6 faizi ailə başçısını itirməyə görə, 30,1 faizi isə əlilliyə görə pensiya alanlardır.

Mənbə: azertag.az


İstifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən gəlir vergisinin hesablanması

posted in: Xəbər | 0

İstifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən gəlir vergisinin hesablanması.

Vergi Məcəlləsində işçiyə başa çatmış iş ilinin istifadə olunmamış məzuniyyət günlərinə görə ödənilən kompensasiyadan və işçinin işdən çıxdığı ayın əməkhaqqından tutulan gəlir vergiləri fərqləndirilir. İşəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiyası ayrı-ayrılıqda həmin illərdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, yəni Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən cədvələ əsasən gəlir vergisinə cəlb edilir:

Vergi tutulan gəlirin məbləği Verginin məbləği
2500 manatadək 14 fazi
2500 manatdan çox olduqda 350 manat+2500 manatdan çox olan məbləğlərin fazi

 

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi
8.000 manatadək 0 faiz
8.000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin 14 faizi

 

Burada Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinin də həmin illər üçün qüvvədə olan müddəaları – fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda 200 manat, illik gəliri 30.000 manatadək olduqda 2.400 manat məbləğində olan hissəsi nəzərə alınır.

İqtisadçı ekspert Anar Bayramov diqqəti işçinin başa çatan iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə kompensasiyası ödənilərkən gəlir vergisi üzrə fərqli hesablanmaya yönəldir: “Tutaq ki, neft-qaz sektoruna aid edilməyən özəl təşkilatda çalışan işçinin əməkhaqqı 1.000 manatdır. Təşkilat qərar verib ki, işçiyə ötən iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilsin. Fərz edək ki, işçiyə mart 2017- fevral 2018-ci iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə verilən kompensasiya 600 manat təşkil edir.

Bu zaman kompensasiya ödənilərkən işçinin cari aydakı əməkhaqqından 1.000 manatdan gəlir vergisi tutulmayacaq. İstifadə olunmamış məzuniyyətə görə kompensasiya məbləği olan 600 manatdan gəlir vergisinin hesablanması 2018-ci ilin vergi qanunvericiliyinə əsasən həyata keçiriləcək.

Göründüyü kimi, işəgötürən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları hər il üzrə hesablanmaqla həmin ildə (illərdə) qüvvədə olmuş vergi qanunvericiliyinə uyğun olaraq gəlir vergisinə cəlb etməlidir”.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Dünya ölkələrində əmlak vergisi (7-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

əmlak vergisi Dünya ölkələrində əmlak vergisi (7-ci hissə)

Daşınmaz əmlak almaq, daimi yaşayış yeri əldə etmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün ölkə seçərkən, ilk növbədə  insanı həmin ölkədə mövcud olan vergi qanunvericiliyi maraqlandırır.

Bu dəfəki yazımızda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Portuqaliyada mövcud olan göstəricilərdən bəhs edəcəyik.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ). Bu ölkədə yalnız bir vergi növü mövcuddur. Ərəb əmirliklərində daşınmaz əmlakın satın alınmasından sonra qeydiyyata alınması zamanı 4 faizlik vergi tutulur. BƏƏ-də hətta fiziki və hüquqi şəxslərdən gəlir vergisi belə tutulmur.

Portuqaliya. Bu ölkədə daşınmaz əmlak satın alınarkən 1-6% arası vergi tutulur. Əmlakın qeydiyyatı zamanı 250 avro vergi ödənilir. Yeni əmlak alınanda ƏDV tutulmur. Əmlaka görə illik vergilər 0,4-0,8% təşkil edir. Kapital artımına görə 23% vergi tutulur. Miras və vərəsəlik yolu ilə keçən əmlaka görə vergi ödənilmir. Fiziki şəxslərdən gəirə görə 14,5-48,0%, hüquqi şəxslərdən isə 23% vergi tutulur.

Məqalənin 6-cı hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xoşbəxt insanların uğur formulaları (7-ci hissə)

posted in: Maliyyə, Xəbər | 0

Xoşbəxt insanların uğur formulaları

Nigel Cumberland

Əvvəlki hissəni oxumaq üçün keçidə daxil olun.

7-ci hissə

Günə düzgün başlayın

Güzgüyə nəzər salıb gülümsəyin. Hər gün bunu təkrar edin və həyatınızın necə dəyişdiyinin şahidi olacaqsınız.

Yoko Ono

Səhərlər pis əhval-ruhiyyədə qalxsanız, onda uğurlu həyatla bağlı düşüncələrlə xudafizləşə bilərsiniz. Başladığınız istənilən bir işin uğurlu olub-olmaması, ona hansı əhvali-ruhiyyədə başlamağınızdan asılıdır. Bu hər bir günə də aiddir.

Nə etməyinizdən asılı olmayaraq, uğursuzluq həmişə ola bilər. Lakin, Aristotelin söylədiyi bir müdrik ifadə də var: “Yaxşı başlanğıc – artıq işlərin yarısı deməkdir”. Nədən söz getməsindən – işdən, hazırlanan şam yeməyindən və ya idmanla məşğul olmaqdan asılı olmayaraq – yaxşı başlanğıc başladığınız işi sona çatdırmaqda yardım edir. Mühərriki işə düşməyən avtomobili, yaxşıca itələmək lazımdır – istənilən işin başlanğıcı üçün bu yaxşı impulsdur.

Bunu hər bir gün üçün də demək olar. Bu gün işlərin düz gətirməməsinə yüzlərlə səbəb tapmaq olar: yaxşı yatmamısınız və siz kədərlisiniz; avtobus xarab olub və siz işə piyada getməli olmusunuz, özü də yağışın altında… Əgər, belə davranış vərdiş halını alsa və fərəhsiz seylər normaya çevrilsə – bu çox təhlükəli ola bilər, çünki belədə siz hər zaman başa çatdırılmayan işlərin dalınca qaçmalı olacaqsınız və bu sizin nəyinizə lazımdır?

Yeri gəlmişkən, istirahət gününün səhəri də ümumi qayda üçün istisna təşkil etmir. Həmin gün siz ev işləri ilə məşğul olursunuz və ya qiymətli asudə vaxtınızı özünüzə sərf edirsiniz – həmin günə də yaxşı əhvalla başlayın.

Günə pis başlasanız – uğurlu həyatla bağlı düşüncələrlə sağollaşa bilərsiniz.

Fəaliyyət üçün təlimat

Özünüzə bir neçə yaxşı səhər vərdişləri aşılayın

  • Günə həmişəki kimi tələsmədən, sakit başlamaq üçün adət etdiyinizdən yarım saat tez qalxın. Sakit musiqi altında meditasiya edin, fiziki təmrinləri həyata keçirin və ya yoqa ilə məşğul olun.
  • Səhər yeməyinə zaman ayırın, özü də bunu qaçaraqdan etməyin, stol arxasında normal şəkildə yerinə yetirin. Siz neçə saatdır yeməmisiniz və bədəninizə enerji lazımdır. Əgər mümkündürsə, səhər yeməyini evdəkilərlə birlikdə yeyin. Və onlara qarşı mərhəmətli olun, onlara da günə yaxşı başlamaları üçün kömək edin.
  • Bir-birinizin gözlərinə baxıb gülümsəyin, onların özlərini necə hiss etmələri ilə maraqlanın. Və səhər yeməyinə xoşagəlməz söhbətlərdən, misal üçün dünənki mübahisədən başlamayın.
  • İş yerinə necə – piyada, velosipedlə, maşında, avtobusla və ya metro ilə çatmağınızdan asılı olmayaraq – özünüzdən ötrü qərar qəbul edin, bundan sonra həmin yol sizdən ötrü stress mənbəyi olmayacaq. Ofisə gedən yolu, zaman baxımından özünüz üçün maraqlı edin və çalışın istirahət edə biləsiniz – musiqi dinləyin, kitab oxuyun və ya sadəcə mürgüləyin!
  • İş yerinə “üçüncü zəngdən” bir qədər tez çatın və çalışmağa hazır olun. Həmkarlarınızı salamlayın, onlara xoş sözlər deyin. Gün üçün siyahı tutun və orada hansı ardıcıllıqla məşğul olacağınızı qeyd edin. Və səhər üçün bir fincan qəhvə içməyi də yaddan çıxarmayın.
  • Və nəhayət, səhərlər özünüzə qarşı daha diqqətli olun. Ailənizə həmkarlarınıza qarşı xeyirxah olun, onları sevindirməyə cəhd edin.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.