Read More9
Read More9

Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin fəaliyyətinin müvəqqəti dayandırılması

posted in: Vergi, Xəbər | 0

vergilərXidmətin adı: Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin fəaliyyətinin müvəqqəti dayandırılması;

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 16.3-cü maddəsi

– Vergilər Nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

– Vergilər nazirinin31.01.2013-cü il tarixli 1317040100078200 nömrəli əmri ilə təsdiq edilmiş “Fəaliyyətini dayandırmış vergi ödəyiciləri üzrə nəzarətin gücləndirilməsi Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi  partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin  dayandırılması haqqında bildiriş (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi yükü nə qədər azalıb?

posted in: Vergi, Xəbər | 0

vergi yüküSahibkarların vergi yükü əvvəlki ilə nisbətən aşağı düşüb.

Martın 4-də Prezident Administrasiyasının dəstəyi, Vergilər və Xarici işlər nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpusun nümayəndələri ilə keçirilən görüş zamanı vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra ölkədə vergi yükünün aşağı düşməsi ilə bağlı bəzi açıqlamalar verilib.

Diplomatik korpus nümayəndələrinə təqdim edilmiş şərhlərdə vergi qanunvericiliyində son dəyişikliklərin ölkədə sahibkarlıq və investisiya mühitinin cəlbediciliyinin artırılması, biznes aparılması üçün mövcud şərtlərin daha da yaxşılaşdırılmasına xidmət etdiyi vurğulanıb, habelə konkret misallarda vergi yükünün aşağı düşməsi nümayiş etdirilib. Həmin şərhlərin maraq doğurduğunu nəzərə alaraq, onlardan bəzilərini diqqətinizə çatdırırıq.

Qeyd edilməlidir ki, 2019-cu ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində vergi yükünü azaltmağa imkan verən əsaslı güzəştlər sistemi tətbiq edilib. Vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər nəticəsində sadələşdirilmiş verginin dərəcəsi ölkə üzrə 2 faizə salınıb, muzdlu işdə çalışan işçilər üzrə 8.000 manatadək əmək haqlarının gəlir vergisindən azad edilməsi, habelə mikrosahibkarlıq subyektlərinə gəlirlərini 75 faizə qədər azaltmağa imkan verən ciddi vergi güzətləri təqdim olunub, kiçik və orta sahibkarlıq subyektləri üçün əlavə vergi stimullaşdırmaları və güzəştlər müəyyən edilib. Vergi Məcəlləsində edilmiş dəyişikliklər nəticəsində sahibkarlıq subyektlərində, xüsusilə ticarət sektorunda çalışan sahibkarların vergi yükünün və ya xərclərinin əhəmiyyətli azalması baş verib.

“Kölgə iqtisadiyyatı”nda çalışan bir sıra vergi ödəyicilərində uçot sisteminin qaydaya salınması, vergidən yayınmaların qarşısının alınması, bazarda rəqabət mühitinin təmin edilməsi istiqamətində aparılan işlər öz müsbət nəticələrini verməkdədir. 2019-cu ilin ilk 2 ayında dövlət büdcəsinə daxilolmalarda artım müşahidə edilir. Artım neft sektorunun gəlirləri hesabına deyil, qeyri-neft sektorunda fiskal tənzimləmələrin hesabına baş verir ki, bu da, şübhəsiz, ölkədə sosial proqramların icrası üçün əlavə maliyyə imkanları yaradır.

Bəzən sahibkarlar qeyri-leqal gəlirlərinin rəsmiləşdirilməsini vergi yükü kimi dəyərləndirməyə çalışırlar. Lakin bu belə deyildir. Vergiləri ödəməkdən yayınmaq və vergi ödəyicisinin ödəməli olduğu vergiləri gizlətmək imkanlarının məhdudlaşdırılması onun vergi yükünün artdığı anlamına gəlmir. Əksinə, sahibkarlıq üçün təqdim edilən vergi güzəştlərindən istifadə edən hər bir vergi ödəyicisi qanuni yolla əldə etdiyi güzəştlər hesabına əvvəlkindən daha az vergi yükünə malikdir.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra vergi ödəyicilərinin vergi yükünün aşağı salınmasını göstərən bir neçə misala diqqət yetirək.

Misal 1 (sadələşdirilmiş vergi rejimini tətbiq edən vergi ödəyicisi üzrə):
Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4 işçisi olan sahibkarın illik gəliri 120.000,0 manatdır və o, hər işçiyə aylıq 500,0 manat əməkhaqqı verir.

Belə olan halda, vergi ödəyicisi üzrə dəyişiklikdən əvvəlki hesablaması aşağıdakı qaydada idi:

  • Sadələşdirilmiş vergi: 120.000,0 (illik gəlir) * 4% (sadələşdirilmiş verginin dərəcəsi) =4.800,0 manat
  • Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * (500,0 – 173,0 (yaşayış minimumu))* 14% * 12 ay = 2197,4 manat
  • Cəmi: 4.800,0 + 2.197,4 = 6.997,4 manat

Dəyişiklikdən sonra, yəni sadələşdirilmiş verginin dərəcəsi 4%-dən 2%-ə, əməkhaqqından tutulan gəlir vergisi 8.000,0 manatadək olduqda 14 və 25%-dən 0 faiz dərəcəyə endirildiyi üçün hesablama aşağıdakı qaydada olacaqdır:

  • Sadələşdirilmiş vergi: 120.000,0 (illik gəlir) * 2 % (sadələşdirilmiş verginin dərəcəsi) =2.400.0 manat
  • Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * 500,0 * 0% * 12 ay = 0,0 manat
  • Cəmi: 2.400,0 + 0,0 = 2400,0 manat
Beləliklə, sahibkar tərəfindən dəyişiklikdən əvvəl vergi yükü 6.997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 2.400,0 manat olub ki, bu da nəticədə sahibkarın vergi yükünün4597,4 manat azalması deməkdir.

Misal 2 (ƏDV ödəyicisi üzrə):
Ticarət sektorunda 6% dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olan və 4 işçisi olan sahibkarın illik gəliri 300.000,0 manatdır və o, hər işçiyə aylıq 500,0 manat əməkhaqqı verir. 01.01.2019-cu il tarixindən 6% dərəcə üzrə sadələşdirilmiş vergi ləğv olunduğu üçün vergi ödəyici ƏDV qeydiyyatına alınıb. Vergi ödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10%-dir.

Belə olan halda, vergi ödəyicisi üzrə dəyişiklikdən əvvəlki hesablaması aşağıdakı qaydada idi:

  • Sadələşdirilmiş vergi: 300.000,0 (illik gəlir) * 6% (sadələşdirilmiş verginin dərəcəsi) =18.000,0 manat
  • Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * (500,0 – 173,0 (yaşayış minimumu))* 14% * 12 ay = 2.197,4 manat
  • Cəmi: 18.000,0 + 2.197,4 = 20.197,4 manat

Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydada olacaqdır:

  • Əlavə dəyər vergisi (vergi ödəyicisinin 300.000,0 manat gəlirindən 10% mənfəət ilə qazancını nəzərə alaraq): 30.000,0 * 18% (ƏDV dərəcəsi) = 5.400,0 manat
  • Mənfəət/gəlir vergisi: 30.000,0 (mənfəət) * 20% (MV/GV dərəcəsi) = 6.000,0 manat
  • Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * 500,0 * 0% * 12 ay = 0,0 manat
  • Cəmi: 5.400,0 + 6.000,0 + 0,0 = 11.400,0 manat

Beləliklə, sahibkar tərəfindən dəyişiklikdən əvvəl vergi yükü 20.197,4 manat idisə, dəyişiklikdən sonra bu yük 11.400,0 manat olub ki, bu da nəticədə sahibkarın vergi yükünün8.797,4 manat azalması deməkdir.

Misal 3 (gəlir vergisi rejimini tətbiq edən vergi ödəyicisi üzrə):
Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4 işçisi olan sahibkarın illik gəliri 120.000,0 manatdır və o, hər işçiyə aylıq 500,0 manat əməkhaqqı verir. Dəyişiklikdən əvvəlki dövrdə vergi ödəyicisi sadələşdirilmiş verginin mükəlləfiyyətində olub, dəyişiklikdən sonra isə gəlir vergisi mükəlləfiyyətini seçib. Vergi ödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10%-dir.

Belə olan halda, vergi ödəyicisi üzrə dəyişiklikdən əvvəlki hesablama aşağıdakı qaydada idi:

  • Sadələşdirilmiş vergi: 120.000,0 (illik gəlir) * 4% (sadələşdirilmiş vergi dərəcəsi) = 4.800,0 manat
  • Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * (500,0 – 173,0 (yaşayış minimumu))* 14% * 12 ay = 2.197,4 manat
  • Cəmi: 4.800,0 + 2.197,4 = 6.997,4 manat

Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydadadır:

  • Gəlir vergisi: (120.000,0 (illik gəlir) – 108.000,0 (illik xərc))*20%*25% (mikro sahibkarlara təqdim edilən 75%-lik güzəşt) = 600,0 manat
  • Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * 500,0 * 0% * 12 ay = 0,0 manat
  • Cəmi: 600,0 + 0,0 = 600,0 manat

Beləliklə, sahibkarın dəyişiklikdən əvvəl vergi yükü 6.997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 600,0 manat olub ki, bu da nəticədə vergi yükünün 6.397,4 manat azalması deməkdir.

Beləliklə, göstərilən misallar bir daha təsdiq edir ki, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra vergi ödəyicilərinin, xüsusilə də ticarət sektorunda çalışan sahibkarların vergi yükü əsaslı şəkildə aşağı düşüb. Məsələ yalnız sahibkarların öz uçot sistemini qaydaya salması, mühasibatlığını düzgün aparmağa öyrənməsi, müvafiq olaraq gəlir və xərcləri sənədləşdirməsi, qanuni güzəştlər sistemindən istifadə etməklə vergi öhdəliklərini yerinə yetirməsindən ibarətdir.

Bu halda e-qaimə verilməlidirmi?

posted in: Xəbər | 0

qaimə-fakturaBank tərəfindən çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidirmi?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi zamanı elektron qaimə-faktura təqdim edilmir.

Göründüyü kimi, banklar tərəfindən elektron qaimə-fakturanın təqdim olunmaması yalnız müştərilərin hesabları üzrə göstərilən xidmətlərə aid edilib.

Qeyd olunanlara əsasən, çek kitabçalarının satışı zamanı alıcıya banklar tərəfindən elektron qaimə-faktura təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsi, 16.1.11-6.1-ci maddə

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

1200 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib köməkçisi üzrə vakansiyaVakansiya: Mühasib

İşəgötürən: Novco Group of Companies

Şəhər: Bakı
Yaş: 25 – 40 yaş
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs: Ülkər xanım
Əmək haqqı: 1000-1200 AZN
Vakansiya barədə məlumat

– Balansın yığılması və pul vəsaitlərin hərəkəti
– Şirkətin mühasibat işlərinin aparılması
– Bank əməliyyatlarının həyata keçirilməsi və s.
– Ezamiyyələrin hesablanması

Mühasib üçün tələblər

– İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil
– Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
– Vergi məcəlləsini yaxşı bilməli;
– Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti
– Rus və ingilis dilini bilməsi arzuolunandır
– MS Office(xüsusillə Excell) və 1C 8.2 və 8.3 bilikləri

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

error: Content is protected !!